Adəmin yaranması (film, 1993)
Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər.
Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır.
Film ilahi məhəbbət haqqındadır.
1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir.
1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.