almazı sözü azərbaycan dilində

almazı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • almazı • 88.4615%
  • Almazı • 11.5385%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. == Tarixi == Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rusiya tədqiqatçısı Rüstəm Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazın ilk sahibi Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Qan almazı
Qan almazı — müharibə zonasından çıxarılaraq qiyamı, işğalçı ordunu və terrorizmi maliyyələşdirmək üçün satılan almaz. Termin müəyyən ərazilərdəki almaz ticarətinin mənfi nəticələrini vurğulamaq və ya hər hansı almazın bu cür ərazidən gətirildiyini qeyd etmək üçün istifadə olunur. 20-21-ci əsrlərdə vətəndaş müharibələri zamanı Anqola, Fil Dişi Sahili, Syerra-Leone, Liberiya, Qvineya və Qvineya-Bisaudan çıxarılmış almazlara bu etiket verilmişdi. Qan almazları mütəşəkkil cinayətkarlıq sindikatları tərəfindən qara bazarda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə gətirilə də bilər. == Münaqişənin maliyyələşdirilməsi == Müharibə iqtisadiyyatı və siyasi ekologiya elmlərindəki işləri ilə tanınan alim Filip Lö-Bilon "münaqişə resursları" arqumentini belə təsvir edir ki, ən qiymətli resurslar xüsusilə münaqişədəki daha zəif qüvvələr üçün əlçatan olanlardır və bu resurslar onları "motivasiya" edə və fəaliyyətlərini davam etdirməyə xidmət edə bilir. Buna baxmayaraq qlobal bazarlardakı əmtəə qiyməti silahlı münaqişə iştirakçıları üçün təbii sərvətin iqtisadi dəyərinin ölçülməsi üçün doğru etalon deyil. Qiymətli daşlar öz dəyərlərinə görə olduqca yüngül və kiçikdirlər ki, bu da onları "qarət üçün əlverişli" edir. Digər tərəfdən qızıl, kimberlit kimi qiymətli faydalı qazıntıların dərindən çıxarılması kapital tutumlu obyektin istismarını və saxlanılmasını tələb edir və alüvial çöküntülər əksinə, sadə alətlərdən istifadə etməklə ucuz şəkildə istismar edilə bilər. Buna görə də allüvial almazlar daha asan istismar olunur.
Houp almazı
Houp almazı və ya Mavi almaz — 45,52 karat (9,10 qram) çəkisi olan və dünya miqyasında məşhur almazdır. Sahiblərindən birinin adına görə Houp almazı və rənginə görə Mavi almaz kimi tanınan bu qiymətli daşı 1642-ci ildə Jön Taverniye adlı bir səyyah Avropaya gətirmişdir. Səyyah daşı Hindistanda Budda heykəlinin gözündən qoparmışdır. Taverniye almazı Fransa kralı XIV Lüdovikə satmışdır. XVI Lüdovik isə almazı həyat yoldaşı olan Mariya Antuanettaya hədiyyə etmişdir. Böyük Fransa inqilabından sonra, 1830-cu ildə Daniel Elias adlı ingilis almazı 200.000 lirəyə Banker Houpa satmışdır. Houp almazı aldıqdan qısa bir müddət sonra müflis olmuşdur. Daha sonra Kanitovski adlı bir rus şahzadəsi almazı alaraq dostu olan bir qadına hədiyyə etmişdir. Qadın vəfat etdikdən sonra isə almaz yunan Simon Monkariciesin əlinə keçmişdir. Monkaricies, almazı çox yüksək bir qiymətə II Əbdülhəmidə satmışdır.

almazı sözünün leksik mənası və izahı

almazı sözünün rus dilinə tərcüməsi

almazı sözünün ləzgi dilinə tərcüməsi

"almazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#almazı nədir? #almazı sözünün mənası #almazı nə deməkdir? #almazı sözünün izahı #almazı sözünün yazılışı #almazı necə yazılır? #almazı sözünün düzgün yazılışı #almazı leksik mənası #almazı sözünün sinonimi #almazı sözünün yaxın mənalı sözlər #almazı sözünün əks mənası #almazı sözünün etimologiyası #almazı sözünün orfoqrafiyası #almazı rusca #almazı inglisça #almazı fransızca #almazı sözünün istifadəsi #sözlük