ƏQRƏBLƏR sözü azərbaycan dilində

ƏQRƏBLƏR

Yazılış

  • ƏQRƏBLƏR • 64.0316%
  • əqrəblər • 23.3202%
  • Əqrəblər • 12.6482%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əqrəblər
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Alabəzək əqrəblər
Alabəzək əqrəb — Hörümçəkkimilər sinfinə aid tip == Haqqında == Alabəzək əqrəb, əqrəblər dəstəsinə aid olub təbiətdə çox geniş yayılmışdır. Bunlar sadə və çox qədim heyvanlar olduğuna görə onların quruluşunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Əqrəblər nisbətən iri olub, uzunluğu 10–13 sm -ə çatır. Bədən iki şöbədən ibarətdir. Baş – döş qarıncıq . Onların sərhədli bel tərəfdən aydın görünür. Baş-döş bel tərəfdən ümumi xitin qalxanla örtülmüşdür. Baş döşün üzərində karapaksin mərkəzində bir cüt median gözlər yerləşir. Bunlardan əlavə baş-döşün ön tərəfinin yanlarında bir neçə cüt göz vardır. Baş–döşün ventral hissəsi ətrafların əsas buğumları hesabına formalaşmışdır.
Yalançı əqrəblər
Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. == Haqqında == Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir.
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003-2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.00 dəfə / 1 mln.
2004 •• 0.34
2007 •• 0.42
2009 ••• 0.64
2010 0.18
2011 •• 0.43
2012 •••••••••••••••••••• 6.11
2013 •••••• 1.75
2014 •••••• 1.54
2015 ••• 0.68
2017 0.16
2020 0.27

"əqrəblər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əqrəblər nədir? #əqrəblər sözünün mənası #əqrəblər nə deməkdir? #əqrəblər sözünün izahı #əqrəblər sözünün yazılışı #əqrəblər necə yazılır? #əqrəblər sözünün düzgün yazılışı #əqrəblər leksik mənası #əqrəblər sözünün sinonimi #əqrəblər sözünün yaxın mənalı sözlər #əqrəblər sözünün əks mənası #əqrəblər sözünün etimologiyası #əqrəblər sözünün orfoqrafiyası #əqrəblər rusca #əqrəblər inglisça #əqrəblər fransızca #əqrəblər sözünün istifadəsi #sözlük