Cüneyt Özdəmir
Cüneyt Özdəmir (türk. Cüneyt Özdəmir; 8 fevral 1970, Ankara) — Türkiyəli jurnalist, televiziya və sənədli film istehsalçısı, yazar, TV aparıcısı.
== Həyatı ==
Cüneyt Özdəmir, 8 fevral 1970-ci ildə Ankarada anadan olmuşdur. İki bacısı var. İbtidai və orta təhsilini Yüksəliş Kollecində tamamlayan Cüneyt Özdəmir, tam orta təhsilini(10–11-ci sinif) isə Ankara Atatürk Liseyində tamamlamışdır. Ankara Universiteti, Rabitə fakültəsinin Radio, Televiziya və Kino bölümünün məzunudur. 1993-cü ildə British Council Təqaüd Proqramı alaraq Londonda multimedia təhsili aldı.
Cüneyt Özdəmir, 2016-cı ilin aprel ayında ilk evliliyini etmişdir. Həyat yoldaşı reklamcı Ayşə Bali olmuşdur. Daha sonra boşanan jurnalist, 3 fevral 2011 tarixində rejissor Türkər İnanoğlu və aktrisa Gülşən Bubikoğlunun qızı olan Zeynəb İnanoğlu ilə Paris Səfirliyində evləndi.