çayı sözü azərbaycan dilində

çayı

Yazılış

  • çayı • 95.7105%
  • ÇAYI • 3.0995%
  • Çayı • 1.1900%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Hind çayı
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri çayı
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Kampuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kamsala çayı
Kasmala çayı — Altay diyarından axan çay. Ob çayını sol qolunu təşkil edir. Çay öz başlançıcını iki su ayrıcı olan ərazidən götürü. Onun mənbəyi Altay diyarının Rebrixinski rayonu Podstepnoe kəndi ərazisində yerləşir. Çayın mənsəbi Obun qolu olan Tixaya çayıdır. Çayın mənsəbi Altay diyarının Pavlovski rayonunda qərarlaşır. Çayın uzunluğu 119 km, du toplayıcı sahəsinin sahəsi isə 2660 km² təşkil edir. Su toplayıcı sahə düzənlikdir. Prionskoe platosunda qərarlaşır. Dərə qədim axının yerində qərarlaşır.
Kamçatka çayı
Kamçatka çayı (rus. Камчатка) — Rusiyanın Uzaq Şərq regionunda, Kamçatka yarımadasından axan çay. Çay Sakit okeanına daxil olan Kamçatski körfəzinə tökülür. Çayın bəzi hissələri gəmiçilik üçün yararlıdır. Çay boyunca Milkovo, Klyuçi və Ust-Kamçatsk yaşayış məntəqələri yerləşir. == Coğrafiyası == Çayın uzunluğu 758 km, hövzənin sahəsi 55.900 km², orta hövzənin hündürlüyü dəniz səviyyəsindən 560 metr yüksəkdir. Çayın ümumi düşməsi 1200 m, orta mailliyi 1,58 ‰ -dir. Başlanğıcını yarımadanın mərkəzi hissəsindəki dağlardan götürür və Pravaya çayı ilə birləşmədən əvvəl Ozernaya Kamçatka adlanır. İki çayın birləşməsindən başlayaraq mənsəbə qədər sahil boyunca Petropavlovsk-Kamchatsk—Ust-Kamchatsk avtomobil yolu keçir Üst hissədə çox sayda astana vardır. Orta axarda çay Mərkəzi Kamçatka ovalığına çatır və düzənlik xarakterini alır.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Kerulen çayı
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olur Kerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.
Keçəldağ çayı
Keçəldağ çayı — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Keçəldağ çayı Qaraxac çayının sağ qoludur. Mənbəyini Keçəldağın yamacından (3080 m. yüksəklikdən) alan bu çay tipik dağ çayı olub, dar dərələrdən axır. Çay eyniadlı dağın adı ilə adlandırılmışdır. Keçəlçay kimi də qeydə alınmışdır.
Kolorado çayı
Kolorado çayı (ing. Colorado River) — ABŞ-nin cənub-qərbindən və Meksikanın şimal-qərbindən axan, uzunluğu təxminən 2330 km olan çaydır. == İstiqaməti == Kolorado çayı ABŞ-nin qərbində yerləşən Kordilyer dağlarının qərb yamaclarının quraqlıq rayonlarından başlanğıc götürür. Kaliforniya körfəzinə tökülür, lakin kənd təsərrüfatı ehtiyaclarına və suvarmaya suyun həddən artıq sərf olunmasına görə çayın suyu quruyaraq dənizə çatmır. Kolorado çayının hövzəsinə ABŞ-nin 7 və Meksikanın 2 ştatının ərazisi düşür. Kolorado çayının hövzəsinin sahəsi 629.100 km²-dir. Çayda suyun sərfi quraqlıq dönəmində 570 m³/saniyə, güclü yağıntılar dönəmində isə 28.000 m³/saniyə təşkil edir. Çayın alt axınında böyük su bəndlərinin tikintisindən sonra suyun sərfi nadir hallarda 2000 m³/saniyədən çox olur. Çayda suyun illik orta məsrəfi 4069 m³/saniyə təşkil edir Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Kordərə çayı
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Çay axdığı Kordərə adlı dərənin adı ilə adlandırılmışdır. Dərənin adı isə Koradərə adının təhrif olunmuş variantıdır. Toponim türk dillərindəki kora (quzu saxlanan yer) və dərə sözlərindən düzəlib, "kora olan dərə" deməkdir.
Koreya çayı
Koreya çayı bitki kökləri, çiçəklər, meyvələr, taxıl, yeməli göbələk, dəniz yosunu və s.-dən hazırlanır. == Tarixi == Üç Krallığın xatirələrində göstərilən Qaya qeydlərinə görə Ayodhya şahzadəsi əfsanəvi kraliça Ho Hvangok Camellia sinensis çay bitkisini Hindistandan Koreyaya gətirdi və onu Changvon şəhəri ilə həmsərhəd olan Begvolsan dağına əkdi. Samhan(3 xanlıq) dövründə labrador çayı və yaxu meyvə çayları, məsələn maqnoliya giləmeyvə çayı və goji giləmeyvə çayı daha geniş istifadə olunurdu. Bir neçə əsr sonra Buddist rahibləri tərəfindən Çin çay mədəniyyətinin tətbiqi ilə çay kollarının sistematik şəkildə əkilməyə başlandığı güman olunur. Bulgapsa, Bulhoesa və Hwaeomsa kimi Koreyadakı erkən buddist məbədlərinin Koreya çay mədəniyyətinin doğulduğu yer olduğunu iddia edilir. Çin çay məhsullarının idxalı, Silla Kraliçası Seondeokun dövründə (631 Tang imperiyasından iki növ çay conça (전차; 磚茶) and dança (단차; 團茶) nın gətirilməsi ilə birlikdə Şilla kraliçası Sondokun (631‒647) hakimiyyəti dövründə Çin çay məhsullarının idxalı başladı. 765-ci ildə bir Buddist rahibin Kye Gyeongdeok və Budda üçün çay təqdim etdiyi deyilir. Camellia sinensis çay bitkisi 828-ci ildə kral Hongdokun Tang İmperiyasından toxumunu alaraq Cirisan dağına əkmək üçün göndərdiyi vaxtdan etibarən ölkədə yayıldı. Çay adətən Budda, eləcə də mərhum əcdadların ruhlarına təqdim olunurdu. Çay mədəniyyəti Qoryo sülaləsi dövründə çiçəklənməyə davam etdi.
Kodori çayı
Kodori və ya Kodor (abx. Кәыдры [Kudrı], gürc. კოდორი [Kodori]) — Gürcüstanın şimalında Abxaziya ərazisindən axır. Çay Suxum şəhərindən 20 km cənub-şərqdə Qara dənizə tökülür. Kodori çayı öz başlanğıcını Qafqaz silsiləsinin Naxar aşırımına yaxın ərazidən götürür. Sərhəddə Qaraçay və Qrandra yerləşir. İki dağ çayı olan Saken və Qrandra çaylarının birləşməsindən əmələ gəlir. Saken Kodorinin ən böyük qoludur. Sağdan Klıç çayını qəbul edir. Burada çay ensiz və gözəl mənzərəli dərədən axır.
Kazikumux Koysu çayı
Kazikumux Koysu — Rusiyada, Dağıstanın cənub-qərb hissəində çay. Karakoysu çayının sağ qolu. Lak, Levaşi və Gergebil rayonları ərazisindən axır. Çayın orta illik su sərfi — 13,0 m³/s-dir. Çayın mənsəbi dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. Mənbəyi isə dəniz səviyyəsindən 3200 metr yüksəklikdədir. Kazikumux Koysu çayının meyilliyi — 31,5 m/km-dir. == Coğrafiyası == Kazikumux Koysu çayı öz mənbəyini Duti-Dağ silsiləsinin şimal yamacındakı buzlaqdan götürür və Karakoysu çayının mənsəbindən 10 km aralıda, Gergebil kəndi yaxınlığında çaya tökülür. Çayın uzunluğu 81 km, enməsi isə 2550 metrdir. Çay hövzəsinin sahəsi 1850 km²-dir.

"çayı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çayı nədir? #çayı sözünün mənası #çayı nə deməkdir? #çayı sözünün izahı #çayı sözünün yazılışı #çayı necə yazılır? #çayı sözünün düzgün yazılışı #çayı leksik mənası #çayı sözünün sinonimi #çayı sözünün yaxın mənalı sözlər #çayı sözünün əks mənası #çayı sözünün etimologiyası #çayı sözünün orfoqrafiyası #çayı rusca #çayı inglisça #çayı fransızca #çayı sözünün istifadəsi #sözlük