altdan-yuxarı sözü azərbaycan dilində

altdan-yuxarı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • altdan-yuxarı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altdan subasma (rütubətlənmə)
Yuxarı Qanlıca
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828-30-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Yuxarı Qanqlıçay
Yuxarı Qansöyər
Yuxarı Qansöyər (rus. Верхнекансиярово, başq. Үрге Ҡанһөйәр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tusıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Tusıbay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 91 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (81%) üstünlük təşkil edir.
Yuxarı Qapanlı
Yuxarı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılmış və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Yuxarı Qarabulaq
Yuxarı Qarabulaq (gürc. ზემო ყარაბულახი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22–25 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsinin şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Gödəklər, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Aşağı Qarabulaq kəndi ilə iç-içədir. Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.114 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.129 nəfər əhali yaşayır.
Yuxarı Qaradağlı
Yuxarı Qaradağlı, Qaradağlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi Yuxarı Qaradağlı kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Yuxarı Qaragüvəndli
Qaragüvəndikli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbə Sovetinin Aşağı Qaragüvəndli və Yuxarı Qaragüvəndli kəndləri faktiki birləşdiyinə görə həmin kəndlər Qaragüvəndli kəndi adlandırılmış, Qaragüvəndli kəndi 1 May qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılmışdır.
Yuxarı Qaralar
Yuxarı Qaralar (əvvəlki adı: Qaralar) — Azərbaycan Respublikasının İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İmişli rayonunun Ölcələr kənd inzibati ərazi dairəsi tərkibindəki Qaralar kəndi Yuxarı Qaralar kəndi adlandırılmışdır. Kənd əhalisinin sayı 1255 nəfərdir ki, onun da 623 nəfəri kişi, 632 nəfəri isə qadındır. Kənddə Qaralar kənd məscidi dini icması fəaliyyət göstərir.
Yuxarı Qaramanlı
Yuxarı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə yuxarı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Əhalisi 2737 nəfərdir.
Yuxarı Qaraqoymaz
Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 9–10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində, «Сборник сведений о Кавказе» əsərində Qarakovmaz formasında qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə, türk dilində «uca, hündür, yüksək, şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən, türk dilində kənd mənasında işlənən köy sözü ilə «dağın cənub yamacı», «yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen qoyulmuşdur. Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 nəfər, 1918-ci ilin yanvarında 394 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Yuxarı Qarasaqqal
Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir. Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu.
Yuxarı Qaraçimən
Yuxarı Qaraçimən — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə «yaşıl otla örtülmüş sahə» mənasında işlənən çəmən sözünün dialekt variantı olan çimən sözünün birləşməsindən əmələ gəlmişdir. «Yuxarı» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildən sonra ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir.
Yuxarı Qaronna
Yuxarı Qaronna (fr. Haute-Garonne, oks. Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları). Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Yuxarı Qarxun
Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Üçkilsə) — Ermənistanın Üçkilsə rayonunda kənd.
Yuxarı Qatrux
Yuxarı Qatrux — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik laklar təşkil edir.
Yuxarı Qiyaməddinli
Yuxarı Qiyaməddinli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi Arazbarı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd sakini, rabitə işçisi Məhəmməd Qasımovun təşəbbüsü ilə 1990-cı ildə "Yuxarı Qiyaməddinli" adlandırılan bu kəndin indiki adı 29 may 2015-ci ildə Milli Məclisin qərarı ilə təsdiq olundu. Həmçinin, 1990-cı ilə qədər bu kəndə Arazbar Qiyaməddinlisi (Arazbar sovetliyinin Qiyaməddinli kəndi), rayon ərazisindəki aşağı Qiyaməddinliyə isə Gələbədin Qiyaməddinlisi deyilirdi. Kənd rayon mərkəzindən 41 km aralı, Ağcabədinin Arazbar, Mirzəhaqverdili və Ağdam rayonunun 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalda olan Yusifcanlı kəndinin əhatəsindədir. Kəndin ərazisi 2500 hektar, əhalisi isə 3540 nəfərdir. 1 yanvar 2020-ci ilin məlumatına əsasən kənddə 561 ev və 857 fərdi təsərrüfat vardır. Kəndin adı heyvandarlıqla məşğul olan Qiyaməddinli tayfasından gəlir, "yuxarı" prefiksi eyni bölgədəki eyni adlı kənddən fərqlənməsi üçün ada əlavə olunur. Qiyaməddinli camaatı Nadir şahın köçürmə siyasəti ilə əlaqədar öncə Qarabağdan Cənubi Azərbaycana köçürülən elat tayfalarından biri olmuşlar. Çünki, 1823-cü il "Qarabağ əyalətinin qeydiyyatı" kitabında xan nəslindən olan əyanlar, bəylər içərisində İbrahimxəlil xanın sarayında xidmət edən poruçik Səfəralı bəyin və mülk sahibi kimi Hümbətalı bəylərin adları qeyd edilir.
Yuxarı Qoylasar
Yuxarı Qoylasar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Ulya Qoylasar olmuşdur. Rayon mərkəzindən 10 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Yuxarı Quyuluhasar formasında qeyd edilmişdir. Kəndin ortasında böyük bir meydanda qala olmuşdur və həmin qala uca qalın divarla hasarlanmış, küncləri isə 20 qüllədən ibarət imiş. Kəndin adı məhz həmin qala adından götürülmüşdür. Qoylasar «qalahasar» sözünün təhrif edilmiş formasıdır və qala və hasar sözlərini birləşməsindən əmələ gəlib «hasarlanınış qala» mənasını bildirir. Toponimin əvvəlindəki işlənən «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.
Yuxarı Qoşakilsə
Yuxarı Qoşakilsə (Zemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Xrami çayının sağ sahilində yerləşir. Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əvvəlki adı Muluxsalıdır. Qoşakilsə də deyilir. Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə. Qoşakilsə kəndi Borçalı çökəyində, Xram çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. 1870-ci ildə 12 ailədə 81 nəfər, 1926-cı ildə 33 ailədə 168 nəfər, 2002-ci ildə 142 ailədə 604 nəfər, 2006-cı ildə 142 ailədə 556 nəfər.
Yuxarı Ortatağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır.
Yuxarı Qazanış
Yuxarı Qazanış (qum. Оьр Къазаныш, Оьрдеги Къазаныш, Гиччи Къазаныш, rus. Верхнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Aşağı Qazanış kəndinin yaxınlığında yerləşir. Keçmiş adı Kiçik Qazanış olmuşdur (qum. Гиччи Къазаныш, rus. Малое Казанище).
Yuxarı Qılıçbağ
Yuxarı Qılıçbağ, və ya Yuxarı Qılıcbağ, həmçinin Verin Qlıçbağ, və ya Verin Qılıçbağ — Azərbaycan Respublikasının Xocalı rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocalı rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Burada ilkin yaşayışın XIX əsrin əvvəllərinə aid olduğu deyilir. Kənd Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci illərin nəşrlərinə əsasən o zamanlar mövcud olmuş Stepanakert rayonunun Xanabad kənd Sovetinin nəzdində idi və orada Verin Qlıçbağ adı ilə qeyd olur, amma 1979-cu il nəşrli Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, keçmiş yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Yuxarı Daşlıçay
Yuxarı Daşlıçay (türk. Yukarıtaşlıçay) — Türkiyənin Ağrı ilinin Daşlıçay ilçəsində kənddir. == Əhalisi == === Milli tərkibi === Kəndin ilkin sakinləri azərbaycan türkləri olsa da sonradan bura kürdlər də yerləşiblər. Hal hazırda kənddəki 35 evdən 23-ündə azərbaycan türkləri, 12-sində isə qonşu kəndlərdən buraya köçmüş Piləki əşirətinə mənsub kürdlər yaşayır. Kənddə həmçinin 20 evin boş olduğu bildirilir. Buradakı azərbaycanlıların vaxtilə İğdırın Duzluca ilçəsindəki Xəmirkəsən kəndindən buraya gəldikləri rəvayət edilir. == Din == Kənd əhalisi müsəlmandır. Azərbaycan türkləri şiə-cəfəri; kürdlər isə sünni-şafi məzhəbinə etiqad edirlər.
Yuxarı Xatunarxı
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonuunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–29-cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655–1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir.
Yuxarı Şənəstəq
Yuxarı Şənəstəq və ya Böyük Şənəstəq (az.-əbcəd. بؤیۆک چینسته، یوخارێ چینسته‎, fars. شنستق علیا‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (124 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.

altdan-yuxarı sözünün leksik mənası və izahı

altdan-yuxarı sözünün rus dilinə tərcüməsi

altdan-yuxarı sözünün inglis dilinə tərcüməsi

altdan-yuxarı sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#altdan-yuxarı nədir? #altdan-yuxarı sözünün mənası #altdan-yuxarı nə deməkdir? #altdan-yuxarı sözünün izahı #altdan-yuxarı sözünün yazılışı #altdan-yuxarı necə yazılır? #altdan-yuxarı sözünün düzgün yazılışı #altdan-yuxarı leksik mənası #altdan-yuxarı sözünün sinonimi #altdan-yuxarı sözünün yaxın mənalı sözlər #altdan-yuxarı sözünün əks mənası #altdan-yuxarı sözünün etimologiyası #altdan-yuxarı sözünün orfoqrafiyası #altdan-yuxarı rusca #altdan-yuxarı inglisça #altdan-yuxarı fransızca #altdan-yuxarı sözünün istifadəsi #sözlük