çəpkən sözü azərbaycan dilində

çəpkən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çəpkən • 89.4737%
  • Çəpkən • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. == Pullu çəpkən == Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2020 •••••••••••• 0.13

çəpkən sözünün leksik mənası və izahı

  • 1 is. Qolları çapıq, qıraqları baftatı, astarlı qadın geyimi. …Süzülüb sallanan kəlağayı [Kiçikbəyimin] incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü. Çəmənzəminli. Dul arvadın vurtut əynində köhnə bir çəpkəni, nimdaş bir tumanı … var idi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çəpkən

çəpkən sözünün rus dilinə tərcüməsi

çəpkən sözünün ləzgi dilinə tərcüməsi

çəpkən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Milli qadın geyimi; qolları yarıq, qıraqlarına qaytan tikilmiş uzun köynək. Dədəmə də bir dəst paltar, anama da bir çəpkən al, sonra deyim. (“Qurbani”)

Azərbaycan dastanlarının leksikası

"çəpkən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çəpkən nədir? #çəpkən sözünün mənası #çəpkən nə deməkdir? #çəpkən sözünün izahı #çəpkən sözünün yazılışı #çəpkən necə yazılır? #çəpkən sözünün düzgün yazılışı #çəpkən leksik mənası #çəpkən sözünün sinonimi #çəpkən sözünün yaxın mənalı sözlər #çəpkən sözünün əks mənası #çəpkən sözünün etimologiyası #çəpkən sözünün orfoqrafiyası #çəpkən rusca #çəpkən inglisça #çəpkən fransızca #çəpkən sözünün istifadəsi #sözlük