* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Zahirən, zahirdə. Əzizim, qəlbi nara; Tutuşdu qəlbi nara; Üzdə dost deyənlərin; Get, öyrən, qəlbin ara. (Bayatı). Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də, ürəkdən rahat deyildi. Mir Cəlal. 2. Yer səthinə yaxın; dayaz. Neft təbəqələri əvvəllər çox üzdə idi. S.Vəliyev. 3. Açıqda, meydanda, göz önündə. [Vəzirbəyli:] Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim vəzifəmizdir. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / üzdə2 нареч. 1. внешне, с виду. Üzdə özünü dost kimi aparmaq внешне вести себя как друг 2. на поверхности, неглубоко. Nefti üzdə axtarmaq искать нефть на поверхности
Azərbaycanca-rusca lüğət / üzdə1 нареч. 1. ччинал, винелай; 2. винел, ччилин ччиниз мукьва; даяздал; 3. ачухдал, дуьздал, майдандал, вилин кӀаник.
Azərbaycanca-ləzgicə lüğəti / üzdə