Şurası sözü azərbaycan dilində

Şurası

Yazılış

  • Şurası • 95.9546%
  • şurası • 4.0378%
  • ŞURASI • 0.0076%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir.İngilis və Fransız dilləri iki rəsmi dildir. == Şuranın orqanları == Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA).Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa KomitəsiNazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. == İdarəçilər == İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir. Şuranın mərkəzi Brüsseldədir; ancaq bəzi iclaslar Lüksemburqda keçirilir. == İşi == Avropanın gələcəyi ilə bağlı ən vacib qərarlar Şura tərəfindən verilir.
Alman Milli Şurası
Alman Milli Şurası — Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş qurum. 1918-ci il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə alman əhalisindən də bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Parlamentində mill azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını Yelenendorfdan (indiki Göygöl) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi, əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.
Azərbaycan Ağsaqqallar Şurası
Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat. == Tarixi == 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub. 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib. == Fəaliyyəti == === Həyata keçirtdiyi layihələr === Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər. "İmkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi"(2000–2006) "Bizə uzanan əllər" (2005-ci ildən bu günə qədər) "Ümidə qayıdış- həbsxanada cəza çəkən insanların tərbiyələnməsinə ictimai dəstək və yaradıcı insanların tanıdılması"(2007–2011 "Görünməyən tariximiz-itməkə olan abidələrin və adətlərin bərpası, qeydə alınmamış abidələrin şərhi"(2008–2010) "Ağsaqqal və gənclik- cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğat"(2009–2012 "Ekologiya və biz" (2010–2013) "Əsgərlərə yeni ruh"(2011–2019) "Biz heç kimi unutmuruq.."(2008-ci ildən davam edir) "Türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələləri Azərbaycan mediasında: mövcud durum və perspektivlər"(2013-Mətbuat Şurası ilə birgə 1 illik layihə "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında"(2017–2018) "Azərbaycanın iqtisadi konsepsiyası:media hərəkətverici qüvvə kimi"-(2013) Qeyd edək ki, bu layihələr çərçivəsində Ramin Əhmədov işçi qrupu ilə birlikdə hər il 500-dən yuxarı şəhid ailəsini və şəhid məzarlarını ziyarət edir, imkansız aztəminatlı ailələrin və sığınacaqlarda olan uşaqları dərs ləvazimatları, paltar və ərzaqla təmin edir. Müharibə veteranları, fiziki qüsurlu insanlara məxsusi diqqət ayırır. Bütün bayramlarda onlara tədbir keçirilir, ərzaq sovqatı verilir.
Azərbaycan Milli Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. == Tarixi == 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. == Tarixi == 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər.Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi.Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular. İyun ayında mərkəzi şura öz fəaliyyətini bərpa etdi. Şura Başqırd hökumətinin tədbirlərini dəstəkləyib, antibolşevik təbliğat apararaq Başqırd Milli Hərəkatı üçün maaliyyət dəstəyi yığmaqla yanaşı, digər milli hərəkatlarla münasibət yaradırdı.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. == Funksiyaları == Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır.Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. == İdarəetmə == == Üzvləri == Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. === Mediator === Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər. === Mediasiya təşkilatı === Mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır; mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır; istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır. === Mediasiya təlimi qurumu === Mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: 1.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. == Tarixi == İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya “lövbər valyutası” deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Azərbaycanın Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir. Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir. Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir. Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir. Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir. Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir. Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
BMT Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Beynəlxalq Arxivlər Şurası
Beynəlxalq Arxivlər Şurası (fr. Conseil international des archives) — 1948-ci ildə arxivlərlə əlaqəli bütün sahələrdə beynəlxalq əməkdaşlığı, tədqiqatı və inkişafı təşviq etmək üçün yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Fransanın Paris şəhərində, Fransa Milli Arxivi binasında yerləşir. Beynəlxalq Arxivlər Şurası ümumi məclis tərəfindən idarə olunur. Onun rolu dünyanın hər yerindən arxivçilər üçün regional forumlar yaratmaq və arxiv işçiləri ilə maraqlı qurumları bir araya gətirmək, konkret problemlərin həllinə nail olmaq üçün komitələr yaratmaqdır. Katiblik təşkilatın rəhbərliyinə həvalə olunmuşdur və üzvlərin öz aralarında əlaqələndirilməsinə xidmət edir. == Missiya barədə bəyanat == Beynəlxalq Arxivlər Şurasının missiya bəyanatında deyilir: "Beynəlxalq Arxivlər Şurası, dünya arxivi mütəxəssislərinin təmsilçiliyi ilə qeydlərin effektiv idarə olunması və dünya arxiv irsinin qorunması, qayğısı və istifadəsinə həsr olunmuşdur. Arxivlər insan fəaliyyətinin sənədli məhsuludur və bu səbəbdən demokratiyanın, fərdlərin və icmaların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin əvəzolunmaz şahididir. Altmış ildən çoxdur ki, Beynəlxalq Arxivlər Şurası dünyanın hər yerində arxiv qurumlarını və praktikantlarını birləşdirir, yaxşı arxiv idarəçiliyi və qeyd olunan mirasın fiziki qorunmasını təmin edir, nüfuzlu standartlar və ən yaxşı təcrübələr yaradır.
Beynəlxalq Muzeylər Şurası
Beynəlxalq Muzeylər Şurası — (ing. International Council of Museums, ing. ICOM) 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdı. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir. == ICOM-un məqsəd və vəzifələri == Nizamnaməyə əsasən, ICOM-un məqsəd və vəzifələri aşağıdakılardır: bütün dünyada muzey işinin inkişafının təşviqi; mirasın qorunması və mədəni mülkiyyətdə qanunsuz ticarətlə mübarizə; muzey işçilərin təlimi və peşəkar standartlarına uyğun təkmilləşdirilməsi; muzey və muzey işçilərinə kömək göstərilməsi; muzey təşkilatları və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın qurulması. == Ümumi məlumat == 1946-cı ildə təsis edilmiş ICOM, UNESCO ilə rəsmi əlaqələri davam etdirən və Birləşmiş Millətlər Təşkilatıının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan qeyri-hökumət təşkilatıdır. ICOM həmçinin, beynəlxalq mülki xidmət missiyalarının yerinə yetirilməsi məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatı, INTERPOL və Ümümdünya Gömrük Təşkilatı kimi təşkilatlarla əməkdaşlıq edir. Mədəni əmlakın qanunsuz dövriyyəsi ilə mübarizə və təbii və ya texnogen fəlakətlər zamanı dünya mədəni irsinin qorunması üçün risklərin idarə edilməsinə və fövqəladə hallara hazırlığa kömək etmək ICOM-un missiyasına daxildir. == Etik davranış kodeksi == ICOM 1986-cı ildə muzeylər üçün ICOM Etik davranış kodeksi qəbul etdi və təşkilatın bütün üzvlərinə riayət etməsi lazım olan təcrübə standartlarını təyin etdi.
Böyük Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Dövlət Şurası (Fransa)
Fransanın Dövlət Şurası (fr. Conseil d'État) — Fransa hökumətinin orqanı, ən yüksək orqanın birbaşa həll edilməli olduğu məsələlərə dair fikirlərini təqdim etməyə çağırılmışdır. İnzibati işlərdə ən yüksək məhkəmə. == Tarixi == Fransada Dövlət Şurası, nəhayət, 1673-cü ildə XIV Luis hakimiyyətində formalaşdı. O, eyni zamanda ən yüksək məhkəmə təsisatı, ali inzibati məhkəmə və hökumət şurası idi. 1791-ci il inqilabı dövründə Dövlət Şurası dağıdıldı, lakin tezliklə Siyesin planına uyğun olaraq bərpa edildi və VIII (1799)-ci ildə konsulluq (sonrakı imperiya) konstitusiyasının ən vacib təsisatlarından biri oldu. Şura, sonra tribunat və qanunverici orqana təklif olunan qanun layihələrini hazırladı. Konsul olaraq, Napoleon Dövlət Şurasında mübahisələrə səbəb olmağı sevirdi; imperator olanda daim ona böyük etimad göstərmiş, nazirlərinin hərəkətlərini nəzarət altına almış, ən çətin və incə işləri ona həvalə etmişdi. Şuranın fəal iştirakı ilə bir universitet təşkil edildi, kodlar nəşr olundu: mülki, prosessual, kommersiya, cinayət. Bərpa və İyul monarxiyası dövründə Dövlət Şurası siyasi əhəmiyyət daşımadı.
Gürcü Milli Şurası
Gürcü Milli Şurası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bakıda fəaliyyət göstərən milli şuralardan biri. == Haqqında == 1918-ci ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi açmış, öz soydaşlarına himayədarlıq etmiş, imkan daxilində hər cür yardım göstərmişdi. Şuranın sədri Konstantin Dimitriyeviç Mikeladze idi. Sayca az olmalarına baxmayaraq, ölkədə yaşayan gürcülərin mənafeyini təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə 1 nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) daxil edilmişdi. Erməni Milli Şurasında fərqli olaraq, Gürcü Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştirak etməmişdir. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Ali Milli Təhlükəsizlik Şurası
Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ; fa: شورای عالی امنیت ملی Showrāye Āliye Amniyate Mellī) İran İslam Respublikasının milli təhlükəsizlik şurasıdır. Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxanidir. 10 sentyabr 2013-cü ildə prezident Həsən Ruhani tərəfindən katib vəzifəsinə təyin edilmişdir. Şura, milli maraqların və İslam inqilabının, ərazi bütövlüyünün və ölkənin milli suverenliyinin qorunması və dəstəklənməsi üçün yaradılmışdır. Bu qurum 1989-cu ildə konstitusiyanın revizyonu zamanı qurulmuşdur.Şuranın vəzifələri konstitusiya ilə aşağıdakı kimi müəyyən edilmişdir: Liderin müəyyən etdiyi ümumi siyasətlər çərçivəsində ölkənin müdafiə və milli təhlükəsizlik siyasətlərinin müəyyənləşdirilməsi. Ümumi müdafiə və milli təhlükəsizlik siyasətləri ilə əlaqəli siyasi fəaliyyət, kəşfiyyat, sosial, mədəni və iqtisadi sahələrin koordinasiyası. Daxili və xarici təhdidlərlə üzləşməmək üçün ölkənin maddi və intellektual ehtiyatlarından istifadə edilməsi == Tərkibi == Bu Milli Təhlükəsizlik Şurası, İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsi ilə ölkə prezidentinə rəhbərlik etmək onun vəzifəsidir. Prezident Ali Şuranın katibini seçir. Şuranın qərarları Ali Rəhbər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Ali Rəhbər Əli Xamenei və Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) xarici siyasətlə bağlı verilmiş qərarların başındadır.
Ali məktəbin elmi şurası
Asiya-Sakit okean Şurası
Asiya-Sakit okean Şurası (ing. Asian and Pacific Council) və ya sadəcə AZPAK — Uzaq Şərqdə və Sakit okeanın qərb hissəsində məhəlli siyasi-iqtisadi ittifaq. 1966-cı ilin iyununda Seulda yaradılmışdır. 1975-ci ilin əvvəlində şuraya keçmiş Cənubi Vyetnam, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Tailand, Filippin, Cənubi Koreya və Laos daxil idi. AZPAK formal olaraq məhəlli iqtisadi, mədəni və ictimai əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Azərbaycan sovet mənbələri iddia edir ki, AZPAK əslində, "Asiya sosialist ölkələrinə və ümumiyyətlə, Cənub-Şərqi Asiya və Uzaq Şərqdə milli azadlıq hərəkatına qarşı yönəlmiş siyasi ittifaqdır". Təşkilat üzvlərinin əksəriyyəti Qərb ölkələrinin müxtəlif qruplaşmasında iştirak etmişdir. Onlar müxtəlif müqavilə, sazişlə ABŞ və Birləşmiş Krallıq ilə əlaqəli olmuşlar. Malayziya 1973-cü ildə AZPAK-dan çıxmaq haqqında qərar qəbul etmiş, Cənubi Vyetnam süquta uğramışdır. Bunun ardınca AZPAK-ın fəaliyyəti praktiki olaraq iflic vəziyyətinə düşmüşdür.
Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir. == Üzvlər == 50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.
Avropa Birliyinin Nazirlər Şurası
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. == Əsas təsis sənədləri == 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi == Tarix == Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır. O, daimi dialoq aparan hökumətləri təmsil edən icraedici orqan olan Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Bununla belə, adətən təşkilatın “mühərriki” kimi qəbul edilən, hökumətləri insan hüquqları məsələlərində hesaba çəkən, demokratik standartları dəstəkləmək üçün dövlətlərə təzyiq göstərən, təzə ideyalar təklif edən və islahatlara təkan yaradan Assambleyadır. Assambleya ilk sessiyasını 10 avqust 1949-cu ildə Strasburqda keçirdi və onu Avropanın ən qədim beynəlxalq assambleyalarından birinə çevirdi. Onun əsas nailiyyətləri arasında: yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi; Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması; Avropa Şurasına üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar; 1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım; bir çox yeni mütərəqqi milli qanunların formalaşmasına ilham verən və kömək edən; münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etməkAvropa Şurası Parlament Assambleyası - Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. == Səlahiyyətlər == Avropa Parlamentindən (Avropa İttifaqının institutu) fərqli olaraq, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, 700 milyon avropalı üçün danışır və hüququna malikdir: Avropa Şurasının 46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək; Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq; hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına suallar verin; parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək; dövlətlərin veto hüququ sayəsində Avropa Şurasına daxil ola biləcəkləri şərtləri müəyyən etmək; ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək; üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək; üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etməkAŞPA-nın qanunla müəyyən edilmiş mühüm funksiyaları Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və onun Baş katibinin, habelə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin üzvlərinin seçilməsidir. Ümumiyyətlə, Assambleya ildə dörd dəfə Strasburqda, Palais de l'Avropa sarayında bir həftəlik plenar iclaslar keçirir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında
Azərbaycan BMT Təhlükəsizlik Şurasında — Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı fəaliyyəti. == Qeyri-daimi üzv == Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçilmişdir. === Səsvermə === Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlüyə 17 raundluq səsvermədən sonra seçilmişdir. Səsvermənin ilk raundu 21 oktyabrda olmuşdur. Həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplamışdır. Ancaq yetərsay olmadığı üçün (129 səs) Azərbaycanla Sloveniya növbəti raunda qatılmışdır. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplamışdır. Yetərsay yenə də olmamışdır. Üçüncü raundda da yetərsay olmadığı üçün Azərbaycan ümidini 4-cü raunda bağlayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib.
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü qısametrajlı sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən bəhs edilir. == Məzmun == Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən və bu illər ərzində həmkarlar təşkilatlarının Azərbaycan zəhmətkeşlərinin həyat və məişətində və onların sağlamlığının qorunmasında rolundan, eləcə də bu yubileyin təntənə ilə qeyd olunmasından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Azərbaycan Milli Şurasının İcraiyyə Orqanı

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası

Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin nəzdində kollegial orqan. == Yaradılması == Hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələləri müzakirə edir və müvafiq qərarlar çıxarırdı. Əsası 1919 il yanvarın 10-da qoyulmuşdu. Hərbi şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ) yaradılmışdı. Hərbi nazir və onun müavini, piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, ləvazimat və istehkamçı idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı MHŞ-nın üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik edirdi. == Fəaliyyəti == Hərbi şuranın əsasnaməsi işlənib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiçik hərbi şura (KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırdı. Tərkibinə hərbi nazirin müavini, Ümumi qərargahın, Baş ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Sədri

Azərbaycan–Avropa Şurası münasibətləri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 189.15 dəfə / 1 mln.
2002 ••••••••••• 202.14
2003 •••••••••••••••••••• 391.32
2004 ••••••••••••••••• 320.03
2005 ••••••••••••••• 278.69
2006 ••••••••••••••• 285.83
2007 ••••••••••••• 236.16
2008 ••••••••••••• 254.34
2009 ••••••••••• 198.22
2010 •••••••••• 179.19
2011 •••••••••• 188.48
2012 •••••••• 154.80
2013 •••••••• 139.31
2014 ••••••••• 158.23
2015 ••••••••• 166.55
2016 •••••••••• 184.82
2017 ••••••••• 172.34
2018 •••••••• 142.33
2019 •••••••• 153.97
2020 ••••••••• 169.34

"şurası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şurası nədir? #şurası sözünün mənası #şurası nə deməkdir? #şurası sözünün izahı #şurası sözünün yazılışı #şurası necə yazılır? #şurası sözünün düzgün yazılışı #şurası leksik mənası #şurası sözünün sinonimi #şurası sözünün yaxın mənalı sözlər #şurası sözünün əks mənası #şurası sözünün etimologiyası #şurası sözünün orfoqrafiyası #şurası rusca #şurası inglisça #şurası fransızca #şurası sözünün istifadəsi #sözlük