* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən. – Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. // Aid olduğu sözə xüsusi emosionallıq verir. İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Deyirlər ki, evli olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbəyoğlu. 2. Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. Özgə uşaq. – [Müəllim:] Mən ki özgə adam deyiləm. H.Nəzərli. 3. İs. mənasında. Kənar, yabançı, yad, özgəsi. [Dilbər:] Özgələri min iş görürlər, karvanı malı ilə yeyirlər, sarvanı şalı ilə. C.Cabbarlı. [Sərvər:] Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. Ü.Hacıbəyov. 4. Qoşma vəzifəsində. Digər, başqa. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / özgə1 Öz sözü həm əvəzlik, həm də feil kimi işlədilib, omonim olub. İndi feil forması müstəqil işlədilmir. Amma özgə, özül, özək tipli sözlərdə qədim mənasını saxlayıb. –gə, -ül, -ək şəkilçiləri feildən ad düzəldir, əvəzliklərə qoşulmur. Özgə kəlməsi mənbələrdə adın, azın formalarında da qeydə alınıb. Deməli, özgə kəlməsi öz feilindən əmələ gəlib, düzəltmə söz olub (indi sadə söz kimi qəbul olunur, çünki öz feili müasir dilimizdə müstəqil işlədilmir). Bunu nəzərə almayan bəzi alimlər hökm verirlər ki, -gə şəkilçisi həm feillərə (süpür-gə), həm də əvəzliklərə (öz-gə) artırılır. Nəzəri baxımdan eyni şəkilçinin həm feil, həm də adlardan söz düzəltməsi müşkül məsələdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / özgə1 ÖZGƏ – DOĞMA Özgə uşağını saxlamaq bir xəta şeydir (S.S.Axundov); Öz doğma millətindən; Qoruyur özgələri (B.Vahabzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / özgə2 I прил. 1. чужой: 1) принадлежащий другому или другим, являющийся собственностью другого или других. Özgə əşyası чужая вещь, özgə paltarı чужая одежда, özgə pulu чужие деньги, özgə sənədləri чужие документы, özgə evi чужой дом, özgə malı чужая собственность 2) сделанный, произведенный другим или другими. Özgə fikri чужая мысль, özgə ideyası чужая идея, özgə ixtirası чужое изобретение, özgə təklifi чужое предложение, özgə işi чужая работа 3) относящийся к кому-л. другому или другим. Özgə sevinci чужая радость, özgə bədbəxtliyi чужое несчастье, özgə dərdi чужое горе, özgə qayğıları чужие заботы 4) неродной, не связанный родственными или близкими отношениями, общими взглядами, совместной работой и т.п., посторонний. Özgə adam чужой человек, özgə qadın чужая женщина, özgə uşaqları чужие дети, özgə ailəsi чужая семья 5) не являющийся родиной или местом постоянного жительства для кого-л. Özgə ölkələr чужие страны, özgə diyyarlarda в чужих краях, özgə torpaqlar чужие земли, özgə yerlər чужие места, özgə şəhər чужой город 6) относящийся к иному государству, стране; иностранный. Özgə dil чужой язык, özgə adətlər чужие обычаи 2. другой: 1) не такой, как этот, иной. Özgə fikirdə olmaq kim, nə haqqında быть другого мнения о ком, о чём; özgə vaxt gələrsən придёшь в другое время; işdə özgə nöqsan yox idi в работе других недостатков не было 2) разг. иной, некоторый. Özgə adam başa düşə bilməz ki … другой человек не поймет, что … 3. особый, особенный, необычный, необыкновенный (своеобразный, не похожий на других). O özgə bir adamdır он человек особенный, o müğənninin səsi özgə bir səsdir у того певца особенный голос, onun üçün özgə bir şərait yaradılmışdır для него созданы особые условия, bu gülün özgə bir ətri var у этого цветка особенный аромат, baharın özgə bir gözəlliyi var у весны есть особенная красота, особая прелесть 4. чуждый (далёкий, противоположный кому-л. по духу, сущности). Özgə adətlər чужие традиции, özgə ideologiya чужая идеология II в знач. сущ. 1. чужой, чужая (не родной, посторонний) 2. другой, другая (иной, иная). Sənin yerinə özgəsi olsa idi çoxdan yorulmuşdu другой бы на твоём месте давно устал 3. другое. Məni tamam özgə şey narahat edir меня беспокоит совсем другое; мн. ч. özgələr (özgələri): 1. чужие (не родные, посторонние). Özgələr nə deyər что скажут чужие 2. другие (иные). Özgələri min işlər görürlər, … другие творят дела, özgələrə fikir verməmək не обращать внимания на других III разг. послел. кроме, помимо. Səndən özgə mənim heç kəsim yoxdur у меня нет никого, кроме тебя IV предик. чуждо. Bütün bunlar mənə özgədir всё это мне чуждо ◊ özgə hesabına yaşamaq жить за чужой счет; özgə bostanına daş atmaq бросать камень в чужой огород; özgə əlinə (əllərə) düşmək попадать, попасть в чужие руки; özgə ağlı ağıl artırmaz (özgə ağlı ilə iş görməzlər) чужим умом умён не будешь; özgə ağzına baxan ac qalar тот голодным сидит, кто другому в рот глядит; özgə atına minən tez düşər на чужого коня сесть – скоро слезть; özgə malına göz dikən malsız-davarsız qalar на чужой скот позаришься – без своей скотины останешься, özgə malına göz dikmə не зарься на чужое добро; özgəsinə quyu qazan özü düşər не рой другому яму – сам в неё попадешь; öz qədrini bilməyən özgəsinin qədrini heç bilməz как собака на сене – сам не ест и другим не даёт, öz gözündə tiri görmür, özgə gözündə qılı seçir в своём глазу бревна не видит, в чужом – волосок замечает
Azərbaycanca-rusca lüğət / özgə1 əv. other; another; ~ sözlə in other words; ~ yerdə somewhere else; Bu özgə məsələdir That is another matter; ~ adam a stranger, a strange man*; O, özgələri barədə heç vaxt fikirləşmir He / She never thinks of others
Azərbaycanca-ingiliscə lüğət / özgə1 əv. autre ; inconnu, -e ; étrang//er, -ère ; ~ sözlə autrement dit ; ~ yerdə dans un autre endroit ; ~ adam homme m inconnu
Azərbaycanca-fransızca lüğət / özgə1 1. прил. маса; ччара; // са хзандай, са коллективдай ва мс. тушир (мес. аял); 2. сущ. масад, ччарад; ччаради; // ччарадан, масадан.
Azərbaycanca-ləzgicə lüğəti / özgəözgə vırmağ: (Dərbənd) çayda üzmək. – Uşağ çayda özgə vıradi
Azərbaycan dilinin dialektoloji lüğəti.