* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. □ Öhdəsində qalmaq – himayəsində, iaşəsində olmaq, boynunda olmaq. [Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım. İ.Əfəndiyev. Öhdəsində olmaq – bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq. [Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə. Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi. Mir Cəlal. Öhdəsindən gəlmək – 1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək. – Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi? H.Seyidbəyli. [Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. M.Dilbazi; 2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq. [Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm… C.Məmmədquluzadə. [Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm… Ə.Haqverdiyev. // məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər. Öhdəsinə qoymaq (buraxmaq, atmaq) – birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq). – [Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə. Ə.Vəliyev. Babacan … evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı. Ə.Əbülhəsən. Öhdəsinə düşmək – üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq. [Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. M.S.Ordubadi. Öhdəsinə götürmək (almaq) – yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək. [Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm… S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / öhdə1 i. obligation, engagement; commitment; responsibility; bir kəsin ~sində olmaq to be* smb.’s responsibility, to be* smb.’s dependent; ~sindən gəlmək to manage (d.), to cope (with); işin ~sindən gəlmək to manage / to handle one’s job well; vəzifəsinin ~sindən gəlmək to cope with one’s task; O, bunun öhdəsindən gələ bilməz He / She won’t be able to cope with it; ~dəsinə buraxmaq / qoymaq to make* smb. responsible for smth; ~sinə düşmək to fall* to smb.’s lot, to be* responsible to do / to carry out some work; ~yə almaq / götürmək to pledge / to commit oneself, to load oneself with responsibility, to undertake* to do smth., to pledge oneself to do smth., to bind* to do smth.
Azərbaycanca-ingiliscə lüğət / öhdə1 is. engagement m ; obligation f ; responsabilité f ; bir kəsin ~sində olmaq être à la charge de qn ; ~sindən gəlmək 1) être capable de faire qch ; 2) venir vi (ê) à bout de qch ; rendre (se) maître de qch ; 3) en user à sa manière avec qn ◊ mən onun ~sindən gələrəm! il me le payera! ~sinə buraxmaq charger qn de qch ; ~sinə düşmək échoir à qn ; ~yə almaq charger (se) de faire qch ; engager (s’) à faire qch
Azərbaycanca-fransızca lüğət / öhdə1 [ər.] сущ. везифа, буржи; // öhdəsində qalmaq хиве хьун (амукьун), нафакьада хьун; öhdəsində olmaq са везифа яз винел хьун, хиве хьун; ихтиярда хьун; öhdəsindən gəlmək а) са кар ийиз гуж акакьун, ийиз хьун, алакьун; б) вягьтедай фин, женгина ва мс. гуж акакьун, уфтан хьун; в) пер. тарс гун, дуван акун, дуван кьун; öhdəsinə qoymaq (buraxmaq, atmaq) хиве ттун, хивез вегьин, тапшурмишун; öhdəsinə düşmək хиве гьатун, хиве хьун; öhdəsinə götürmək (almaq) хивез къачун, гаф гун, хиве кьун.
Azərbaycanca-ləzgicə lüğəti / öhdəə. təəhhüd, borc.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti