Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir.
== Tarix ==
Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir.
Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu.
=== Kommunizmdən bu günə ===
Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.