Camal Əzmi
Mehmed Camal Əzmi bəy (türk. Mehmet Cemal Azmi Bey, 1868, Ərəbgir[d] – 17 aprel 1922, Berlin) — Osmanlı siyasətçisi, dövlət xadimi, Trabzon vilayətinin valisi.
Birinci Dünya müharibəsi dövründə fövqəladə mülki və hərbi səlahiyyətlərlə Trabzon valisi olaraq xidmət göstərən Camal Əzmi müharibədən əvvəl təsis edilən məhkəmə tərəfindən Erməni soyqırımını törətməklə təqsirləndirilərək edam edilmiş və erməni terrorçularının təşkil etdiyi sui-qəsd nəticəsində Almaniyanın paytaxtı Berlin şəhərində qətlə yetirilmişdir.
Mübahisəli bir şəxsiyyət olan Camal Əzmi bir tərəfdən Trabzon valiliyi dövründə minlərlə erməninin öldürülməsiylə təqsirləndirilmiş və "Trabzon qəssabı" adlandırılıb, digər tərəfdən isə Rusiya donanmasının Trabzon şəhərini bombalamasına qarşı durmuş, Osmanlı ordusunu ərzaqla təmin etmək və türk əhalini erməni terrorçu qrupların hücumlarından qorumaq üçün böyük səy göstərən bir şəxs olaraq bilinir.