abiye sözü azərbaycan dilində

abiye

Yazılış

  • abiye • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abiyentin turşusu
Abiyentin turşusu - təbii qatran turşusu (C19H19COOH), kanifolun əsas tərkib hissəsi, 174-175oC-də əriyən kristal maddə. Efir, spirt və b. həlledicidə asan həll olur, suda həll olmur. == Tətbiqi == Saf formada quruducuların, boya və lakların, emulqatorların istehsalında istifadə olunur. Bu turşunun spirtləri (abietol, dihidroabietol) sabun (pambıq çapında istifadə olunan qatran sabunu adlanır), kosmetika istehsalında istifadə olunur. Turşu duzlarına abietatlar deyilir və yağların və sabunların qurudulması üçün qatılaşdırıcı kimi istifadə olunur. Ətir istehsalında da istifadə olunur. == Təhlükəsizlik == Zəif kontaktda alergendir. == Mənbə == A.Məhərrəmov, M.Allahverdiyev "Kiçik kimya ensklopediyası", Bakı-1997.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 - ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Vasif Abiyev
Vasif Vaqif oğlu Abiyev (28 dekabr 1986; Lənkəran, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Abiyev 1986-cı ildə Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub.. Evli və bir oğlu var idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Vasif Abiyev könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Vasif Abiyev oktyabrın 5-də Füzuli istiqamətində şəhid olub. 1 dekabr 2020-ci ildə Lənkəranda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əsgər Əli Abiyev
Əsgər Əli Qulam oğlu Abiyev (28 iyun 1934, Bakı, Azərbaycan) — Azərbaycan alimi, fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Əsgər Əli Qulam oğlu Abiyev 28 iyun 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ə.Abiyev 1957-1961-ci illərdə təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirmiş, təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1961-1963-cü illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1963-cü ildə o, Moskvada İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda aspiranturaya daxil olmuş və 1966-cı ilədək orada nüvə tədqiqatı sahəsində islərini davam etdirmişdir. Ə. Abiyev 1966-cı ildə yenidən Bakıya – Elmlər Akademiyasının Fizika İnstitutuna qayıtmış və 1969-cu ilədək orada çalışmışdır. Prof. Ə. Abiyev 1969-cu ildən EA-nın Rəyasət Heyətinin nəzdində yeni təsis olunmuş Radiasiya Problemləri Bölməsində (indiki AMEA-nın Radiasiya Problemləri İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, 1976-cı ildən 1993-cü ilədək isə həmin İnstitutunun “Yarımkeçiricilərin Radiasiya Fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ə.Abiyev 1993-2007-ci illərdə Türkiyənin müxtəlif elm ocaqlarında: 1993-2000-ci illərdə Ankara şəhərində yerləşən Özel Yavuz Sultan Fən Liseyində, 2000-2007-ci illərdə isə Gaziantep şəhərinin Gaziantep Universitetinin riyaziyyat kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. Əsgər Əli Abiyev 1970 və 1988-ci illərdə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dissertasiyalar müdafiə edərək, muvafiq olaraq fizika-riyaziyyat elmləri namizədi və elmlər doktoru alimlik dərəcələrini, 1990-cı ildə isə göstərilən ixtisas üzrə professor adını almışdır.

"abiye" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abiye nədir? #abiye sözünün mənası #abiye nə deməkdir? #abiye sözünün izahı #abiye sözünün yazılışı #abiye necə yazılır? #abiye sözünün düzgün yazılışı #abiye leksik mənası #abiye sözünün sinonimi #abiye sözünün yaxın mənalı sözlər #abiye sözünün əks mənası #abiye sözünün etimologiyası #abiye sözünün orfoqrafiyası #abiye rusca #abiye inglisça #abiye fransızca #abiye sözünün istifadəsi #sözlük