ərəblər sözü azərbaycan dilində

ərəblər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ərəblər • 70.0565%
  • Ərəblər • 29.5669%
  • ƏRƏBLƏR • 0.3766%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Ərəblər (Bərdə)
Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Toponomik izahı == Ərəblər kəndi Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir; 2. Dəvəçi rayonunun Gəndov i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər şək.-sini əlavə etməklə yaranmışdır.
Ərəblər (Dərbənd)
Ərəblər və ya Ərəbli — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. == Əhalisi == Milli tərkibi2003-cü ilin sonlarına olan məlumat: ləzgilər — 948 nəf. (45,5 %) tabasaranlılar — 700 nəf. (33,6 %) azərbaycanlılar — 239 nəf. (11,5 %) darginlər — 76 nəf. (3,6 %) ağullar — 67 nəf. (3,2 %) qumuklar — 20 nəf. (1,0 %) ruslar — 10 nəf. (0,5 %) digərləri — 24 nəf. (1,2 %)Etiqad baxımından kənd əhalisi şiə və sünni müsəlmanlardan ibarətdir.
Ərəblər (Qürah)
Ərəblər (Qürah) (rus. Арабля́р) — Dağıstan Respublikasının Qürah rayonunda yerləşən kəndlərdən biridir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 514 nəfər yaşayır.
Ərəblər (dəqiqləşdirmə)
Ərəblər — Asiyada xalq.Yaşayış məntəqələriƏrəblər (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Ərəblər — Azərbaycanın Bərdə rayonunda kənd. Ərəblər (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd.
Ərəblər (xalq)
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Ərəblər (Şabran)
Ərəblər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şabran rayonunun Gəndov inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər Şəkilçisini əlavə etməklə yaranmışdır.
Bataqlıq ərəbləri
Bataqlıq ərəbləri (ərəb. عرب الأهوار‎), Maadanlar (ərəb. معدان‎) — İraqın cənub-şərqində, İranla sərhəd boyunca Mesopotamiya bataqlıqlarının sakinləri. Maadanlar İraqın ərəb ləhcəsində danışırlar. Kişilərin ənənəvi geyimləri sallanma şəklində bükülmüş saub və kufiyədir. Al Bu-Muhammad, Ferayqat, Şaqbana, Bani Lam kimi müxtəlif qəbilə birliklərinin tərkibində təbii qaynaqlara yönəlmiş unikal bir mədəniyyət qurmuşlar. Bataqlıqda olan ərəblərin əksəriyyəti şiə müsəlmanlardır, baxmayaraq ki bataqlıqlarda aramik dilində danışan maadanların kiçik icmaları vardır. Maadanların Hindistan yarımqitəsi və ya qədim şumerlərin sakinləri ilə əlaqələri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Lakin əksər hallarda, Maadan mədəniyyətinin Abbasilər xilafətinin süqutundan sonra bu torpaqlara gələn səhra bədəvi mədəniyyəti ilə çox əlaqəsi olduğu qeyd edilir. == Bataqlığın mənimsənilməsi == Qədim dövrlərdən bəri Mesopotamiyada əkinçilik, melamasiya, şumerlərə görə «torpaqların sudan ayrılması» - yəni əkin sahələri üçün torpaqları boşaltmaq və suvarma kanalları sistemi qurmaq üçün bataqlıqların drenajına əsaslanırdı.
Xorasan ərəbləri
Xorasan ərəbləri-İranın Xorasan regionunda yaşayan ərəb əsilli xalq.Xorasan ərəblərinin əksəriyyəti Şeybani, Zənguyi, Mişməst, Xuzəymə və Əzd tayfalarından ibarətdirlər və fars dilində danışırlar və çox azının anadili ərəb dilidir.Bu xalqın çoxu Məşhəd, Bircənd və Nişapur şəhərlərində sakindirlər.
İran ərəbləri
İran ərəbləri — İranda yaşayan bir qrup Ərəb soylu xalaqdırlar. İran ərəblərinin içinə Xuzistan ərəbləri, Xorasan ərəbləri, Hörmüzgan ərəbləri, Buşehr ərəbləri, İraqlı Moavedlər, Farslaşmış ərəb elləri daxildir. == Yaşayış məntəqələri == === Böyük ərəb əhalisi olan məntəqələr === Xuzistan Hörmüzgan Buşehr Fars Cənubi Xorasan Qum === Azlıq ərəb əhalisi olan məntəqələr === Rəzəvi Xorasan İlam Kirmanşah Tehran == Farslaşmış ərəb elləri == Ərəb sərhəngi: Simnan ostanında Ərəb derazi: Simnan ostanında Bəni lam: Yəzd ostanında Bəni şeyban: Yəzd ostanında Xəzai: Yəzd ostanında Bəstami: Yəzd ostanında Amiri: Yəzd ostanında Mişməst: Yəzd ostanında Ərəb cəbbarə: Fars ostanında Ərəb şeybani: Fars ostanında Ərəb kəti: Tehran ostanında Ərəb səhnayi: Tehran ostanında Ərəb baqiri: Əlburz ostanında == Etnik mənşələri Ərəb sanılan xalqlar == Şəhrəki eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Kul eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Mir eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Sərbəndi eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Səyyad eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Biranvənd eli:Luristan əyalətində, Lək dilində danışırlar. Bacelan eli: və ya Bacolvənd eli,Luristan əyalətində, Lək dilində danışırlar.
İsrail ərəbləri
İsrail ərəbləri (ivr. ‏ערבים אזרחי ישראל‏‎; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)‏‎) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir. Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir.
Şirvan ərəbləri
Ərəblər ilk dəfə Qafqaza eramızın VIII əsrində müsəlman işğalı zamanında peyda olmuşdular. IX əsrdən başlarayaq Ərəb Xilafətinin süqutu nəticəsində burada bir sıra ərəb sülalələrinin başçılıq etdiyi dövlətlər yaranmışdır. Onlardan ən güclüsü Məzyədilər sülaləsinin hökmdarlıq etdiyi Şirvanşahlar dövləti olmuşdur. Şirvanşahlar öz hakimiyyətini qısa zamanda bütün cənub-şərqi Qafqaza, o cümlədən Dərbənd əmirliyinə də yaymışdılar. Lakin qonşu əmirliklər müxtəlif imperiyaların tabeliyinə düşdükcə Şirvan get-gedə ərəb aləmindən həm coğrafi, həm də mədəni baxımdan ayrı düşürdü. Farslaşma prosesi nəticəsində Məzyədiləri XI əsrdə əvəz etmiş Kəsranilər sülaləsinə aid olan şirvanşahlar ərəb əsilli olduqlarına baxmayaraq, artıq ərəb yox, fars adlarını (Mənuçöhr, Qubad, Fəribürz) daşıyırdılar və sarayda ərəb dilinin yerinə fars dilində danışmağı üstün tuturdular. Fars dilinin iri şəhərlərdə geniş yayılmasına baxmayaraq, əyalətdə hələ də yerli arran dili danışılırdı. Özlərini daha da möhkəm bərqərar etmək niyyətində Kəsranilər hətta qədim fars şahları nəslindən olduqlarını iddia edirdilər, lakin Minoskinin fikrincə şirvanşahların Sasani dövründən qalmış yerli əsilzadə ailələrlə qaynayıb qarışmasını istisna etmək olmaz. XVII əsrdə yerli oğuz türk dili artıq bütün bölgədə gündəlik ünsiyyət, ticarət və xalqlararası dil olaraq yayılmışdır.Ərəb köçü orta əsrlərdə də davam etmişdir. Köçəri ərəb tayfaları kiçik sayda Qafqaza dalğaşəkilli halda daxil olub burada assimilyasiyaya uğramışdılar.
Ərəblərin Anadoluya yürüşü (782)
Ərəblərin 782-ci ildəki Anadoluya yürüşü — Abbasilər xilafətinin Bizans imperiyasına qarşı həyata keçirdiyi ən böyükhəcmli yürüşlərdən biri. Bu yürüş Bizansın hərbi uğurlarına bir cavab olaraq, Abbasi ordusunun hərbi gücünü nümayiş etdirmək üçün həyata keçirilmişdir. Abbasilər xilafətinin şərti vəliəhdi, gələcək xəlifə Harun ər-Rəşidin öndərliyindəki Abbasi ordusu Bizansın paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhərindən Bosforun digər sahilindəki Krisopol (indiki Üskudar) şəhərinə qədər çatmışdır. Eyni zamanda, ikinci dərəcəli qüvvələr isə Anadolunun qərb hissələrinə basqınlar təşkil etmiş, oradakı Bizans qoşunlarını darmadağın etmişdir. Ər-Harun Konstantinopol şəhərini mühasirə almaq istəmədiyindən və bunun üçün yetərli dəniz gücünə malik olmadığından ordusunu geri çəkmişdir. Bu vaxt Abbasi ordusunun arxa hissəsini qorumaq üçün Frigiyada yerləşdirilən dəstəsi Bizans ordusu tərəfindən məhv edilmişdir. Beləliklə, onlar ər-Harunu tələyə salmışdır. Buna baxmayaraq, erməni əsilli sərkərdə Tatsatın Bizansa dönüklük etməsi ər-Harunun yenidən üstünlük əldə etməsinə gətirib çıxarmışdır. Abbasi taxtının vəliəhdi Konstantinopola atəşkəs təklifi göndərimiş və Bizansın aralarında imperatriça İrinanın baş naziri Stavrakinin də olduğu yüksək vəzifəli diplomatik nümayəndələrini əsir götürmüşdür. Bu, İrinanın üçillik atəşkəs imzalamağa və ağır bir illik xərac ödəməyə məcbur etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.74 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••••••••••••• 2.36
2005 ••••• 0.67
2006 ••••••••••••• 2.03
2007 ••••••••• 1.48
2008 ••• 0.49
2009 •••••••••••••••••• 2.88
2010 •••••••••••••••••• 3.00
2011 •••••••••••••• 2.32
2012 •••••••••• 1.63
2013 •••••••••••••••••••• 3.36
2014 ••••••••••••••••• 2.75
2015 •••••••••••••• 2.21
2016 ••••••• 1.04
2017 ••••• 0.81
2018 •••••• 0.90
2020 •••• 0.53

"ərəblər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərəblər nədir? #ərəblər sözünün mənası #ərəblər nə deməkdir? #ərəblər sözünün izahı #ərəblər sözünün yazılışı #ərəblər necə yazılır? #ərəblər sözünün düzgün yazılışı #ərəblər leksik mənası #ərəblər sözünün sinonimi #ərəblər sözünün yaxın mənalı sözlər #ərəblər sözünün əks mənası #ərəblər sözünün etimologiyası #ərəblər sözünün orfoqrafiyası #ərəblər rusca #ərəblər inglisça #ərəblər fransızca #ərəblər sözünün istifadəsi #sözlük