* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Şəkil, forma. Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli. // Naxış. [Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. Çəmənzəminli. …Karxananın qoca nəqqaşı hazırladığı müxtəlif çeşnilər içərisində qızıl qönçələr olan nəqşləri həmişə Sürəyya üçün nəzərdə tutardı. Ə.Məmmədxanlı. // Əndazə, nümunə, trafaret. Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. Ə.Vəliyev. 2. Layihə. [Rəis:] Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. Çəmənzəminli. 3. məc. Tərz, üsul. Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi… E.Sultanov.
Azərbaycan dilinin izahlı lüğəti / çeşni2 Toxunması nəzərdə tutulmuş xalçanın kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən hazırlanmış texniki layihəsi
Terminlər lüğəti / çeşni2 сущ. 1. форма, вид. Qovun çeşnisində в форме дыни 2. рисунок, узор (сочетание красок). Xalçanın çeşnisi узоры ковра 3. орнамент, трафарет. Çeşnisinə görə düzəltmək сделать по трафарету 4. образец (способ устройства, вид, форма). Qədim çeşnidə на древний образец, по древнему образцу, yeni çeşnidə нового образца 5. образ, манера. Elə çeşnilə dedi ki, … сказал таким образом, что …
Azərbaycanca-rusca lüğət / çeşni1 [fars.] сущ. 1. чешне, форма, кӀалуб; // гишир, нехиш; // трафарет; xalının çeşnisi гамунин чешне; 2. проект; 3. пер. саягъ, жуьре, тегьер.
Azərbaycanca-ləzgicə lüğəti / çeşni(Gədəbəy, Qazax, Lerik, Yardımlı, Sabirabad, Şamaxı, Şəmkir, Şuşa) 1. şəkil, surət (Qazax, Sabirabad, Şəmkir). – Qızın çeşnisi oyın yadında qalmadı (Sabirabad) 2. naxış (Qazax, Şamaxı, Şuşa). – Bu gəvənin çeşnisi yaxşıdı (Qazax) 3. nümunə (Gədəbəy, Şamaxı, Şuşa). – Üş-dört xana çeşnisi var bizdə (Gədəbəy); – Bu xalının çeşnisin Gəncədən gətiriflər (Şuşa); – Bizzə Nabur xəlçələrinin çeşnisi var (Şamaxı)
Azərbaycan dilinin dialektoloji lüğəti.