* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Sayca, miqdarca artıq; çox. Çoxlu adam. Çoxlu vəsait. – Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Ə.Haqverdiyev. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / çoxlu2 ÇOXLU (həddən artıq çox) Meşədə çoxlu heyvan və quş var idi (S.S.Axundov); AĞILLI-BAŞLI [Tarverdi:] Görüm o birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var (M.F.Axundzadə); DƏRYA QƏDƏR Dərya qədər dərdim var; Ona dərmanmı yetər? (Ə.Cavad); BİR KİTAB Mürşüd: İnci, axı mən evdə sənə bir kitab söz danışdım (M.Rahim); BİR YIĞIN Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyur, dəftərə yazırdı (Ə.Haqverdiyev); BOL Taxıl yaxşı bitmişdi, bol məhsul gözlənilir (M.İbrahimov); BOLLU Əvvəl – bir, sonra – iki, sonra – üç... onların kirayə xərci ilə bollu pul qazandığını deyirdilər (M.İbrahimov); BOLLUCA Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar (S.Vurğun); ÇOXLUCA Məmmədhəsən əmi: Xudayar bəy əmin eşşəyi aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / çoxlu1 ÇOXLU – AZ Məhsuldarlığı artırmaq, çoxlu var qazanmaq haqqında az iş görmüşük (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / çoxlu2 I прил. многочисленный (имеюшийся в большом количестве). Çoxlu dəlillər (sübutlar) многочисленные доказательства, çoxlu faktlar многочисленные факты, çoxlu əsərlər многочисленные произведения, çoxlu idman həvəskarı многочисленные любители спорта, çoxlu saziş bağlandı было заключено большое количество соглашений 2. множественный (существующий во множестве). мед. Çoxlu sınıq множественный перелом II неопр. числ. много (большое, достаточное количество кого-л., чего-л.). Çoxlu sual verildi kimə было задано много вопросов кому, çoxlu görüşlər oldu состоялось много встреч, çoxlu maraqlı çıxışlar gözlənilir ожидается много интересных выступлений III в знач. сущ. множество (большое количество кого-л., чего-л.). Çoxlu ağac və güllər basdırılmışdır посажено множество деревьев и цветов, çoxlu müəllim və tələbə çıxış etdi выступило множество преподавателей и студентов III нареч. разг. много, долго (длительное, продолжительное время). Çoxlu (çox) danışmaq говорить долго (много), çoxlu (çox) dinləmək слушать долго
Azərbaycanca-rusca lüğət / çoxlu