Atlant sözü azərbaycan dilində

Atlant

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Atlant • 96.9697%
  • atlant • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atlant
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Atlant (mifologiya)
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Cənubi-Atlantika silsiləsi
Cənubi-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkib hissəsinə daxil olan və Atlantik okeannın mərkəzi hissəsi boyunca uzanır. Çayn qırılma xəttindən başlayaraq cənuba uzanır. Silsilənin uzunluğu 10,5 min km uzanır. Silsilə Buve adası rayonu yaxınlığında Afrika-Antarktika silsiləsinə keçir. Silsilə üzərində okeananın dərinliyi 1800–3400 m arasında dəyişir. Silsilələrin geniş hissələrində sualtı ulkanlar fəaliyyət göstərir. Silsilənin bəzi hissələrində vulkanik adalara rast gəlmək olar (Askenson adası, Müqəddəs Yelena adası, Tristan-da-Kunya, Buve adası).
Evacidium atlanticum
FK Atlantas
Atlantas FK — Litvanın futbol klubu. "Atlantas" futbol komandasının tarixi 1996-ci ildən başlayır. 2013–2016 Jako 2017–2018 Puma 2018–...
Filago atlantica
Glaucus atlanticus
Glaucus atlanticus (lat. Glaucus atlanticus) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin glaucidae fəsiləsinin glaucus cinsinə aid heyvan növü. Pelagik canlıdır, gərginlik səthi altında yaşayırlar. Tropik kəmərin bütün okeanlarının dənizlərində yayılmışlar. Bu növün nümayəndələri arxa ucundan güclü uzanan incə bir bədən ilə xarakterizə olunur. Baş qısadır və bədəndən bir qədər ayrılır. Geniş, yaxşı inkişaf etmiş ayaq ön tərəfdən yuvarlaqlaşdırılır və bədənin arxa ucuna qədər davam edir. Bədən uzunluğu 5–40 mm arasında dəyişir. Glaucus atlanticusun su səthində qalması üçün başqa bir uyğunlaşması vardır. Bu molluskun mədəsində saxlanılan hava baloncuğunun periyodik olaraq udulmasıdır.
Heliocauta atlantica
Heliocauta (lat. Heliocauta) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heliocauta atlantica (Litard. & Maire) Humphries Sinonim Anacyclus atlanticus Litard. & Maire Heliocauta atlantica var. dasyphylla Humphries Anacyclus atlanticus var. vestitus Humbert Anacyclus atlanticus subsp. vestitus (Humbert) Emb.
Heliocauta atlantica var. dasyphylla
Heliocauta (lat. Heliocauta) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Heliocauta atlantica (Litard. & Maire) Humphries Sinonim Anacyclus atlanticus Litard. & Maire Heliocauta atlantica var. dasyphylla Humphries Anacyclus atlanticus var. vestitus Humbert Anacyclus atlanticus subsp. vestitus (Humbert) Emb.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Müasir Atlantik İncəsənət Mərkəzi
Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir. Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, Afrika və Avropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır. Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur. Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.
Nausithoe atlantica
Nausithoe atlantica (lat. Nausithoe atlantica) — nausithoe cinsinə aid heyvan növü.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Orta Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — nəhəng Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil silsilə. Bu silsilə Tektonik plitələrin toqquşması nəticəsində meydana gəlmişdir. Atlantik okeanın dibində Şimali Amerika plitəsi ilə Avrasiya plitəsi, Afrika plitəsi və Cənubi Amerika plitəsi arasında yerləşir. Atlantik okeanın dibi ilə silsilənin mövcudluğu Metyu Fonteyn Mori tərəfindən 1850 ildə irəli sürülür. Silsilə ilk dəfə 1872-ci ildə «Çelencer» gəmisi vastəsi ilə aşkarlanır. Belə ki, Transatlantik teleqraf kabel xətti çəkilişi zamanı aşkarlanır. 1925-ci il araşdırmaları ilə tam olaraq təstiqlənir. Dünya okeanının 1950-ci il araşdırmaları onu göstərir ki, bu hissədə seysmikliyin yüksəkliyi müəyyənləşir. Üstəlik Şimali-Atlantika silsiləsinin Orta-Okean silsiləsinin bir hissəsi olması müəyyənləşir. Bu isə Hərəkət edən materiklər nəzəriyyəsini irəli sürən Alferd Venegerin fikirini təstiqləyirlər.
Papaver atlanticum
Papaver atlanticum (lat. Papaver atlanticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Poa pratensis var. atlantica
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Qalisiya Atlantik Adaları Milli Parkı
Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır. Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır.
Xəzər Atlantidası (film, 1975)
Kür çayının mənsəbində XI-XII əsrlərdə şəhər olub. Hazırda orada "Bəndovan" deyilən yarımada mövcuddur, alimlər tapılmış kiçik şəhərciyi də şərti olaraq belə adlandırmışlar. Axtarışlar suda və quruda davam edir. Sualtı arxeologiya köhnə, eyni zamanda cavan elmdir. Onların köməyinə akvalanqlar gəlir. Film bu maraqlı tapıntı barədədir.
Xəzər Atlantidası (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Şimali-Atlantika silsiləsi
Şimali-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkibinə daxil olub, Atlantik okeanın mərkəzindən keçir. 52° ş. e başlayaraq Ekvator yaxınlığına qədər uzanır. Meridian istiqamətində qövsvari şəkildə 8,2 min km məsafədə uzanır, maksimal eni isə 1500 km təşkil edir. Sualtı silsilənin su səthinə ən yaxın nöqtəsi 128 m təşkil edir. Bununla belə bəzən adalar əmələ gəlir Azor adaları və b.). Bəzən rif dərələri əmələ gətirir.
Şimali Atlantik Şurası
Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir. Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur. Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır. Bumgardner, Sherrod Lewis, redaktorNATO Legal Deskbook (PDF) (2nd). Belgium. 2010.
Şimali Atlantika Müqaviləsi Təşkilatı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Şimali Atlantika cərəyanı
Şimali Atlantika cərəyanı— güclü isti dəniz cərəyanı. Qolfstrim cərəyanının şimal-şərq uzantısı olaraq bilinir. 6500 km məsafədə hərəkət edir. Böyük Nyufaundlend bankəsindən başlayaraq İrlandiya adasına qədər uzanır. Burada iki qola ayrılır. Cənuba istiqamətlənən qol Kanar cərəyanı adlanır. Digəri isə şimala yönəlir. o isə öz nönbəsində Farer adaları və İslandiya arasında iki qola bölünür:Norveç cərəyanı və Qərbi İslandiya cərəyanı. Bu cərəyan Avropanın iqliminə böyük təsir göstərir. The North Atlantic Current.
Şimali Atlantika müqaviləsi
Şimali Atlantika müqaviləsi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə. "Vaşinqton müqaviləsi" də adlanır. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində imzalanıb. Vaşinqton müqaviləsinin əsas məqsədi siyasi və hərbi vasitələrdən istifadə etməklə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində ABŞ diplomatı Teodor Axillesin sədrlik etdiyi komitə tərəfindən hazırlanaraq imzalanmaq üçün təqdim edilib. Müqavilə ilə əlaqədar gizli danışıqlar 22 mart və 1 aprel 1948-ci ildə Pentaqonda keçirilmişdir. Bu müzakirələrlə bağlı Axilles qeyd edirdi: Axillesin qeyd etdiyinə görə müqavilənin digər əsas müəllifi Con Dyui Hikerson idi: Müqavilə fikrən Sovet İttifaqının Qərbi Avropaya silahlı hücumu ilə əlaqədar yaradılmışdır, lakin Soyuq müharibə dövründə qarşılıqlı özünümüdafiə məsələsi qaldırılmamışdır. Əksinə, bu məsələ ilk dəfə 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və Pentaqona 11 sentyabr 2001-ci il tarixli hücumlara cavab kimi qaldırılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, NATO müqavilənin 5-ci maddəsinə də bütün tarixi ərzində ilk dəfə 2001-ci il hadisələrindən sonra müraciət etmişdir. Brüssel müqaviləsi Qərbi Avropa İttifaqının təsisolma sənədi olmaqla yanaşı, Şimali Atlantika müqaviləsinin imzalanmasına aparan yolda ilk addım oldu.
Cedrus atlantica
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Atlantida: Maylonun qayıdışı
Atlantida: Milonun qayıdış (ing. Atlantis: Milo's Return) — 2003-cü ildə "Volt Disney" tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. Maylo, Kida və onun komandası yeni macəralar axtarışındadırlar. Onlar ilk ekspedisiyalarında sualtı sivilizasiyanı kəşf etmişdilər. Maylonun komandası ilk ekspedisiyada çoxlu macəralardan keçərək sualtı sivilizasiyanı xilas etmişlər. Amma bu dəfə komanda yerüstündə baş verən təhlükəni aradan qaldırmalı və Atlantidanı tərk etməlidilər... «Atlantida: Maylonun qayıdışı» — Internet Movie Database saytında.
Atlantida (film, 2019)
Atlantis (ukr. Атлантида) 2019-cu ildə rejissor Valentin Vasyanoviçin çəkdiyi Ukrayna filmidir. Film 2019 Toronto Beynəlxalq Film Festivalında Modern Dünya Filmi bölümündə göstərildi. 76-cı Venesiya Beynəlxalq Film Festivalında Ən Yaxşı Film üzrə "Horizon" mükafatını qazandı. Filmdəki rolların hamısı da qazilər, könüllülər və əsgərlər tərəfindən oynanılıb. Heç bir professional aktyora yer verilməyib. Baş rollardan birini Donbass müharibəsində iştirak edən keçmiş bir əsgər olan Andrey Rimarik oynayıb. Ukrayna-Rusiya arasındakı müharibədən sonrakı vəziyyəti əks etdirən filmdə müharibə sonrası travma yaşayan Sergey ilə könüllü olaraq xidmət edən Katya arasındakı münasibətlər üzərindən hadisələr göstərilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 •••••••••••••••••••• 2.02
2005 ••••••• 0.67
2006 •••••••••••••••• 1.58
2007 ••••••• 0.63
2008 ••• 0.24
2009 •••• 0.32
2010 •••••••• 0.73
2011 ••••••••• 0.86
2012 •• 0.17
2013 ••••••••••• 1.02
2014 •••• 0.34
2016 •• 0.17
2017 •••• 0.33
2019 ••••• 0.42

atlant sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. атлант, атланты: 1. архит. колонны в виде мужских фигур, поддерживающие перекрытия 2. мед. первый шейный позвонок

    Azərbaycanca-rusca lüğət / atlant

atlant sözünün fransız dilinə tərcüməsi

"atlant" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atlant nədir? #atlant sözünün mənası #atlant nə deməkdir? #atlant sözünün izahı #atlant sözünün yazılışı #atlant necə yazılır? #atlant sözünün düzgün yazılışı #atlant leksik mənası #atlant sözünün sinonimi #atlant sözünün yaxın mənalı sözlər #atlant sözünün əks mənası #atlant sözünün etimologiyası #atlant sözünün orfoqrafiyası #atlant rusca #atlant inglisça #atlant fransızca #atlant sözünün istifadəsi #sözlük