Anita sözü azərbaycan dilində

Anita

Yazılış

  • Anita • 97.7273%
  • anita • 1.1364%
  • ANİTA • 1.1364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anita Ekberq
Anita Ekberq (isv. Kerstin Anita Marianne Ekberg; 29 sentyabr 1931, Malmö — 11 yanvar 2015, Rokka-di-Papa) — İsveç aktrisası və fotomodeli. == Həyatı == Ekberqin Hollivud karyerası 1951-ci ildə İsveç gözəli qismində Dünya Gözəllik müsabiqəsində iştirak etmək üçün ABŞ-yə gəlməsindən sonra başlayıb. O, Con Ueyn, Frank Senatra, Bob Hop və Henri Fonda kimi Hollivud ulduzları ilə filmlərdə çəkilib və 1956-cı ildə ən perspektivli gənc aktrisa kimi Qızıl Qlobus mükafatının qalibi olub. Anita Ekberq Trevi fontanında məşhur səhnələri ilə tanınan “La Dolce Vita” filmindəki roluna görə dünya şöhrətli kino ulduzuna çevrilmişdir. 1960-cı ildə italiyalı rejissor Federiko Fellininin çəkdiyi klassik “La Dolce Vita” filmində rolu ilə məşhurlaşan isveç aktrisası Anita Ekberq 83 yaşında vəfat edib.
Anita Görbits
Anita Görbits (mac. Anita Görbicz; 13 may 1983, Vesprem) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu. Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi. O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır. beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır. O, Dyör şəhərinin fəxri vətəndaşıdır. == Karyerası == === Klub === Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi. "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.
Anita Mulenqa
Anita Mulenqa (3 may 1995, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Mulenqa 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Anita Qaçe
Anita Qaçe (d. 14 aprel 1984; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Anita Qaçe Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Anita Raçvelişvili
Anita Raçvelişvili (gürc. ანიტა რაჭველიშვილი, 28 iyun 1984, Tbilisi) — Gürcüstanın Mezzo-soprano səs tembrli opera ifaçısıdır. Xüsusilə "Verdini" ifa etdiyi üçün məşhurdur. Dirijor Rikardo Muti 2018-ci ildə onun haqqında demişdi: "O, şübhəsiz ki, bu gün planetdə ən yaxşı Verdi mezzo-soprano ifaçısıdır". O, həmçinin Jorj Bizenin Karmen operasını ifasına görə tanınır. == Təhsil və karyera == Anita Raçvelişvili əvvəlcə Muxran Maçavariani adına musiqi məktəbində fortepiano çalmağa başlayıb. O, Tbilisi Konservatoriyasına daxil oldu və burada Manana Eqadzenin vokal dərslərini alır. Konservatoriyada təhsil aldığı illərdə, o, Gürcüstan Opera və Balet Teatrında Riqolettada Maddalena hissəsini ifa edib. Musiqi təhsilini Milandakı La Scala Akademiyasında davam etdirdi. La Scala Teatrının direktoru Daniel Barenboim Karmen operasının yeni formada səhnə çıxışına Anitanı əsas rol oynamağa dəvət etdi. 2009-cu ildə səhnələşdirilən bu opera bir çox ölkələrdə nümayiş olundu və Anitaya dünya şöhrəti qazandırdı.
Anita Nyukom Makqi
Anita Rozali Nyukom Makqi (ing. Anita Rosalie Newcomb McGee; 4 noyabr 1864, Vaşinqton – 5 oktyabr 1940, Vaşinqton) – ABŞ ordusundakı xidmətlərinə görə tanınan amerikalı həkim. Rus-yapon müharibəsində Qırmızı xaç könüllüsü kimi iştirak etmişdir. == Həyatı == Anita Nyukom 1864-cü ildə Vaşinqton şəhərində doğulmuşdur. 1892-ci ildə Kolumbiya kollecini (indiki Corc Vaşinqton Universiteti) bitirmiş, Vaşinqtonda tibblə məşğul olan azsaylı seçilmiş qadınlardan biri olmuşdur. 1898-ci ildə İspaniya–ABŞ müharibəsi başlayanda Makqi Amerika İnqilabının Qızları təşkilatı üçün könüllü tibb bacıları hazırlamışdır. Makqinin təşkilatçılıq bacarığı onu ABŞ ordusundakı yeganə qadın köməkçi cərrah seçilməsinə gətirib çıxarmışdır. Müharibədən sonra daimi tibb bacısı korpusunun yaradılması üçün çalışmış və ABŞ Ordusunun Tibb Bacıları Korpusunun qurucusu olmuşdur. 1903-cü ilin iyununda – Rus-yapon müharibəsinin başlamasına az qalmış Yaponiya diplomatı Takahira Koqoroya məktub yazmış və Yaponiya hökuməti üçün tibb bacısı supervayzeri kimi könüllü xidmət göstərmişdir. 1904-cü ilin aprelində 9 tibb bacısından ibarət komanda ilə Yokohamaya gəlmiş, 6 aylıq xidmətdən sonra 1904-cü ilin noyabrında ölkəsinə qayıtmışdır.

"anita" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anita nədir? #anita sözünün mənası #anita nə deməkdir? #anita sözünün izahı #anita sözünün yazılışı #anita necə yazılır? #anita sözünün düzgün yazılışı #anita leksik mənası #anita sözünün sinonimi #anita sözünün yaxın mənalı sözlər #anita sözünün əks mənası #anita sözünün etimologiyası #anita sözünün orfoqrafiyası #anita rusca #anita inglisça #anita fransızca #anita sözünün istifadəsi #sözlük