Mixail Artamonov
Mixail İllarionoviç Artamonov (23 noyabr (5 dekabr) 1898 – 31 iyul 1972, Leninqrad) — sovet arxeoloqu və tarixçisi. Sovet xəzərşünaslığının banisi.
Mixail İllarionoviç Artamonov 5 dekabr 1898-ci ildə Rusiya imperiyasının Tver quberniyasının Vıqolovo kəndində anadan olmuşdu.1913-cü ildə Şəhər 4 sinifli məktəbi bitirmişdi.Oktyabr inqilabına qədər Sankt-Peterburq şəhərdi kantorşik işləmişdi.1914–1916-cı illərdə axşam ümumtəhsil məktəbində oxumuşdu.1917-ci ildə orduya çağrılmışdı.Fevral burjua-demokratik inqilabı entuziazm ilə qarşılamışdı.Həmin ilin aprel ayında əsgər deputatları şurasının üzvü seçilmişdi.Lakin könüllü olaraq cəbhəyə yollanmışdı.Qərbi Dvində bir çox döyüşlərə qatılmışdı.
Mixail Artamonov 1917-ci ilin dekabrında ordudan tərxis olundu. Petroqrada çağrılaraq milliləşdirilmiş Beynəlxalq bankda çalışmağa başladı. 1918-ci ilin yayından 1920-ci ilin sonunadək Tver vilayətinin maarif şöbəsində müəllim və məktəb müdiri kimi işlədi.
Mixail Artamonov 1921-ci ildən 1924-cü ilədək Sankt-Peterburq Dövlət Universitetində təhsil aldı.Universiteti tamamlayandan sonra arxeoloji kabinədə kiçik assisent kimi qaldı.
Mixail Artamonov 31 iyul 1972-ci ildə Leninqrad şəhərində vəfat edib.
M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə belə deyir: "Zaqafqaziyada türkütlər haqqında "Alban tarixi"nin ətraflı məlumatı bununla bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur".
Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər.