Şurasının sözü azərbaycan dilində

Şurasının

Yazılış

  • Şurasının • 93.7204%
  • şurasının • 6.2646%
  • ŞURASININ • 0.0150%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türk Şurasının bayrağı
Türk Dövlətləri Təşkilatının bayrağı – Türk Dövlətləri Təşkilatı tərəfindən istifadə olunan bayraq.22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır. == Dizaynı == Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
Dövlət şurasının təntənəli iclası
Dövlət şurasının təntənəli iclası (rus. Редактирование Торжественное заседание Государственного совета 7 мая 1901 года) — 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökumətinin sifarişi ilə çəkilmiş əsər. Əsər hal-hazırda Sankt-Peterburq şəhərində yerləşən Rus Dövlət Muzeyində saxlanılır.
Azərbaycan Milli Şurasının İcraiyyə Orqanı
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
İctimai Təşkilatlar Şurasının İcraiyyə Komitəsi
İctimai Təşkilatların İcraiyyə Komitəsi — Rusiyada Fevral inqilabından (1917) sonra təşkil olunmuş Müvəqqəti hökumətin yerli idarəetmə orqanları. == Haqqında == Cənubi Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Komitet adlanır) təsis edilmişdi. Quberniya və qəzalarda ictimai təşkilatların icraiyyə komitələri yerli idarəetmə orqanları oldu. İcraiyyə komitələri ictimai təhlükəsizliyi təmin etməli və yeni dövlət qanunlarını həyata keçirməli idi. Onlar quberniya və qəza komissarlarını təyin edirdilər. Xüsusi Zaqafqaziya Komitəsi əldə edilmiş təcrübəni nəzərə almaqla, aprelin 27-də "Zaqafqaziyada yerli idarəetmənin təşkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, İcraiyyə Komitələrinə yeni seçkilər keçirilməli idi. Lakin bu seçkilər də yaşamağa qadir yerli idarəçilik sistemi yarada bilmədi. İcraiyyə komitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı. == Bakı == Martın 3-də Bakı Şəhər Duması İctimai Təşkilatların Müvəqqəti Komitəsini yaratmağı qərara aldı, martın 5-də Bakı İctimai Təşkilatlar Şurası yaradıldı, 17-də isə onun İcraiyyə Komitəsi seçildi.
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Sədri
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarı
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı. Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi: (a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq;(b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq;(c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək;(ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla;(d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək(e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq;(ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq;(f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq.Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı. 757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar. == İdman sanksiyaları == Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu. Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi — 30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib. == Zəmin == Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı.1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün genişmiqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü. 1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar.1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar. Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı. Ermənistan isə siyasi tərəddüd və prezident Levon Ter-Petrosyana qarşı artan etirazlarla üz-üzə qaldı.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi — Şuranın 822 saylı qətnaməsini təsdiq edildikdən sonra, 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş qətnamə. Şuranın Ermənistan və Azərbaycan arasındakı pisləşən münasibətlərə dair narahatlıqlarını ifadə etmiş və Ağdam və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək, ərazilərdən tamamilə çıxarılmasını tələb etmişdir.Qətnamə atəşin dərhal dayandırılması və hərbi əməliyyatların dayandırılması tələbi ilə başlamışdır. Xüsusilə də vətəndaşlara qarşı hücumlar və məskunlaşan ərazilərin bombardmanı, regionda beynəlxalq humanitar yardım səylərinə maneəsiz girişi təmin etmək çağırışı olmuşdur. Həm də enerji, nəqliyyatın və iqtisadi əlaqələrin bu prosesin bir hissəsi kimi bərpa edilməsi və Baş katib Butros Butros-Ghali və digər beynəlxalq təşkilatlara köçürülmüş şəxslərə kömək göstərməyə çağırır. Münaqişənin sona çatması üçün səylər göstərilməsinə baxmayaraq, Şura ATƏT-in Minsk qrupunun Yan Eliasson rəhbərliyi altında fəaliyyətini təqdir edib, lakin münaqişənin öz işinə təsir etdiyini narahatlıqlarını ifadə etdi. Bu baxımdan, münaqişənin sülh yolu ilə həllinə maneə törədir və Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün tədbirlərdən çəkinməyə çağırır. Şura Ermənistan hökumətinə Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı qətnamə, Minsk Qrupunun hazırkı qətnaməsi və təklifləri ilə uyğunluğuna nail olmaq üçün öz təsirini göstərməsini xahiş etdi. Həmçinin, dövlətlərin münaqişənin intensivləşməsinə gətirib çıxara biləcək hər hansı bir silah və müharibə təmin etməkdən çəkinməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın, eləcə də ATƏM-in Minsk qrupunun sədrinin BMT Təhlükəsizlik Şurasına 1 oktyabr tarixli müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və oktyabrın 14-də 874 saylı qətnamə qəbul edir.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri (siyahı)
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. == Tarixi == 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri siyahısı
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. == Tarixi == 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib.
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi — 1996-cı il fevralın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3637-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994) və 955 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Luiza Arburu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir. Təhlükəsizlik Şurası 1 oktyabr 1996-cı ildən prokuror Riçard Qoldstounun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və kanadalı hakim Luiza Arburun səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi — 1998-ci il aprelin 30-da Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, RBCT-də III Palatanın yaradılmasını nəzərdə tutan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3877-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurası xatırladıb ki, 955 saylı qətnamə RBCT-də məhkəmə palatalarının və hakimlərin sayının artırılmasına icazə verir. Qətnamə Ruandada beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyət daşıyanların mühakimə olunmasının sülh və barışığa töhfə verəcəyini təsdiqləyib. Sənədə görə mühakimə olunmağı gözləyən çox insan olduğu üçün Ruanda məhkəmə sisteminin gücləndirilməsinə ehtiyac da var idi. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən fəaliyyət göstərən Təhlükəsizlik Şurası RBCT-də üçüncü məhkəmə palatası yaratdı və məhkəmə palatalarına seçkilərin 24 may 2003-cü ildə, yəni cari hakimlərin səlahiyyət müddətinin başa çatacağı tarixdə keçiriləcəyini bildirdi. Hakimlər seçkilərdən sonra mümkün qədər tez öz səlahiyyətlərinin icrasına başlamalı idilər. RBCT-də əlavə səmərəlilik təşviq edildi və Baş katib Kofi Annandan Tribunalın səmərəli fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər görməsi xahiş olundu.
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi — 1999-cu il avqustun 11-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4033-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994), 955 (1994) və 1047 (1996) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Karla Del Ponteni Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.Təhlükəsizlik Şurası 15 sentyabr 1999-cu ildən prokuror Luiza Arburun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və isveçrəli prokuror Karla Del Pontenin səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi — 2003-cü il avqustun 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4817-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə BMT-nin 827 (1993), 955 (1994), 978 (1995), 1165 (1998), 1166 (1998), 1329 (2000), 1411 (2002) və 1431 (2002) saylı qətnamələrinə xatırlatma edilmişdir. Təhlükəsizlik Şurası, bu qətnamə ilə, 1999-cu ildən bəri bir vəzifəli şəxsin – Karla Del Pontenin səlahiyyətində olan Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (YBCT) və Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) üzrə prokurorluq funksiyasının bölünməsi barədə qərar qəbul etmişdir. == Qətnamə == Sənəddə Təhlükəsizlik Şurası hər iki tribunalın keçmiş Yuqoslaviya və Ruandada sülh və təhlükəsizliyə töhfə verməkdə əldə etdiyi irəliləyişi yüksək qiymətləndirmişdi. Şura Balkanlar və Afrikanın Böyük gölləri regionunda aidiyyəti dövlətlərin atdığı addımları alqışlayaraq, hər iki tribunalın məqsədlərindən birinin azadlıqda qalan bütün şəxslərin tutulması olduğunu qeyd etmiş və ölkələri bu istiqamətdə əməkdaşlığa çağırmışdı. Şura dövlətləri səyahət qadağaları və aktivlərin dondurulması yolu ilə qaçaqlara kömək edən şəxslərə qarşı tədbirlər görməyə çağırmışdı. Qətnamənin preambulasında həmçinin YBCT və RBCT-də araşdırmaların 2004-cü ilə qədər, məhkəmə baxışının isə 2008-ci ilin sonuna qədər başa çatdırılması və 2010-cu ildə bütün diqqətin yüksək vəzifəli rəhbər şəxslərin təqibinə yönəldilməsi nəzərdə tutulurdu. Aşağı vəzifəli məmurlar milli səviyyədə mühakimə olunacaqdılar. Milli məhkəmə sistemlərinin gücləndirilməsi YBCT-də müharibə cinayətləri palatasının yaradılması da daxil olmaqla, YBCT və RBCT-nin tamamlanma strategiyaları üçün mühüm əhəmiyyət kəsb edirdi. Təhlükəsizlik Şurası əmin idi ki, hər iki tribunalın ayrı-ayrılıqda öz prokuroru olsa, işlərini daha səmərəli şəkildə başa çatdıra bilərlər.
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi — 1994-cü il iyulun 8-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3401-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993) və 827 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Cənubi Afrika Konstitusiya Məhkəməsində hakim olan Riçard Qoldstounu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları. Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir. == Hazırkı daimi üzvlər == BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. == Veto hüququ == Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür.Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi. ABŞ ilk dəfə 1970-ci ildə İsrailin insan hüquq­larına qarşı siyasətinin tənqid edilməsi və Ərəb tor­paqlarının işğal edilməsi ilə əlaqədar bəyannamənin müvafiq bəndinin müzakirəsinə veto hüququndan istifadə etmişdir.
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü qısametrajlı sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən bəhs edilir. == Məzmun == Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən və bu illər ərzində həmkarlar təşkilatlarının Azərbaycan zəhmətkeşlərinin həyat və məişətində və onların sağlamlığının qorunmasında rolundan, eləcə də bu yubileyin təntənə ilə qeyd olunmasından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər.
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi — 1994-cü il noyabrın 8-də Ruanda ilə bağlı bütün qətnamələrin bir daha təsdiq edilməsi ilə ölkədə baş vermiş beynəlxalq humanitar hüququn ciddi dərəcədə pozulması barədə narahatlığın ifadə olunduğu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT-nin) yaradıldığı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3453-cü iclasında qəbul edilmiş qərar.Təhlükəsizlik Şurası 935 (1994) saylı qətnamə əsasında yaradılmış Ekspertlər Komissiyasının işini yüksək qiymətləndirmiş və Ruandada baş vermiş soyqırım və beynəlxalq humanitar hüququn digər geniş şəkildə pozulması xəbərlərindən narahatlığını bildirmişdi. Qurum bu vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyini və sülhün bərqərar olması üçün bu cür cinayətlərə son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək əzmində olduğunu qeyd etmişdi. Şura hesab edirdi ki, beynəlxalq tribunalın yaradılması bu cür pozuntuların dayandırılmasını və aradan qaldırılmasını təmin edəcək. Bu baxımdan Ruandada məhkəmə sisteminin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğu vurğulanmışdı. RBCT və onun Nizamnaməsi Ruanda hökumətinin 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada beynəlxalq humanitar hüququn ciddi pozuntularının təqibi üçün beynəlxalq tribunal yaratmaqla bağlı tələb irəli sürməsindən sonra yaradılmışdı. Bütün ölkələr RBCT və onun orqanları ilə əməkdaşlığa və hazırkı qətnamənin həyata keçirilməsi üçün daxili qanunvericiliyə uyğun tədbirlər görməyə çağırılmışdı. Prosesi dəstəkləmək üçün tribunalın vəsait, avadanlıq və xidmətlərlə təminatı da istənilmişdi. RBCT-nin Nizamnaməsinin 26 və 27-ci maddələrinə əsasən cəzaların icrası və ya yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl Ruanda hökuməti məlumatlandırılacaqdı.Baş katib Butros Butros-Qalidən cari qətnamənin dərhal həyata keçirilməsini təmin etmək və RBCT-nin yeri ilə bağlı tövsiyələr də daxil olmaqla, tribunalın fəaliyyəti üçün tədbirlər görmək tələb olunmuşdu. Bu cür tədbirlər haqq-ədalət prinsipləri, eləcə də inzibati səmərəlilik, şahidlərə çatımlılıq və iqtisadi səmərəlilik baxımından müəyyən ediləcəkdi. Qətnamədə həmçinin qeyd olunur ki, RBCT öz funksiyalarını müzakirə etmək üçün qərargahından kənarda toplaşa bilər.
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi — 1995-ci il fevralın 22-də Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, Baş katib Butros Butros-Qalinin hesabatının qeyd edildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3502-ci iclasında yekdilliklə qəbul edilmiş qərar.Sənədə əsasən tribunalın qərargahı Tanzaniyanın Aruşa şəhərində yerləşməli idi. Baş katibin hesabatına görə, qərar RBCT-nin yaradılması prosesinin ikinci mərhələsinə işarə edir ki, bu da indi altı məhkəmə hakiminin seçilməsi prosesinin başlamasına imkan verəcəkdir. Ruandanın şuradakı nümayəndəsi Manzi Bakuramutsa bildirmişdi ki, onun hökuməti qərargahın Ruandadan kənarda müəyyən edilməsi qərarını dəstəkləməsə də, Təhlükəsizlik Şurası ilə əməkdaşlığa davam edəcək.
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı — müttəfiq dövlətlərin Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə qərarı. == Tarixi == 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində sovet Rusiyasının hərbi uğurları nəticəsində Denikin qüvvələri darmadağın edilmişdi. Qırmızı ordu hissələri Şimali Qafqaz ərazisinə soxularaq, sürətlə Cənubi Qafqazdakı müstəqil dövlətlərin sərhədlərinə yaxınlaşırdı. "Dünya inqilabı" şüarını xarici siyasət fəaliyyətinin əsas prinsipinə çevirmiş sovet Rusiyası 1920-ci ilin əvvəllərindon başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinə diplomatik təzyiqləri daha da artırmışdı. Yeni yaranmış digər gənc dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyətinin də bolşevik təhlükəsinə qarşı təkbaşına mübarizə aparması qeyri-mümkün idi. Əlimərdan bəy Topçubaşovun baçşılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyəti böyük dövlətlərdən Azərbaycan Xalq Cümhuriyyətinə dərhal hərbi yardım göstərilməsini xahiş etmişdi. Böyük dövlətlərin başçıları aydın dərk edirdilər ki, sovet Rusiyasının təcavüzü təhlükəsi qarşısında Azərbaycanın və Gürcüstanın diplomatik baxımdan tanınması hələ kifayət deyildir. Bolşevizmin Yaxın və Orta şərq ölkələrinə yayılmasının qarşısını almaq üçün, Azərbaycan və Gürcüstana hərbi yardım göstərilməsi böyük dövlətlərin də maraqlarına cavab verirdi. Beləliklə, 1920-ci il yanvarın 15-də Versalda toplanmış hərbi eskpertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərilməsi məsələsini müzakirə etdi. Məsələnin ciddiliyini nəzərə alan B.Britaniya özünün yüksək rütbəli hərbçilərini - hərbi nazir U.Çörçilli, imperiya baş qərargahının rəisi feldmarşal H.Vilsonu, admirallığın birinci lordu U.Lonqu, admiral lord Bittini və b.
Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurasının Konvensiyası
Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurasının Konvensiyası (ing. Council of Europe Convention on the Protection of Children Against Sexual Exploitation and Sexual Abuse) — uşaqların cinsi istismarını cinayət hesab edən hər hansı bir ölkənin imza üçün Avropa Şurası tərəfindən təklif olunan beynəlxalq bir müqavilə. Evdə və ya ailədə istismarın qarşısını almağı hədəfləyən ilk beynəlxalq müqavilə. == Konvensiyanın müddəaları == Konvensiyanı təsdiqləyən ölkələr, kontekstindən asılı olmayaraq, razılıq yaşına çatmamış uşaqlarla cinsi əlaqəni cinayət məsuliyyətinə cəlb etməyi qəbul edirlər. Bundan əlavə, Konvensiya uşaq fahişəliklərinə cəlb edilməsi, məcbur edilməsi və ya istifadəsi (Maddə 19) və istehsal , təmin edilməsi, paylanması, əldə edilməsi, saxlanması, uşaq pornoqrafiyasına giriş əldə edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilməsinə borcludur. 20; cinsi xarakterli hərəkətlər edən bir uşağın şəkilləri və cinsi məqsədlər üçün bir uşağın cinsiyyət orqanlarının şəkilləri daxil olmaqla). Uşaqların cinsi istismarının qarşısını almaq üçün bir sıra tədbirlər təklif olunur. == İmzalanması və qüvvəyə minməsi == Konvensiya 25 oktyabr 2007-ci ildə Lansarote şəhərində (Kanar adaları, İspaniya) bağlanmış və imzalanmışdır. Avropa Şurasına qatılan bütün ölkələr müqaviləni imzaladılar, aralarında sonuncusu Çexiya idi (İyul 2014). Konvensiya 5 dövlət tərəfindən təsdiqləndikdən sonra 1 iyul 2010-cu ildə qüvvəyə minmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 364.81 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 431.69
2003 •••••••••••••••••••• 473.21
2004 •••••••••••••••••••• 487.13
2005 •••••••••••••••••• 419.04
2006 ••••••••••••••••• 413.99
2007 •••••••••••••••• 386.07
2008 •••••••••••••••••• 433.40
2009 ••••••••••••••••• 410.52
2010 ••••••••••••• 305.45
2011 •••••••••••••••• 383.32
2012 ••••••••••••••• 344.19
2013 •••••••••••• 274.68
2014 •••••••••••••• 323.32
2015 •••••••••••••••• 367.46
2016 ••••••••••••••••••• 440.97
2017 •••••••••••••••• 376.39
2018 ••••••••••••••• 341.75
2019 ••••••••••••••• 360.94
2020 ••••••••••••• 307.78

Oxşar sözlər

#şurasının nədir? #şurasının sözünün mənası #şurasının nə deməkdir? #şurasının sözünün izahı #şurasının sözünün yazılışı #şurasının necə yazılır? #şurasının sözünün düzgün yazılışı #şurasının leksik mənası #şurasının sözünün sinonimi #şurasının sözünün yaxın mənalı sözlər #şurasının sözünün əks mənası #şurasının sözünün etimologiyası #şurasının sözünün orfoqrafiyası #şurasının rusca #şurasının inglisça #şurasının fransızca #şurasının sözünün istifadəsi #sözlük