rəiyyət sözü azərbaycan dilində

rəiyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rəiyyət • 76.7123%
  • Rəiyyət • 20.5479%
  • RƏİYYƏT • 2.7397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəiyyət
Rəiyyət — mülkədardan asılı, onun torpağını icarəyə götürən (çox vaxt irsən) kəndli. İcarə haqqı əsasən natural (ərzaqla), bəzən isə pulla ödənilirdi.Bundan başqa rəyyətin üzərində bir çox mükəlləfiyətlər var idi: yol, arx, körpü tikmək; müharibə və sülh vaxtı vaxtı ərazidə yerləşən qoşunu və məmurları təmin etmək. Avropa kəndlisindən fərqli olaraq Müsəlman Şərqində rəiyyət biyara əsasən getmirdi. Mülkədarın torpağı bütünlüklə rəiyyətin arasında bölüşdürülürdü. Zaman-zaman kəndlilərin təhkim olunması baş versə də, Avropada olduğu kimi burada kəndlilər klassik mənada təhkimli sayılmırdılar, onlar nəzəri olaraq istənilən vaxt ağanı tərk edib başqa ağanın torpağına köçə bilərdilər, amma praktikada bu elə də asan deyildi. Elatdan (yarımköçəri mardarlar) fərqli olaraq rəiyyət daha çox vergi ödəyirdi. Dövlətin əsas vergi yükü rəiyyətin üzərinə düşürdü. Rəiyyət şəxsən azad olsa da, mülkədardan torpağa görə asılı idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2003 •••••••••••• 0.39
2005 •••••••••••••••••••• 0.67
2008 •••••••• 0.24
2012 •••••• 0.17
2020 •••• 0.13

rəiyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir dövlətin tabeliyində olan(lar); təbəə. Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. M.S.Ordubadi. // Aşağı təbəqədən olan, yoxsul adam. Böyük-kiçik, rəiyyət, xanım, ağa; Yapışdılar hər biri bir peşəyə. A.Səhhət. [Şahnisə Vaqifə:] Kaş əliqabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / rəiyyət

rəiyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

rəiyyət sözünün antonimləri (əks mənalı sözlər)

rəiyyət sözünün rus dilinə tərcüməsi

rəiyyət sözünün inglis dilinə tərcüməsi

rəiyyət sözünün fransız dilinə tərcüməsi

rəiyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. райят (са гьукуматдин табийвилик квай, адан гражданин тир агьали, халкь); // агъуз къатарикай тир кас, кесиб кас.

    Azərbaycanca-ləzgicə lüğəti / rəiyyət

rəiyyət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bir hökmdarın tabeliyində olan əhali; təbəə; 2) bir dövlətin vətəndaş(lar)ı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rəiyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəiyyət nədir? #rəiyyət sözünün mənası #rəiyyət nə deməkdir? #rəiyyət sözünün izahı #rəiyyət sözünün yazılışı #rəiyyət necə yazılır? #rəiyyət sözünün düzgün yazılışı #rəiyyət leksik mənası #rəiyyət sözünün sinonimi #rəiyyət sözünün yaxın mənalı sözlər #rəiyyət sözünün əks mənası #rəiyyət sözünün etimologiyası #rəiyyət sözünün orfoqrafiyası #rəiyyət rusca #rəiyyət inglisça #rəiyyət fransızca #rəiyyət sözünün istifadəsi #sözlük