arpa-yarma sözü azərbaycan dilində

arpa-yarma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arpa-yarma • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarma plov
Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. == Sinonimləri == === Homotipik sinonimləri === Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Arpa (Dərələyəz)
Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.
Arpa (bitki)
Arpa (lat. Hordeum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar. Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir. Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa xan
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa yarması
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya). Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur.
Arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır. == Tarixi == Kuge (Yaponiya aristokratiyası) arpa çayını Heyan dövründən bəri içirdi. Samuraylar onu Senqoku dövründə içməyə başlayıb. Edo dövründə isə, küçə kioskları onu sıravi insanlar arasında yayımlamış.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. == Haqqında == Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Qovrulmuş arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Sultan Arpa xan
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.

Oxşar sözlər

#arpa-yarma nədir? #arpa-yarma sözünün mənası #arpa-yarma nə deməkdir? #arpa-yarma sözünün izahı #arpa-yarma sözünün yazılışı #arpa-yarma necə yazılır? #arpa-yarma sözünün düzgün yazılışı #arpa-yarma leksik mənası #arpa-yarma sözünün sinonimi #arpa-yarma sözünün yaxın mənalı sözlər #arpa-yarma sözünün əks mənası #arpa-yarma sözünün etimologiyası #arpa-yarma sözünün orfoqrafiyası #arpa-yarma rusca #arpa-yarma inglisça #arpa-yarma fransızca #arpa-yarma sözünün istifadəsi #sözlük