İlham Şahmuradov
İlham Şahmuradov (1 yanvar 1958, Qubadlı) — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
İlham Şahmuradov 1958-ci il 1 yanvarda Qubadlı rayonunda anadan olmuşdur.1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
Universiteti bitirdikdən sonra 1979–1981-ci illərdə Azərbaycan EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində işləmiş, daha sonra isə SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmiş (1981–1982) və məqsədli aspirantura (1982–1985) təhsilini davam etdirmiş, 1987-ci ildə "Genetika" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ailəlidir, 2 övladı var.
1. Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Baş katibi
2. YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Milli Komitəsinin üzvü.
1. Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru (0.5 ş.v.);
2. Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri
1. 1980-ci illərdə müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və bu nəticələr əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak edə bilərlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi faktlarla təsdiq olunmuşdur.