Şəbab sözü azərbaycan dilində

Şəbab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şəbab • 85.5856%
  • şəbab • 13.5135%
  • ŞƏBAB • 0.9009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar.

şəbab sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. Ü.Hacıbəyov. Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi. □ Şəbabətə yetmək – gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi. Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / şəbab

şəbab sözünün sinonimləri (yaxın mənalı sözlər)

şəbab sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. молодость, юность, юношеский возраст; zamani-şəbab пора молодости, время юности, молодые (юные) годы

    Azərbaycanca-rusca lüğət / şəbab

"şəbab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəbab nədir? #şəbab sözünün mənası #şəbab nə deməkdir? #şəbab sözünün izahı #şəbab sözünün yazılışı #şəbab necə yazılır? #şəbab sözünün düzgün yazılışı #şəbab leksik mənası #şəbab sözünün sinonimi #şəbab sözünün yaxın mənalı sözlər #şəbab sözünün əks mənası #şəbab sözünün etimologiyası #şəbab sözünün orfoqrafiyası #şəbab rusca #şəbab inglisça #şəbab fransızca #şəbab sözünün istifadəsi #sözlük