* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. – Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət. Sərin-sərin din yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuzbucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini yayırdı. M.Rzaquluzadə. Çöldə hər çiçəyin bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar. N.Rəfibəyli. □ Ətir çəkmək – distillə yolu ilə ətirli maddə istehsal etmək. Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən; Zamanın, varlığın, hüsnün rübabından yarandım mən! S.Vurğun. Çiçəklərdən ətir çək; Quşlardan nəğmə öyrən. N.Rəfibəyli. Ətir saçmaq (yaymaq, səpmək) – xoş iy vermək. Cəh-cəh vurar çəməndə bülbülləri; Meh əsdikcə ətir saçar gülləri. A.Səhhət. 2. Spirtdə hazırlanmış ətirli cövhərlərin məhlulu. Üzünə ətir vurmaq. – Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirləri ilə ətirləmişdilər. M.S.Ordubadi. Ətirli qoxu vermək üçün kremlərə bəzən ətir qatırlar. R.Əliyev. 3. bax ətirşah.
Azərbaycan dilinin izahlı lüğəti / ətir2 сущ. 1. аромат (приятный запах), благоухание. Qızılgülün ətri аромат розы 2. духи (спиртовый раствор ароматических веществ, употребляемый как парфюмерное средство). Zərif ətir iyi нежный запах духов, hansı ətirdən istifadə edirsiniz? какими духами вы пользуетесь? 3. см. ətirşah; ətir vurmaq: 1. nəyə надушить что ?; 2. надушиться; ətir çəkmək перегонять ароматические вещества путём дистиллирования, ətir saçmaq благоухать, распространять аромат.
Azərbaycanca-rusca lüğət / ətir1 i. 1. (rayihə) aroma, fragrance, perfume; 2. (ətirli cövhər suyu) scent, perfume; ~ vurmaq to scent / to perfume (d.), (həmişə) to use scent; ~ saçmaq to smell* sweet, to be* fragrant
Azərbaycanca-ingiliscə lüğət / ətir1 is. arôme m, parfum m, odeur f agréable ; ~ vurmaq parfumer (se)
Azərbaycanca-fransızca lüğət / ətir1 [ər.] сущ. 1. атир; ни (иер, хуш); // ətir çəkmək атир чӀугун, цуькверикай ва мс. дистилляция авуна атирлу затӀ хкудун; ətir saçmaq (yaymaq, səpmək) атир чукӀурун, хуш ни гун; 2. духи, атир (спиртдал гьазурнавай атирлу жевгьер); saçına ətir vurmaq чӀарариз духи ягъун; 3. кил. ətirşah.
Azərbaycanca-ləzgicə lüğəti / ətir