Şahmur sözü azərbaycan dilində

Şahmur

Yazılış

  • Şahmur • 93.3333%
  • şahmur • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aida Şahmurova
Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor, PhD. == Həyatı == Aida Şahmurova 1961-ci ildə Azərbaycanda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Biologiya fakültəsi qəbul olub.
Aqil Şahmuradov
Aqil Şahmuradov — tarix elmləri namizədi == Həyatı == Şahmuradov Aqil Şövkət oğlu 1988-1993-cü illərdə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994-1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX-XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. Atası, anası savadsız olsalar da onun elmə sonsuz həvəsi vardı. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir.
Natiq Şahmuradov
Natiq Şahmuradov (14 avqust 1963, Kərkicahan – 8 may 1992, Şuşa) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər.
Rəvan Şahmuradov
Şahmuradov Rəvan (tam adı Şahmuradov Rəvan Dilşad oğlu; 14 iyul 1999, Xaçmaz, Azərbaycan — 15 oktyabr 2020 Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuradov Rəvan 14 iyul 1999 ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəvan Şahmuradov 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəvan Şahmuradov oktyabrın 15-də Füzüli döyüşləri zamanı şəhid olub.Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Şahmuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Şahmuradov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Şahmuradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəli Şahmurov
Vəli Şahmurov — azərbaycanlı professor. == Məlumat == Vəli Şahmurov – 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Vəli Şahmurov 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. Professor, həmçinin ABŞ-da dərc olunan "Boundary Value Problems" jurnalının redaktorudur.
İlham Şahmuradov
İlham Şahmuradov (1 yanvar 1958, Qubadlı) — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == İlham Şahmuradov 1958-ci il 1 yanvarda Qubadlı rayonunda anadan olmuşdur.1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1979–1981-ci illərdə Azərbaycan EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində işləmiş, daha sonra isə SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmiş (1981–1982) və məqsədli aspirantura (1982–1985) təhsilini davam etdirmiş, 1987-ci ildə "Genetika" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 2 övladı var. == Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü == 1. Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Baş katibi 2. YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Milli Komitəsinin üzvü. == Pedaqoji fəaliyyəti == 1. Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru (0.5 ş.v.); 2. Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri == Əsas elmi nailiyyətləri == 1. 1980-ci illərdə müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və bu nəticələr əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak edə bilərlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi faktlarla təsdiq olunmuşdur.
Şahmurad İsgəndərov
Şahmurad Natiq oğlu İsgəndərov (17 dekabr 1996, Göylər, Şamaxı rayonu – 17 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmurad İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılmış, rayon və respublika səviyyəli yarışlarda fərqlənmişdir. 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, 1 ay müddətində kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb.
Şahmurad Əlizadə
Əlizadə Şahmurad Hilal oğlu (24 yanvar 1991 - 14 aprel 2015) - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir, şəhid. == Həyatı == 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində anadan olub. 2008-ci ildə Biləsuvar şəhər Nizam Gəncəvi adına 1 saylı orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzini (TTM) bitirib. 14 aprel 2015-ci ildə Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub. Subay idi.
Şahmuradlı (Əhər)
Şahmuradlı (fars. شاه مرادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (10 ailə).
Şahmuraz Hümbətzadə
Şahmuraz Əyyub oğlu Hümbətzadə (8 sentyabr 1998; Bərdə, Azərbaycan — 23 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuraz Hümbətzadə 1998-ci il sentyabrın 8-də Bərdə rayonunun Cəyirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahmuraz Hümbətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmuraz Hümbətzadə oktyabrın 23-də Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmuraz Qasımov
Şahmuraz Qasımov — Avropa (1996) və dünya (1997) çempionu == Həyatı == 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.Beynəlxalq dərəcəli idman ustasıdır.Avropa (1996) və dünya (1997) çempionudur.O, Avropa çempionatı yarışlarında 1992,1993, 1995-ci illərdə III,1997-1999-cu illərdə II yerə,dünya çempionatlarında isə 1992-1993-cü illərdə III,1994-1995-ci illərdə II,1996-cı ildə isə III yerə çıxmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2010 ••••••• 0.09
2011 •••••• 0.09
2013 •••••••••• 0.15
2014 •••••••••••• 0.17
2018 •••••••••••••••••••• 0.30

şahmur sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

“Şah” və “Əmir” (bax) adlarından yaranmışdır.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şahmur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şahmur nədir? #şahmur sözünün mənası #şahmur nə deməkdir? #şahmur sözünün izahı #şahmur sözünün yazılışı #şahmur necə yazılır? #şahmur sözünün düzgün yazılışı #şahmur leksik mənası #şahmur sözünün sinonimi #şahmur sözünün yaxın mənalı sözlər #şahmur sözünün əks mənası #şahmur sözünün etimologiyası #şahmur sözünün orfoqrafiyası #şahmur rusca #şahmur inglisça #şahmur fransızca #şahmur sözünün istifadəsi #sözlük