çəkic-pres sözü azərbaycan dilində

çəkic-pres

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çəkic-pres • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Oraq və çəkic
Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir. Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir. Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s.
"Oraq və Çəkic" medalı
"Oraq və Çəkic" medalı — Sosialist Əməyi Qəhrəmanının atributu. == Haqqında == 22 may 1940-cı ildə SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 22 may 1940-cı il tarixli "Sosialist Əməyi Qəhrəmanları üçün əlavə fərqlənmə nişanları haqqında" Fərmanı ilə təsis edilmişdir. SSRİ-nin ən yüksək mükafatı - Lenin ordeni və Ali Sovet Rəyasət Heyətinin diplomu ilə yanaşı verilir. Ümumilikdə “Oraq və çəkic” medalı ilə 20613 nəfər, iki dəfə 201 nəfər, üç dəfə 16 nəfər təltif edilib.
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe ideologiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı "Müstəqil mövqe" və "özünü təmin etmək"dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.

Oxşar sözlər

#çəkic-pres nədir? #çəkic-pres sözünün mənası #çəkic-pres nə deməkdir? #çəkic-pres sözünün izahı #çəkic-pres sözünün yazılışı #çəkic-pres necə yazılır? #çəkic-pres sözünün düzgün yazılışı #çəkic-pres leksik mənası #çəkic-pres sözünün sinonimi #çəkic-pres sözünün yaxın mənalı sözlər #çəkic-pres sözünün əks mənası #çəkic-pres sözünün etimologiyası #çəkic-pres sözünün orfoqrafiyası #çəkic-pres rusca #çəkic-pres inglisça #çəkic-pres fransızca #çəkic-pres sözünün istifadəsi #sözlük