Əbdülə sözü azərbaycan dilində

Əbdülə

Yazılış

  • Əbdülə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah bin Əbdüləziz əs-Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova — Azərbaycan qadın voleybol komandasının üzvü.
Feysəl ibn Əbdüləziz Əl Səud
Feysəl ibn Əbdüləziz Əl Səud (ərəb. فيصل بن عبدالعزيز آل سعود‎‎‎; 14 aprel 1905, Ər-Riyad – 25 mart 1975[…], Ər-Riyad) — Səudiyyə Ərəbistanının kralı (1964-1975). == Həyatı == 1964-1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 1906-cı ildə Ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideynlərinin evində tərbiyə almış, onlardan dövrün müxtəlif elmlərini öyrənmişdi. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrətmişdir. Belə ki, o, 13 yaşlı Feysəli Birinci dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı idi. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında BMT-nin təsis müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinə rəhbərlik edir. Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir.
Həsən Əbdüləzimov (legioner)
Həsən Əbdüləzimov – Faşist Almaniyası dövründə almanların təşkil etdiyi Azərbaycan legionları tərkibində vuruşmuş sərkərdələrdən biri Həsən Əbdüləzimov legioner kimi vuruşarkən kapitan rütbəsində II tabur komandiri vəzifəsini yerinə yetirmişdir. Sənədlərdə əslən Naxçıvanlı olması ilə bağlı məlumatlar əksini tapmışdır. Sonradan almanlara qarşı çıxdığına görə almanlar tərəfindən 1943-cü il oktyabrın 8-də Krımda Sultanovka kəndində qətlə yetirilmiş 9 nəfər legionerdən biridir. == Mənbə == Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh.
I Əbdüləziz
Sultan Əbdüləziz (Osmanlı türkcəsi: عبد العزيز — Abdü’l-`Azīz) (8 fevral 1830, Konstantinopol – 4 iyun 1876[…], Konstantinopol) — 32-ci Osmanlı sultanı və 111-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 7 fevralı 8 fevrala bağlayan gecə 1830-cu ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası 30-cu Osmanlı sultanı II Mahmud, anası isə onun xanımlarından çərkəz əsilli Pərtəvniyal Sultan idi. 1836-cı ildə qardaşı Şahzadə Əbdülməcidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 9 yaşında atası uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, böyük qardaşı Sultan Əbdülməcid taxta çıxmışdır. Qardaşının səltənətində vəliəhd olaraq olduqca sərbəst həyat yaşadı və mükəmməl təhsil aldı. Həsən Fəhmi Əfəndidən ərəb dili və ədəbiyyatı ilə yanaşı, dini təlimləri öyrəndi. Ney ifaçısı və bəstəkar Yusif Paşadan musiqi dərsləri aldı. Eyni zamanla idmanla da məşğul olan Əbdüləziz Əfəndi güləş və üzgüçülüklə maraqlanırdı.
Kral Əbdüləziz Universiteti
Kral Əbdüləziz Universiteti (ərəb. جامعة الملك عبد العزيز‎) — Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == 1967-ci ildə yaranmışdır. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür. == Reytinqi == 2014 və 2015-ci illərdə "Academic Ranking of World Universities"dəki yeri 151-200-cü sıralar olmuşdur.
Mehmed Əbdüləziz Əfəndi
Mehmed Əbdüləziz Əfəndi (26 sentyabr 1901, Konstantinopol – 19 yanvar 1977, Nitsa) — Osmanlı sülaləsinin beşinci rəisi, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Əbdüləziz Əfəndi 1901-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ilk xanımı olan Nəşə-fələk xanım idi. 23 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edildi və əvvəlcə Nitsaya, ardından Qahirəyə köçdü. Nitsada ikən 21 fevral 1929-cu ildə Bərkəmal xanımla (d. 16 mart 1911 — ö. 13 yanvar 1962) evləndi və yeganə qızı olan Xürrəm Sultan (d. 31 dekabr 1939 — ö. 5 mart 1999) dünyaya gəldi. 1953-cü ildə isə ailəsiylə birlikdə yenidən Nitsaya qayıtdı və ölümünədək burada qaldı.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.
Namiq Əbdüləliyev
Namiq Əbdüləliyev (tam adı: Namiq Qasım oğlu Əbdüləliyev; 16 iyun 1973, Başlıbel, Kəlbəcər rayonu – 23 iyul 1992, Alçalı, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == == Erkən illəri == Namiq Əbdüləliyev 1973-cü il iyunun 16-da Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmışdır. O, 1989-cu ildə Başlıbel kənd orta məktəbini bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi. == Şəhadəti == 1991-ci ilin iyul ayının 14-də hərbi xidmətə çağrılıb. Altı ay Ukraynada xidmət etdikdən sonra Vətənə qayıdıb. Geri dönən gündən etibarən Milli Ordunun tərkibində sərhədlərimizin keşiyində durub. 1992-ci il iyul ayının 23-də Alçalı postunda döyüşərkən 2 əsgər yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir. O, Başlıbel kəndinin ilk şəhidi idi. == Şəxsi həyatı == Subay idi.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967-1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981- ci ilin aprel ayından 1991- ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991-1997 –ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
Qaraçələbizadə Əbdüləziz Əfəndi
Qaraçələbizadə Əbdüləziz Əfəndi (1591[…], Konstantinopol – 1658[…], Bursa) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1592-ci ildə Bursada məşhur Qaraçələbizadə ailəsində dünyaya gəlmişdir. Atası Rumeli başqazısı olaraq çalışmış Hüsaməddin Əfəndidir. 1598-ci ildə atası vəfat etmiş, bu səbəbdən uşaqlıq illərini Anadolu başqazısı olan böyük qardaşı Mehmed Əfəndinin yanında keçirdi. Ardından Xoca Sadəttin Əfəndinin nəvəsi ilə evləndi və Şeyxülislam Sunullah Əfəndinin xidmətinə girdi. Daha sonra Xeyrəddin Paşa (iyul 1612), Əli Paşa (aprel 1615), Piri Paşa (aprel 1616), Qələndərxana (aprel 1617) və Sahn-ı Səman (dekabr 1619) mədrəsələrində müdərris olaraq çalışdı.I Mustafanın ikinci dəfə taxta çıxarılması və II Osmanın qətli ilə nəticələnən Fateh məscidi hadisələrinə (1623) qarışmış, ardından Bursadakı Molla Hüsrəv mədrəsəsinə təyin olundu və İstanbuldan uzaqlaşdırıldı. Ancaq IV Muradın taxta keçməsinin ardından bağışlandı və İstanbula gələrək Süleymaniyyə məscidinə müdərris seçildi. 1624-cü ilin aprel ayında Yenişəhər, 1626-cı ildə Məkkə, ardından Ədirnə və İstanbul (yanvar 1634) qazısı seçildi. Bu vəzifədə ikən İstanbulda yaranan yağ qıtlığında təqsirkar görüldü və bu səbəblə IV Murad Əbdüləziz Əfəndinin dənizdə boğdurulması haqda fərman yazdı. Ancaq sədrəzəm Bayram Paşanın müdaxiləsi ilə xilas olan Əbdüləziz Əfəndi Kipr adasına sürgün edildi.
Salehə Sultan (Əbdüləzizin qızı)
Fatma Salehə Sultan (d. 9 avqust 1862, İstanbul — ö. 1941, Qahirə) — 32. Osmanlı sultanı Əbdüləzizin Dürrünəv Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Salehə Sultan 9 avqust 1862 tarixində İstanbulda Dolmabağça sarayında dünyaya gəlmişdir. Böyük qardaşı Şahzadə Yusif İzzəddin Əfəndidir. 1876-cı ildə atasının devrilərək öldürülməsinin ardından Fəriyə sarayında nəzarət altında yaşadı. Ancaq V Muradın taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə azadlığa çıxdı. 20 aprel 1889 tarixində Ulduz Sarayında Qurdzadə Zülfüqar Əhməd Paşa ilə evləndirildi. Bu evlilikdən Kamilə xanım Sultan adlı qızı dünyaya gəldi.
Saliha Sultan (Əbdüləzizin qızı)
Fatma Salehə Sultan (d. 9 avqust 1862, İstanbul — ö. 1941, Qahirə) — 32. Osmanlı sultanı Əbdüləzizin Dürrünəv Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Salehə Sultan 9 avqust 1862 tarixində İstanbulda Dolmabağça sarayında dünyaya gəlmişdir. Böyük qardaşı Şahzadə Yusif İzzəddin Əfəndidir. 1876-cı ildə atasının devrilərək öldürülməsinin ardından Fəriyə sarayında nəzarət altında yaşadı. Ancaq V Muradın taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə azadlığa çıxdı. 20 aprel 1889 tarixində Ulduz Sarayında Qurdzadə Zülfüqar Əhməd Paşa ilə evləndirildi. Bu evlilikdən Kamilə xanım Sultan adlı qızı dünyaya gəldi.
Salman bin Əbdüləziz əs-Səud
Salman bin Əbdüləziz əs-Səud (ərəb. الأمير سلمان بن عبد العزيز آل سعود‎, 31 dekabr 1935[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı kralı.
Sultan Əbdüləziz
Sultan Əbdüləziz (Osmanlı türkcəsi: عبد العزيز — Abdü’l-`Azīz) (8 fevral 1830, Konstantinopol – 4 iyun 1876[…], Konstantinopol) — 32-ci Osmanlı sultanı və 111-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 7 fevralı 8 fevrala bağlayan gecə 1830-cu ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası 30-cu Osmanlı sultanı II Mahmud, anası isə onun xanımlarından çərkəz əsilli Pərtəvniyal Sultan idi. 1836-cı ildə qardaşı Şahzadə Əbdülməcidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 9 yaşında atası uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, böyük qardaşı Sultan Əbdülməcid taxta çıxmışdır. Qardaşının səltənətində vəliəhd olaraq olduqca sərbəst həyat yaşadı və mükəmməl təhsil aldı. Həsən Fəhmi Əfəndidən ərəb dili və ədəbiyyatı ilə yanaşı, dini təlimləri öyrəndi. Ney ifaçısı və bəstəkar Yusif Paşadan musiqi dərsləri aldı. Eyni zamanla idmanla da məşğul olan Əbdüləziz Əfəndi güləş və üzgüçülüklə maraqlanırdı.
Ömər ibn Əbdüləziz
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Şah Əbdüləzim türbəsi
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. == Türbədə olan tarixi əsərlər == • Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. • İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. • Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. == Həyatı == 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Əbdüləli Karəng
Əbdüləli Karəng (1923-?) — İran ədəbiyyatşünası. == Həyatı == 1954-cü ildə «Heydərbabaya salam» əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng pоemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də pоemanın xüsusi məziyyətlərindən söhbət açır.
Əbdüləli bəy Xələfov
Əbdüləli bəy İsmayıl bəy oğlu Xələfov (1873-)— I Dünya müharibəsi veteranı. == Həyatı == İsmayıl bəyin ikinci oğlu Əbdüləli bəy 1873-cü ildə Zəngəzur qəzasının Ağanus kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Əbdüləli bəy Xələfov I Dünya Müharibəsində iştirak etmişdi. Sultan Laçın babası haqqında yazır: "Əbdüləli bəy 120 ilə yaxın ömür sürmüşdü. Savad almasa da, sinədəftər olan bu müdrik kişidən şirin söhbətləri, bayatıları ilə yanaşı, bir neçə əşya da xatirə qalmışdı. Uşaq ikən ən çox diqqətimi cəlb edən babamın quzu dərisindən olan buxara papağı, böyük nağarası və bir də iri polad xəncəri idi… Həmin xəncərlə o, məşhur el qəhrəmanı Sultan bəyin dəstələrindəki döyüşlərdə neçə erməni başı kəsmişdi. Əbdüləli bəy 1914-cü ildə könüllü olaraq I Cahan Savaşına yollanmış azsaylı Azərbaycan türklərindən biri idi. "Dikiy (vəhşi) diviziya" adlanan məşhur müsəlman hərbi hissəsinin tərkibindəki süvari alayında Polşanın Krakov quberniyasına qədər döyüşlərdə iştirak etmişdi.
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri. == Həyatı == Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.
Əbdüləli mirzə Ehtişamüddövlə
Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi. == Həyatı == Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi. Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi. Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Əbdüləli xan Qaragözlü
Əbdüləli xan Abdulla xan oğlu Qaragözlü (1870-?)—Şamlı elinin Qaragözlü oymağından olan iran ordusunun generalı. == Həyatı == Azərbaycan xalqının vətəni müdafiə uğrunda hərbi şücaəti qədim və zəngin tarixə malikdir. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Belə qəhrəman oğullardan biri də Əbdüləli xan Qaragözlüdür. Hərbçi ailəsində doğulan bu igid sərkərdə tez bir zamanda İran ordusunda nizam-intizamı, bilik-bacarığı, sərrast strategiyası ilə ad çıxarmışdı. Əbdüləli xan Qaragözlü Mənsurəddövlə ləqəbini daşıyırdı. Tanınmış Qaragözlü tayfa başçısı Nasirülmülkün nəvəsi idi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Əbdülətif Şənər
Əbdülətif Şənər (türk. Abdüllatif Şener; 26 aprel 1954, Ulduzəli, Sivas ili) — Türk siyasətçi. 1996-cı ildən 1997-ci ilə qədər Türkiyə Maliyyə naziri, 2002-ci ildən 2007-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışmışdır.

"əbdülə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbdülə nədir? #əbdülə sözünün mənası #əbdülə nə deməkdir? #əbdülə sözünün izahı #əbdülə sözünün yazılışı #əbdülə necə yazılır? #əbdülə sözünün düzgün yazılışı #əbdülə leksik mənası #əbdülə sözünün sinonimi #əbdülə sözünün yaxın mənalı sözlər #əbdülə sözünün əks mənası #əbdülə sözünün etimologiyası #əbdülə sözünün orfoqrafiyası #əbdülə rusca #əbdülə inglisça #əbdülə fransızca #əbdülə sözünün istifadəsi #sözlük