aksel-herberq sözü azərbaycan dilində

aksel-herberq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aksel-herberq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aksel Bakayoko
Aksel Məhəmməd Bakayoko (fr. Axel Mohamed Bakayoko; 6 yanvar 1998, Paris) — vinger mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === İnter Milan === Bakayoko "İnter"in heyətində ilk oyunu 8 dekabr 2016-cı ildə keçirilən UEFA Avropa Liqasının "Sparta Praqa"ya qarşı oyunda baş tutdu. O, 80 dəqiqədən sonra Andrea Pinamontini əvəzlədi. === Srvena Zvezda === 22 dekabr 2020-ci ildə Bakayoko Serbiyanın "Srvena Zvezda" klubu ilə üç il yarımlıq müqavilə imzaladı. ==== "Novı Pazar" klubunda icarə ==== 7 fevral 2022-ci ildə Bakayoko 2021-22 mövsümünün sonuna qədər Serbiya Superliqa təmsilçisi "Novi Pazar" klubuna icarəyə verildi. == Şəxsi həyatı == Bakayoko Fransada anadan olub və Kot-d'İvuar əsillidir.
Aksel Enström
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Aksel Tuanzebe
Aksel Tuanzebe (ing. Axel Tuanzebe; 14 noyabr 1997) — Premyer Liqanın Mançester Yunayted klubunda müdafiəçi mövqeyində çıxış edən İngiltərə futbolçusu. İngiltərə milli komandasının 19 və 20 yaşlılardan ibarət heyətlərində çıxış etmişdir. == Klub karyerası == === Mançester Yunayted === ===== İlk illəri ===== Tuanzebe səkkiz yaşında Mançester Yunayted futbol akademiyasına daxil olmuşdur. O, burada 2013 və 2014-cü illərdə "Milk Cup" mükafatını qazanan heyətin üzvü olmuşdur. 2015-ci ilin mayında Mançester Yunayted klubunda "Cimmi Mörfi" adına İlin gənc futbolçusu mükafatına layiq görülmüşdür.31 oktyabr 2015-ci ildə Premyer Liqada Kristal Palas klubuna qarşı baş tutan qarşılaşma zamanı Mançester Yunaytedin 18 nəfərdən ibarət heyətinə seçilmişdir. ===== 2016-17 mövsümü ===== 29 yanvar 2017-ci ildə FA Kuboku çərçivəsində Uiqan Atletik klubuna qarşı oyunun 68-ci dəqiqəsində Timoti Fosu-Mensahın əvəzinə meydana daxil olaraq klubun heyətində debüt oyununa çıxmışdır. Bundan dörd gün sonra o, Mançester Yunaytedlə olan müqaviləsinin müddətini 2020-ci ilə qədər uzatmışdır. 7 may 2017-ci ildə Premyer Liqada Arsenala qarşı matçda ilk dəfə oyuna əsas heyətdə başlamışdır. 2017-ci ilin mayında "Denzil Harun" adına olan mükafata layiq görülmüşdür.
Aksel Şpringer
Aksel Şpringer (alm. Axel Cäsar Springer‎; 2 may 1912[…] – 22 sentyabr 1985[…], Qərbi Berlin, Berlin) — Almaniya jurnalisti. O, "Axel Springer AG" şirkətinin yaradıcısı və sahibidir. == Həyatı == Aksel Şpringer 2 may 1912-ci ildə Almaniyanın Hamburq şəhərində, naşir Henrix Şpringerin ailəsində anadan olmuşdur. O, karyerasına 1947-ci ildə Hamburqda "Axel Springer GmbH" şirkətinin yaradılması ilə başlamışdır. Bu şirkətin damı altında "Hamburger Abendblatt" qəzeti fəaliyyət göstərirdi, daha sonra "Springer" televiziya və radio proqramları üçün məşhur jurnal olan "Hör zu" kimi yeni jurnalların nəşrinə başlamaqla fəaliyyəti genişləndirilmişdir. 1952-ci ildə Şpringer öz fəaliyyət siyahısına tezliklə 1 milyondan çox tirajla gündəlik nüfuzlu kütləyə çevrilən "Bild" tabloidinin nəşrini əlavə etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Стржижовский Л. Ф. Стреляет пресса Шпрингера. — М.: Политиздат, 1978. — 80 с.
Riçard Aksel
Riçard Aksel (ing. Richard Axel) - amerikan alim, molekular bioloq, 2004-cü ildə iybilmə reseptorlarının kəşfi və iybilmə sisteminin quruluşu üzrə araşdırmalarına görə Dr. Linda B. Buck-la birgə Nobel mükafatına layiq görülüb . == Həyatı == Riçard Aksel 1946-cı ilin iyul ayının 2-də ABŞ-də Nyu-York şəhərində anadan olub. 1970-ci ildə Johns Hopkins Universitetini bitirib. 1978-ci ildə Columbia Universitetinin Patologiya and Biokimya fakultəsinin professoru olub. 1984-ci ildən bəri Columbia Universitetinin nəznində Howard Hughes Tibb İnstitutunun araşdırmacısı, 1999-cu ildən isə Universitet professorudur. == Üzvlüklər və ödüllər == 1969 - Johns Hopkins adına Tibbi Toplumun Tədqiqat Ödülü 1983 - Eli Lilly Ödülü 1983 - Amerikada Milli Elmlər Akademiyasının üzvü 1983 - Amerikada Humanitar və Təbii Elmlər Akademiyasının üzvü 1984 - Nyu-York Akademiyasının biologiya və tibb üzrə Təbii Elmlər ödülü 1989 - Amerikanın Milli Elmlər Akademiyasının Riçard Lounsbery ödülü 1996 - Dr. Linda Buck ilə birgə Unilever Təbii Elmlər Ödülü 1997 - Elm və Texnologiyada Təkmilləşməyə görə Nyu-York Şəhər Merinin Ödülü 1998 - Nevrologiji tədqatda yüksək nailiyyətlərə görə Bristol-Myers Squibb Ödülü 1999 - Columbia Universitetinin Aleksander Hamilton Ödülü 2001 - Biotibbi elmlərdə yüksək xidmətlərə görə Nyu-York Tibbi Academiyasının medalı 2003 - Gairdner Fondunun Nevrologiyada nailiyyətlərinə görə Beynəlxalq ödülü 2003 - Dr.
Aksel (hoppanma)
Aksel ― fiquristin hərəkətdə ikənirəli-xaricə icra edilən yellə ən ayaqüzərinə düşməklə arxaya-xaricə gedişinə 1,5 dövrəli hoppanma. Uçuşda bədənin fırlanma istiqaməti tamdır, yəni təkan ayağının əyrilik istiqamətinə uyğun gəlir. Hoppanma məşhur Norveç fiquristi Aksel Paulsenin adı ilə adlandırılmışdır.
Aksel Heyberq adası
Aksel-Heyberq (ing. Axel Heiberg Island) — yaşayışı olmayan ada olaraq Kanada Arktik arxipelaqı daxildir. Adadan qərbdə Elsmir adası yerləşir və ondan Yurika boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani regionuna daxildir. == Coğrafiyası == Qərbdən Mien adasından Sverdrup boğazı vastəsi ilə ayrılır. Sverdrup və Kraliça Yelezaveta adaları qrupuna daxildir. Sahəsi 43,178 km² təşkil edərək, Adaların dünyada sahəsinə görə sıralamasında 32-ci yerdə gedir. Dağların hündürlüyü 2000 metri keçir. == Tarix == Ada əvvəllər inuitlər məskunlaşmışdı. Adanın Otto Sverdrup tərəfindən kəşf edilərkən ərazidə həyat əlaməti yox idi.
Aksel Heyberq buzlağı
Antarktidadakı Aksel Heyberq buzlağı Antarktik platosunun yüksəkliklərindən Ross şelf buzlağına (təxminən dəniz səviyyəsinə) doğru alçalan, Kraliça Mod dağlarındakı Don Pedro Kristofersen və Herbert silsilələri arasında yerləşən 48 km uzunluğundakı vadi buzlağı. Bu nəhəng buzlaq 1911-ci ilin noyabrında norveçli qütb səyyahı Roald Amundsen tərəfindən kəşf edilmiş və onun tərəfindən buzlağa çox sayda Norveç qütb tədqiqatına töhfəsini verən alim və norveçli biznesmen Aksel Heyberqin adı verilmişdir. Amundsen buzlaqdan uğurlu Cənub qütbü ekspedisiyası ərzində qütb platosu üzərindən öz marşrutunu tapmaq üçün istifadə etmişdi.
Dan-Aksel Zaqadu
Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Erkən karyerası === Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir. === Borussiya Dortmund === 5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır. O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.
Karl Aksel Maqnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.

Oxşar sözlər

#aksel-herberq nədir? #aksel-herberq sözünün mənası #aksel-herberq nə deməkdir? #aksel-herberq sözünün izahı #aksel-herberq sözünün yazılışı #aksel-herberq necə yazılır? #aksel-herberq sözünün düzgün yazılışı #aksel-herberq leksik mənası #aksel-herberq sözünün sinonimi #aksel-herberq sözünün yaxın mənalı sözlər #aksel-herberq sözünün əks mənası #aksel-herberq sözünün etimologiyası #aksel-herberq sözünün orfoqrafiyası #aksel-herberq rusca #aksel-herberq inglisça #aksel-herberq fransızca #aksel-herberq sözünün istifadəsi #sözlük