əqli-səlim sözü azərbaycan dilində

əqli-səlim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əqli-səlim • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.
Əqli keyfiyyət
Əqli keyfiyyət – şəxsiyyətin idrak obyektinə, məsələlərin həllinə yanaşma tərzini xarakterizə edən, nisbətən davamlı və mühüm xüsusiyyəti. Hər şəxsin fikri fəaliyyəti həm alınan nəticə, həm də məsələni həlletmə üsulunun səmərəliliyi ilə müəyyən edilir və ağılın keyfiyyəti, yaxud əqli keyfiyyətdə fərdi fərqlər adlanır. Əqli keyfiyyətə əqlin genişliyi, dərinliyi, çevikliyi, təfəkkürün müstəqilliyi və s. daxildir. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s. Intelligence quotient What is IQ? What is intelligence?
Əqli mülkiyyət
Əqli mülkiyyət – qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar. Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Deduktiv əqli nəticə
Deduksiya (ing. Deduction; lat. deuctio) — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə (əqli nəticə) üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: "Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur".
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Səlim (Urmiya)
Səlim kəndi (fars. سليم كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (16 ailə).
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Səlim Babullaoğlu
Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi. Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979–1989) M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990–1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997–2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet", "Hece" — Türkiyə; "Literaturnaya qazeta", "Drujba narodov", Knijnoye obozrenie, "Vavilon/Text only" — Rusiya; "Odra", "Kultura liberalna" — Polşa; "La Traductiere" — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit" — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara" — Moldova, "Sveske", "Knijne novine" — Serbiya; "Convorbırı literare" — Rumıniya, "Современи диjaлози" — Makedoniya, "Alternativa", "New Saunje" — Gürcüstan; "Publisher Weekly-Arabian" — BƏƏ, "Nizwa" — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.
Səlim Cabbarov
Səlim Hassun
Səlim Hassun — iraqlı jurnalist. Səlim Hassun Mosul şəhərində anadan olub. O, bir çox vəzifələrdə çalışıb. O, 1918-ci ildə "Mosul" qəzetinin baş redaktoru, "Əl Aləm Əl Ərəbi"nin isə məsul redaktoru, Osmanlı idarəsindəki Mosulda alman kitabxanasında müdir işləyib. Daha sonra təhsil sahəsində fəaliyyət göstərib, ingilis işğalı dövründə Mosulda maarif müfəttişi, 1919-cu ildə "Nadi Əl İlmi"nin baş redaktoru işləyib. Səlim Hassun Bağdada getdikdən sonra milli hökumət dövründə "Əl Aləm Əl Ərəbi" nəşrini çap etdirib.
Səlim Musayev
Səlim Hüseynpaşa oğlu Musayev (29 may 1937[…], Yuxarı Oruzman, Başkeçid rayonu – 7 aprel 2010) — Azərbaycanda biologiya sahəsində tanınmış aqrostoloq, Milli Elmlər Akademiyasının müxbir üzvi, botanik. İnstitutunun laboratoriya müdiri, biologiya elmlər doktoru. Səlim Musayev 1937-ci ildə may ayının 29-da Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. 1951-ci ildə Yuxarı Oruzman kənd 8-illik məktəbini, 1954-cü ildə isə Hamamlı kənd 11-illik məktəbini bitirmişdir. Üç il təsərrüfatda işlədikdən sonra 1957-1960-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1961-ci ildə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, burada institutun ictimai həyatında yaxından iştirak edərək Ali bitkilərin sistematikası sahəsinə xüsusi maraq göstərmiş, institutun tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 1966-cı ildə həmin institutun biologiyaa fakültəsini biologiya və kənd təsərrüfatının əsasları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ilin avqust ayından 1967-ci ilin noyabr ayının 17-nə kimi Azərbaycan Respublikasının Balakən rayonunun Meşəşambul kənd 8-illik məktəbində kimya-biologiya müəllimi işləmişdir. Ali bitkilərə, xüsusən onların sistematikasına olan marağı S.Musayevi Azərbaycan Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. O, çox böyük həvəs və inadkarlıqla bitki sistematikasının sirlərini öyrənməyə başlamış, bu sahədə geniş elmi-tədqiqat işləri aparmışdır.
Səlim Müslümov
Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Səlim Qasımov
Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957). Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir. 1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu sıralarına keçirilmişdir.
Səlim Sultanov
Səlim Səlimov
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995). Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir. Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib. 1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur. 1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir. 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.
Səlim Turan
Səlim Turan (türk. Selim Turan; d. 9 iyun 1915, İstanbul, Osmanlı imperiyası - 13 oktyabr 1994, Paris, Fransa) — Osmanlı imperiyasında anadan olmuş azərbaycanlı heykəltaraş, rəssam, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi. O, Əli bəy Hüseynzadənin oğlu və Feyzavər Turanın qardaşı. 1915-ci ilin 9 iyununda İstanbulda Əli bəy Hüseynzadə ilə Ədhiyyə xanımın ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist, anası isə Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı olmuşdur. Atası XX əsrin əvvəllərində Osmanlı imperiyasına köçüb, əsasən orada fəaliyyət göstərdiyinə görə Səlim Turanın fəaliyyəti Türkiyə və Fransa ilə bağlıdır. 13 oktyabr 1994-cü ildə Parisdə vəfat etmişdir. Cənazəsi Türkiyəyə aparılmış və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilmişdir. İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olmuşdur.
Səlim Xazbiyeviç
Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır. Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.
Səlim ilçəsi
Səlim — Qars ilinin ilçəsi.
Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Səlim Bustani
Səlim Bustani (ərəb. سليم البستاني‎; 1848 – 1884) — Livan jurnalisti, yazıçısı və siyasi xadim. O, ərəb tarixi romanının banilərindən biri hesab edilir. Səlim Bustani 28 dekabr 1848-ci ildə indiki Livanın Əbeyh kəndində anadan olmuşdur. O, Butrus Bustani və Rahil Atanın doqquz övladının ikincisi idi. Bustani fransız, ingilis, türk və ərəb dillərini öyrənmişdir. Onun romanları Suriya tarixinin mühüm hadisələrinə həsr olunmuşdur. Bustani "Əl-Cənnən" jurnalında və "Dairət ül-maarif" ensiklopediyasında çalışmışdır.
Səlim Dəringil
Səlim Dəringil (türk. Selim Deringil; 1951[…]) — Türkiyə akademiki. O, Boğaziçi Universitetində və Livan Amerika Universitetində tarix professorudur. Səlim Dəringil 1979-cu ildə İst-Anqliya Universitetində doktorluq dərəcəsini qazanmış və elə həmin il Boğaziçi Universitetinə daxil olmuşdur. O, son Osmanlı tarixi, Osmanlı islamı və Osmanlı ilə Avropa arasındakı əlaqələr üzrə görkəmli mühazirəçidir. Dəringil ABŞ, İngiltərə, Fransa, Livan və Fələstində mühazirələr oxumuşdur. O, Osmanlı imperiyasının süqutu və Türkiyə Respublikasının tarixi ilə bağlı bir neçə esse yazmışdır. Onun "The Well-Protected Domains: Ideology and the Legitimation of Power in the Ottoman Empire 1876-1909" kitabı 2001-ci ildə "Fuad Köprülü adına Türk Araşdırmaları Dərnəyi" mükafatına layiq görülmüşdür. The Ottomans, the Turks, and world power politics : collected essays, ISBN 975-428-179-3 Turkish foreign policy during the Second World War : an "active" neutrality, ISBN 0-521-34466-2 The well-protected domains : ideology and the legitimation of power in the Ottoman Empire, 1876–1909, ISBN 1-86064-307-8 De Bellaigue, Christopher. "Turkey's Hidden Past".
Səlim Cəfərov
Səlim Əbdüllətif oğlu Cəfərov — filologiya elmləri doktoru, S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı. 01 iyun 1907-ci ildə anadan olmuşdur. 1923-cü ildə Şəki müəllimlər seminariyasına daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. 1926-cı ildən 1930-cu ilə kimi Dağıstanda müəllimlik etmişdir. 1932-ci ildə Orcanikidze şəhərində Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1933-cü ildən 1936-cı ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. 1933-cü ildə Saxur əlifbasını yaratmış və Saxur ədəbi dilinin bünövrəsini qoymuşdur. 1946-cı ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1947-ci ildə dosent, 1961-ci ildə professor elmi adına layiq görülmüşdür. 1953-1978-ci illər ərzində BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, sonra professoru olmuşdur.

əqli-səlim sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#əqli-səlim nədir? #əqli-səlim sözünün mənası #əqli-səlim nə deməkdir? #əqli-səlim sözünün izahı #əqli-səlim sözünün yazılışı #əqli-səlim necə yazılır? #əqli-səlim sözünün düzgün yazılışı #əqli-səlim leksik mənası #əqli-səlim sözünün sinonimi #əqli-səlim sözünün yaxın mənalı sözlər #əqli-səlim sözünün əks mənası #əqli-səlim sözünün etimologiyası #əqli-səlim sözünün orfoqrafiyası #əqli-səlim rusca #əqli-səlim inglisça #əqli-səlim fransızca #əqli-səlim sözünün istifadəsi #sözlük