çötkə sözü azərbaycan dilində

çötkə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çötkə • 73.3333%
  • Çötkə • 13.3333%
  • ÇÖTKƏ • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. == Tarixi == İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.

çötkə sözünün leksik mənası və izahı

  • 1 is. [rus.] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə. [Hesabdar] çötkə dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov. □ Çötkəyə vurmaq (salmaq) – çötkədə hesablamaq. [Əsgər:] Rəsul oxumur, atamız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çötkəyə. N.Vəzirov. Əgər durub yaxşı hesab eləsək və çötkəyə salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib-içməyə xərclədiklərindən çox artıq bircə ramazan ayında yeyibiçməyə xərcləyirlər. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / çötkə

çötkə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. счёты (простое приспособление для подсчёта – четырёхугольная рама с поперечными стержнями, на которые нанизаны подвижные круглые косточки). Kontor çötkəsi конторские счёты, çötkədə hesablamaq (saymaq) считать на счетах, çötkəyə vurmaq (salmaq) прикинуть на счетах

    Azərbaycanca-rusca lüğət / çötkə

çötkə sözünün inglis dilinə tərcüməsi

çötkə sözünün fransız dilinə tərcüməsi

çötkə sözünün ləzgi dilinə tərcüməsi

"çötkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çötkə nədir? #çötkə sözünün mənası #çötkə nə deməkdir? #çötkə sözünün izahı #çötkə sözünün yazılışı #çötkə necə yazılır? #çötkə sözünün düzgün yazılışı #çötkə leksik mənası #çötkə sözünün sinonimi #çötkə sözünün yaxın mənalı sözlər #çötkə sözünün əks mənası #çötkə sözünün etimologiyası #çötkə sözünün orfoqrafiyası #çötkə rusca #çötkə inglisça #çötkə fransızca #çötkə sözünün istifadəsi #sözlük