əlillik sözü azərbaycan dilində

əlillik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlillik • 92.4224%
  • Əlillik • 7.5477%
  • ƏLİLLİK • 0.0298%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.86 dəfə / 1 mln.
2003 •• 2.36
2004 ••• 4.04
2005 •• 2.02
2006 ••••• 7.21
2007 •••• 4.86
2008 •• 2.19
2009 ••• 3.68
2010 •• 2.09
2011 •••• 4.89
2012 ••••• 6.45
2013 ••••• 6.71
2014 •••••••••••••• 20.94
2015 •••••••••••••••••••• 31.30
2016 •••••••••••••• 20.65
2017 •••• 5.85
2018 ••••••••••• 15.88
2019 ••••••••••••••••• 25.59
2020 ••••••••••••••• 22.15

əlillik sözünün leksik mənası və izahı

əlillik sözünün sinonimləri (yaxın mənalı sözlər)

əlillik sözünün rus dilinə tərcüməsi

  • 1 инвалидность

    Azərbaycanca-rusca lüğət / əlillik
  • 2 сущ. инвалидность: 1. состояние, положение инвалида. Əlilliyə keçmək перейти на инвалидность 2. частичная или полная потеря трудоспособности, нетрудоспособность. Əlilliyə görə müavinət пособие по инвалидности, əlillik qrupu группа инвалидности

    Azərbaycanca-rusca lüğət / əlillik

əlillik sözünün inglis dilinə tərcüməsi

əlillik sözünün fransız dilinə tərcüməsi

əlillik sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#əlillik nədir? #əlillik sözünün mənası #əlillik nə deməkdir? #əlillik sözünün izahı #əlillik sözünün yazılışı #əlillik necə yazılır? #əlillik sözünün düzgün yazılışı #əlillik leksik mənası #əlillik sözünün sinonimi #əlillik sözünün yaxın mənalı sözlər #əlillik sözünün əks mənası #əlillik sözünün etimologiyası #əlillik sözünün orfoqrafiyası #əlillik rusca #əlillik inglisça #əlillik fransızca #əlillik sözünün istifadəsi #sözlük