Özdən sözü azərbaycan dilində

Özdən

Yazılış

  • Özdən • 75.0000%
  • özdən • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Özdən
Özdən yaxud uzdən (türk.) — Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən — özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur. Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir. Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir. Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.
Ridvan Özdən
Ridvan Özdən — Türk polkovnik, sabiq Mardin Jandarma Alay Komandiri. 17 Fevral 1993-cü ildə təyyarə qəzasında həyatını itirən sabiq Jandarma Ümumi Komandiri general Əşrəf Bitlisin qrupundandır. İstanbulda vəzifə yerinə yetirdiyi sırada maye yanacaq qaçaqçılığında istifadə edilən vasitələrin Jandarmaya aid təsislərdən birində saxlandığını ortaya çıxararaq məsulların mühakimə önünə çıxmasını təmin etmişdir. Təyin səbəbi ilə 1994-cü ilin aprel ayında Mardinə getmiş, burada PKK və JİTEM-in narkotik ticarətini ortaya çıxarmışdır. 1994-cü ilin noyabr ayında rəsmi vasitəsinə qurulan pusquda sağ olaraq xilas olmağı bacarmışdır. 12 Avqust 1995-də PKK ilə girdiyi bir qarşıdurmada alınından vurularaq həyatını itirdiyi açıqlandı. Cənazəsi yarılma edilmədən torpağa verildi. Həyat yoldaşı Tomris Özdən 1995-dən bu yana, "Ridvan Özdənin ölümünü şübhəli tapdığını" ifadə etməkdədir. Ölüm hesabatına görə Özdənin sol qaşının 6 santimetr üstündə bir güllə dəli­yi tapılmaqda idi.Həyat yoldaşı isə cənazə mərasimindən əvvəl yoldaşını cansız bədəninə baxdığında alınında heç bir güllə yarasına olmadığını və başının arxa tərəfi qan içində olduğu üçün peysərindən vurulmuş ola biləcəyini söyləməkdədir.

özdən sözünün etimologiyası

Oxşar sözlər

#özdən nədir? #özdən sözünün mənası #özdən nə deməkdir? #özdən sözünün izahı #özdən sözünün yazılışı #özdən necə yazılır? #özdən sözünün düzgün yazılışı #özdən leksik mənası #özdən sözünün sinonimi #özdən sözünün yaxın mənalı sözlər #özdən sözünün əks mənası #özdən sözünün etimologiyası #özdən sözünün orfoqrafiyası #özdən rusca #özdən inglisça #özdən fransızca #özdən sözünün istifadəsi #sözlük