Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.
Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
== Tarixi ==
Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür.
== Yaylaqlar ==
Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu.
== Bulaqlar ==
Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı.