əziyyət sözü azərbaycan dilində

əziyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əziyyət • 99.6997%
  • Əziyyət • 0.2628%
  • ƏZİYYƏT • 0.0375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 66.43 dəfə / 1 mln.
2002 •••••••••• 47.97
2003 ••••••• 33.86
2004 ••••••• 34.02
2005 ••••••••••• 50.61
2006 ••••••••••••• 60.81
2007 •••••••• 38.90
2008 •••••••• 38.25
2009 ••••••••••••• 63.51
2010 •••••••••••••••• 79.88
2011 ••••••••••••••• 72.92
2012 •••••••••••••• 65.05
2013 ••••••••••••••••••• 92.78
2014 •••••••••••••••••• 87.86
2015 ••••••••••• 54.78
2016 ••••••••••••• 62.30
2017 •••••••••••• 59.18
2018 •••••••••••• 56.03
2019 •••••••••••• 57.58
2020 •••••••••••••••••••• 99.99

əziyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. – Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yaranın əziyyəti. □ Əziyyət çəkdirmək – əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək. Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət. Əziyyət çəkmək – əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir. – Deyir: – Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük. M.Rahim. Əziyyət olmaq – əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola. – [Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur. Ə.Haqverdiyev. Əziyyət vermək (etmək, eləmək) – incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir. – Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad. Aşıq Ələsgər. Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə. A.Səhhət. Əziyyətə salmaq – narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm. – [Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar. M.S.Ordubadi. Əziyyəti dəymək (toxunmaq) – zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi. Əziyyəti olmaq – əziyyət vermək, incitmək. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub. C.Məmmədquluzadə. 2. Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi. A.Divanbəyoğlu. □ Əziyyət çəkmək – zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır.

    Azərbaycan dilinin izahlı lüğəti / əziyyət

əziyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

əziyyət sözünün antonimləri (əks mənalı sözlər)

əziyyət sözünün rus dilinə tərcüməsi

  • 1 мука, мучение, страдание, истязание, тяготы, беспокойство

    Azərbaycanca-rusca lüğət / əziyyət
  • 2 сущ. 1. мука, мучение, страдание. Çəkilən əziyyətlər перенесённые страдания, dəhşətli əziyyətlər страшные муки 2. труд (усилие, старание, направленное к достижению чего-л.). Bu iş böyük əziyyət tələb edir это дело требует большого труда, nahaq əziyyət напрасный труд ◊ əziyyət vermək: 1. мучить, причинять боль, страдание; 2. беспокоить, побеспокоить, утруждать, утрудить, тревожить, потревожить; 3. пытать, подвергать наказанию; истязать; əziyyətə qatlaşmaq терпеть, претерпевать, претерпеть муки; əziyyətə dözmək выдерживать, выдержать мучения; əziyyətdən qurtarmaq: 1. избавляться, избавиться от мук (мучений, страданий); 2. kimi избавлять, избавить кого от мучений, страданий; əziyyəti artı kimin 1. прибавилось мучений у кого 2. прибавилось забот; əziyyət olmazsa если вас не затруднит; əziyyət çəkmək мучиться, страдать; canına əziyyət verməmək не беспокоить себя, не утруждать себя; heç bir əziyyəti yoxdur не представляет никакого труда; əziyyət çəkmə не утруждай себя; əziyyətə salmaq kimi причинять, причинить, доставлять, доставить беспокойство кому; əziyyətinə dəyməz не стоит труда; uzun əziyyətdən sonra после долгих мучений; əziyyətə düşmək испытывать затруднения; sizə əziyyət olar это затруднит вас; если вам нетрудно, əziyyətini yerə vurmaq: 1. kimin не ценить труд чей; 2. оказаться неблагодарным

    Azərbaycanca-rusca lüğət / əziyyət

əziyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. trouble, worry, worriment; discomfort, uneasiness; 2. (əzab) torture, torment, anguish; 3. (zəhmət) pains pl.; 4. (çətinlik) hardship; ~ çəkmək: 1) (xəstəlikdən və s.) to suffer (from), to be* afflicted (with); 2) (zəhmətə düşmək) to take* pains / the trouble, to have* trouble (in, with); Bu məqalənin tərcüməsində çox əziyyət çəkdim I had much trouble in translating this article; 3) (ruhən narahatlıq keçirmək) to worry, to be* distressed; 4) (ağrıdan əzab çəkmək) to be* tortured / tormented; ~ vermək: 1) (incitmək) to trouble (d.), to distress (d.); Qara ciyərim mənə əziyyət verir My liver troubles me; 2) (əzab vermək) to torture (d.), to torment (d.), to pain (d.), to cause to suffer; 3) (zəhmət vermək) to give* (d.) trouble, to trouble smb.; Sizə əziyyət verdiyim üçün üzr istəyirəm I’m sorry to trouble / for troubling you; ~ə salmaq (başqasını) to put* smb. to trouble, to make* trouble for (d.); (özünü) to take* pains / trouble (over); özünə ~ verməmək to spare oneself; ~ə dözmək / qatlaşmaq to endure / to stand* / to bear* sufferings / pains; Heç bir əziyyəti yoxdur No trouble at all

    Azərbaycanca-ingiliscə lüğət / əziyyət

əziyyət sözünün fransız dilinə tərcüməsi

əziyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. азият (1. азаб, жафа; тӀал, тӀал-квал; əziyyət çəkdirmək азият чӀугваз тун, азият (азаб) чӀугуниз себеб хьун, азият гун; əziyyət çəkmək азият чӀугун, азаб чӀугун, тӀал чӀугун; əziyyət olmaq азият хьун, азиятдиз (зегьметдиз, четинвилиз, къайгъудиз) себеб хьун; əziyyət vermək (etmək, eləmək) азият гун (авун), инжиклу авун, нарагьат авун; əziyyətə salmaq азиятдик кутун, жафа гун, нарагьат авун, азиятдик акатуниз себеб хьун; 2. залан кӀвалах, чӀехи зегьмет, гзаф залан, зегьмет алай ва четин кӀвалах; əziyyət çəkmək азият чӀугун, гзаф кӀвалахун, зегьмет чӀугун, гзаф зегьмет алай кардал машгъул хьун; 3. əziyyətlə нареч. азиятдалди а) азабдалди, гзаф четинвилелди, азият чӀугваз-чӀугваз; б) гзаф азиятар (азабар) гана).

    Azərbaycanca-ləzgicə lüğəti / əziyyət

əziyyət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. incitmə, əzab.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

məşəqqət, əzab, cəfa.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"əziyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əziyyət nədir? #əziyyət sözünün mənası #əziyyət nə deməkdir? #əziyyət sözünün izahı #əziyyət sözünün yazılışı #əziyyət necə yazılır? #əziyyət sözünün düzgün yazılışı #əziyyət leksik mənası #əziyyət sözünün sinonimi #əziyyət sözünün yaxın mənalı sözlər #əziyyət sözünün əks mənası #əziyyət sözünün etimologiyası #əziyyət sözünün orfoqrafiyası #əziyyət rusca #əziyyət inglisça #əziyyət fransızca #əziyyət sözünün istifadəsi #sözlük