örkən sözü azərbaycan dilində

örkən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • örkən • 82.3529%
  • Örkən • 17.6471%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.

örkən sözünün leksik mənası və izahı

  • 1 is. Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı. Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər. (Ata. sözü). ◊ Örkən altına gətirmək – tabe etmək, ram etmək. [Yarməmməd:] Hörmətli sədrimizi lap örkən altına gətirəcəksiniz. M.İbrahimov. …örkəninin üstünə odun yığmaq olmaz – etibarsız, inanıla bilməyən, bel bağlanılmaz adam haqqında. [Şahpəri Şahmara:] Bu sədrə çox da bel bağlama, onun örkəninin üstünə odun yığmaq olmaz. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / örkən
  • 2 Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı. Napak qarı dedi: – Məndən olsa, oğlanın adını Örkənqulu qoyarsınız, Örkən enli, bərk olur. Oğlanın da ömrü çox olar. (“Şahzadə Bəhrəm”)

    Azərbaycan dastanlarının leksikası / örkən

örkən sözünün etimologiyası

  • 1 İki mənada işlədilib: “bostanda tağ” (mənbələrdə bunun əvəzinə, bağırsaq da işlədilib) və “çatı növü”. “Bağlamaq, hörmək (örmək), hörükləmək” mənasını verən ör feili zəminində yaranıb. Tağ qarpızı (yemişi...) köklə bağlayır (göbək bağı uşağı bətnlə bağlayan kimi), örkən isə heyvanı və s. mıxa bağlayır. Çatı da məhz çatmaq (ilişdirmək) anlamı ilə əlaqədardır. Deməli, atı çəməklikdə hörük­lə­mək onu “bağlamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / örkən

örkən sözünün rus dilinə tərcüməsi

  • 1 широкая конская привязь

    Azərbaycanca-rusca lüğət / örkən
  • 2 сущ. 1. привязь (длинная широкая верёвка, служащая для привязывания, прикрепления чего-л. к чему-л.) 2. подпруга (широкий ремень у седла или седёлки, затягиваемый под брюхом лошади) ◊ örkən nə qədər uzun olsa da, yenə doğanaqdan keçəcək сколько верёвке (верёвочке) ни виться, всё равно конец будет; örkən altına gətirmək kimi укрощать, укротить кого (заставить повиноваться); örkəninin üstünə odun yığmaq olmaz kimin нельзя положиться на кого

    Azərbaycanca-rusca lüğət / örkən

örkən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. са кьилихъ кӀир галай яргъи еб; чату; ** örkən altına gətirmək табий авун, рам авун, муьтӀуьгъарун.

    Azərbaycanca-ləzgicə lüğəti / örkən

"örkən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#örkən nədir? #örkən sözünün mənası #örkən nə deməkdir? #örkən sözünün izahı #örkən sözünün yazılışı #örkən necə yazılır? #örkən sözünün düzgün yazılışı #örkən leksik mənası #örkən sözünün sinonimi #örkən sözünün yaxın mənalı sözlər #örkən sözünün əks mənası #örkən sözünün etimologiyası #örkən sözünün orfoqrafiyası #örkən rusca #örkən inglisça #örkən fransızca #örkən sözünün istifadəsi #sözlük