azacıq sözü azərbaycan dilində

azacıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • azacıq • 92.2404%
  • Azacıq • 7.5410%
  • AZACIQ • 0.2186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.51 dəfə / 1 mln.
2003 •••••••••• 2.76
2004 •••••••••••••••••••• 5.73
2006 ••••••••••••••• 4.05
2007 •••••••••••••••• 4.44
2008 •••••••••••• 3.41
2009 ••••••••••••• 3.52
2010 ••••••• 1.82
2011 ••••••••• 2.57
2012 ••••••••••• 3.10
2013 •••••••••••• 3.36
2014 ••••••••• 2.40
2015 ••• 0.85
2016 •••••••• 2.26
2017 •••• 1.14
2018 ••• 0.75
2019 ••••• 1.39
2020 ••••••••••• 2.92

azacıq sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf Çox az, çox az miqdarda, cüzi. Mənə azacıq su verin. Azacıq vaxt qalmışdır. Azacıq yemək. – Azacıq aşım, ağrımaz başım. (Məsəl). Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpikqəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Həcər qulaq verdi, bu an buludlar azacıq hərəkətə gəldi. S.Rəhimov. ◊ Azacıq aşın duzu deyil – bax aş1.

    Azərbaycan dilinin izahlı lüğəti / azacıq

azacıq sözünün etimologiyası

  • 1 Bu sözün əsli azazcıq kimi olub, ikiqat kiçiltmə var (az+az+cıq, “çox az” deməkdir). Sonra ikinci az sözündəki z samiti düşüb və kəlmə azacıq formasında sabitləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / azacıq

azacıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 AZACIQ Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul eldə etmişdi (Qantəmir); AZCA Onun başı azca yana əyilmişdi (İ.Əfəndiyev); CÜZİ Bu cüzi pulla Qəzənfəri həbsxanadan qurtarmaq mümkün deyildi (S.Vəliyev); BİR AZ Sabah gələsən bir az söhbət edək? (C.Məmmədquluzadə); AZ-MAZ Bu şeyləri az-maz mən də bilirəm (A.Şaiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti / azacıq

azacıq sözünün antonimləri (əks mənalı sözlər)

azacıq sözünün rus dilinə tərcüməsi

  • 1 немножко, чуточку, мало-мальски

    Azərbaycanca-rusca lüğət / azacıq
  • 2 I нареч. 1. немного, немножко, чуточку. Azacıq yorulmuşam немного устал, azacıq dincəlmək чуточку отдохнуть 2. мало-мальски. Azacıq başa düşürəm мало-мальски понимаю 3. слегка, легко. Azacıq əlimdən yaralandım легко ранен в руку 4. сдержанно. Azacıq gülümsündü он сдержанно засмеялся II прил. 1. малый, небольшой. Azacıq çətinlik небольшая трудность 2. некоторый. Azacıq üstünlük некоторое превосходство (преимущество) 3. кратковременный. Azacıq istirahətdən sonra после кратковременного отдыха ◊ azacıq aşın duzu deyil себе на уме, не так уж прост; azacıq aşım – ağrımaz başım малая доля – да полная воля

    Azərbaycanca-rusca lüğət / azacıq

azacıq sözünün inglis dilinə tərcüməsi

  • 1 z. d.d. a little, a bit, a trifle; O, azacıq həyəcanlı görünürdü He / She seemed a trifle alarmed; Mənim çayıma azacıq qənd salın Put a trifle of sugar into my tea

    Azərbaycanca-ingiliscə lüğət / azacıq

azacıq sözünün fransız dilinə tərcüməsi

azacıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил., нареч. тӀимил кьван, гзаф тӀимил, лап тӀимил, са тӀимил, жизви; ** azacıq aşın duzu deyil тӀимил фан къафун туш.

    Azərbaycanca-ləzgicə lüğəti / azacıq

azacıq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#azacıq nədir? #azacıq sözünün mənası #azacıq nə deməkdir? #azacıq sözünün izahı #azacıq sözünün yazılışı #azacıq necə yazılır? #azacıq sözünün düzgün yazılışı #azacıq leksik mənası #azacıq sözünün sinonimi #azacıq sözünün yaxın mənalı sözlər #azacıq sözünün əks mənası #azacıq sözünün etimologiyası #azacıq sözünün orfoqrafiyası #azacıq rusca #azacıq inglisça #azacıq fransızca #azacıq sözünün istifadəsi #sözlük