Attaliya
Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük şəhəridir. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.