anadır sözü azərbaycan dilində

anadır

Yazılış

  • anadır • 74.4000%
  • Anadır • 21.6000%
  • ANAdır • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anadır
Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir. == Tarixi == Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı. Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi. 1965-ci ildə isə qəsəbə statusu aldı. == Əhalisi == 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu.
Anadır körfəzi
Anadır körfəzi — Berinq dənizinin ən böyük körfəzidir. Çukot yarımadası sahilində Çukot burnu və Navarin burunları arasında yerləşir. Körfəzin daxilində Krest və Anadır limanı adlı körfəzlər yerləşir. Sahilində Anadır şəhəri yerləşir. == Tarixi == 1648-ci ildə Semyon Dejnyovun ekspedisiyası zamanı aşkarlanmışdır. İlk xəritəsini 1665-ci ildə Kurbat İvanov tərtib etmişdir. == Coğrafiyası == Körfəzin uzunluğu 278 km, eni girəcəkdə 400 km, dərinliyi — 105 m təşkil edir. Günlük axınların sürəti 2,5-3 metrdir. İlin böyük qismi buzla örtülü olur. Körfəzə Anadır, Kalçalan, Velikaya, Tumannaya çayı axır.
Anadır rayonu
Anadır rayonu (çuk. Кагыргын район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Anadır şəhəridir (rayonun tərkibinə daxil deyil). == Coğrafiya == Çukotka muxtar dairəsinin cənubunda yerləşir. Rayonun sahəsi — 287 900 km². Rayonun cənub-şərq hissəsindən Rubikon çayı keçir. == Tarixi == Anadır rayonunda aşkar edilmiş bir neçə qədim yaşayış yerində aparılan qazıntılar bu yerlərdə ilk insanların erkən neolit ​​dövrünə təsadüf etdiyini göstərir. 1649-cu ildə səyyah Semyon Dejnev indiki Markovo kəndinin yaxınlığında qurulmuş qışlama yerində Anadır istinadgahının tikintisinə başladı. Kamçatka və ora gedən dəniz yolu kəşf edilməmişdən əvvəl Anadır istinadgahı xüsusi rol oynayırdı. Ancaq 1766-cı ildə İmperatriça II Yekaterinanın fərmanı ilə Anadır istinadgahı ləğv edilir.
Anadır çayı
Anadır (Yukagir dili Онандырь), (Çukot dili Йъаайваам) — Rusiyanın uzaq şimal-şərq dutaracağında yerləşir. Rusiyanın Çukot Muxtar Dairəsinin Anadır rayonu ərazisindən axır. == Tarixi məlumat == 1648-ci ildə Semyon Dejnyov Anadırın mənsəbində qışlamışdır. Sonradan ərazi Çukçalarla tiçari əlaqə quran taçirlərin əsas qışlaq yerinə çevrilmişdir. Çay haqqında ilk yazılı məlumatı Mixail Staduxin vermişdir. Sonradan isə Anadır çayını Dmitri Laptev araşdırmışdır. 1913-ci ildə P.İ Polevin ekspedisiyası zamanı Anadır çayının mənbəyi aşkarlanır. Hövzəsinin sahəsi və ona tökülən əsas qollar müəyyənləşir. Hövzənin xəritəsi tərtib edilir. === Adlanması === Yukagir dilində enu-en → anu-an → anu-on — «çay» mənasını verir.
Anadır əməliyyatı
Anadır əməliyyatı (rus. Анадырь) — Sovet İttifaqı tərəfindən 1962-ci ildə, Soyuq müharibə dövründə ABŞ qüvvələri tərəfindən Kubaya hücumun qarşısını ala biləcək bir ordu qrupu yaratmaq üçün ballistik raketlər, orta mənzilli bombardmançı təyyarələr və mexanikləşdirilmiş piyada diviziyasının yerləşdirilməsi üzrə gizli əməliyyatı üçün istifadə edilən kod adı. Plan üç R-12 raket alayından və iki R-14 raket alayından ibarət olan əsas raket qüvvələrini dəstəkləmək üçün təxminən 60,000 nəfərlik şəxsi heyətin yerləşdirilməsi idi. Buna baxmayaraq, Birləşmiş Ştatlar Kuba raket böhranına səbəb olan planı kəşf etmiş və bunun bir hissəsinin qarşısı alınmışdır. == Motivlər == O vaxtkı SSRİ Nikita Xruşşovun xatirələrinə görə, o, müdafiə naziri Rodion Malinovski ilə 1962-ci ilin aprelində Qara dəniz sahilində gəzintiyə çıxmış və ABŞ-nin Türkiyəyə yerləşdirdiyi "Jupiter" raketlərinin qısa uçuş müddətinin yaratdığı təhlükəni müzakirə etmişdi. Sovet İttifaqı ilə Qərb arasında nüvə başlıqlarının sayındakı fərq də bu çatışmazlıqları kompensasiya etmək üçün Kubaya raketlərin yerləşdirilməsi ideyası Xruşşovun zehnində kök salmışdı. Xruşşovun qeyd etdiyi kimi, o, Kubada sovet raketlərinin yerləşdirilməsini "öz kirpilərimizdən birini amerikalıların şalvarından aşağı salmaq" kimi görürdü. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Barlow, Jeffrey. Cuban Missile Crisis // Bruce A. Elleman; S. C. M. Paine (redaktorlar ). Naval Blockades and Seapower: Strategies and Counter-Strategies, 1805–2005.
Vətən Anadır (mahnı)
Krasnoe gölü (Anadır rayonu)
Krasnoe gölü (rus. Красное) — Anadır ovalığının ən böyük gölü. Rusiyanın Çukotka Muxtar Dairəsi, Anadır rayonu ərazisinə daxildir. Gölün yaxınlığında Krasneno kəndi yerləşir. == Tarixi məlumat == Göl sahili təşkil edən effuziv qayaların qırmızı və qəhvəyi tonlarına görə adlandırılmışdır. İlk xəritələrdə göl Krasnyano adlanırdı. Buna görə də köhnə rus əhalisinin ləhcəsində bu "zəngin, bol" mənasını verirdi. Anadırda yayayış təmin edildikdən bəri göldə müntəzəm yarmarkalar keçirilmişdir. == Hidrologiya == Krasnoe gölü Anadır çayının aşağı axınında yerləşir və olduqca geniş bir ərazini tutur. Qərbdən gölün hövzəsi Çikaev dağlarının yüksəklikləri ilə (280-390 m), şərqdən isə Rarıtkin silsiləsinin dağları ilə əhatələnir (350-420 m).

Oxşar sözlər

#anadır nədir? #anadır sözünün mənası #anadır nə deməkdir? #anadır sözünün izahı #anadır sözünün yazılışı #anadır necə yazılır? #anadır sözünün düzgün yazılışı #anadır leksik mənası #anadır sözünün sinonimi #anadır sözünün yaxın mənalı sözlər #anadır sözünün əks mənası #anadır sözünün etimologiyası #anadır sözünün orfoqrafiyası #anadır rusca #anadır inglisça #anadır fransızca #anadır sözünün istifadəsi #sözlük