* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. İti azdırmaq. Pişiyi azdırmaq. 2. Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək. Atalar doğru deyiblər ki, dövlət adamı azdırar. İ.Musabəyov. // məc. Qəsdən sapdırmaq, fikrini yayındırmaq, çaşdırmaq. Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə. [Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm. Oranın öz qayda-qanunu var. M.Hüseyn. 3. Başqa tərəfə, başqa istiqamətə çevirmək, yönəltmək. Əbəs göstərmə sən məscid təriqin Seyyidə, zahid; Onu azdırmaq olmaz bir dəxi meyxanə rahindən. S.Ə.Şirvani. Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev. 4. məc. Arzu edilməyən bir şəxsdən yaxa qurtarmaq üçün onu cürbəcür vasitələrlə özündən uzaqlaşdırmaq. Hərifi azdır getsin, qulağımızı apardı. 5. Korlamaq, pis öyrətmək, ərköyün öyrətmək, qudurtmaq. Uşağı azdırmışsınız, sözə də baxmır. 6. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: ağlını azdırmaq, danışığını azdırmaq, iz azdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti / azdırmaq1 Bu sözün azıtmaq variantı da var. Hər ikisi azmaq feilindən əmələ gəlib. Birinci sözdə -dır şəkilçisi təsirsiz feili təsirliyə çevirib (qız və qızdır qəlibi üzrə yaranıb), ikinci söz isə birincinin təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / azdırmaq1 1. AZDIRMAQ, DÜZ YOLDAN ÇIXARMAQ, PİS YOLA SÖVQ ETMƏK. 2. azdırmaq bax sapdırmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / azdırmaq1 1. путать, ввести в заблуждение, отвлекать, сбить с толку; 2. отучить от дома (о животных); 3. избаловать; 4. испортить (нравственно);
Azərbaycanca-rusca lüğət / azdırmaq2 kimi, nəyi глаг. 1. заводить, завести кого куда-л. (увести далеко); заносить, занести кого куда-л. заставить очутиться где-л., забросить кого куда-л., отучить от дома (животных) 2. спроваживать, спровадить кого, отделаться от кого (кто мешает, надоедает) 3. вводить, ввести в заблуждение (общественность) 4. совращать, совратить; сбивать, сбить с истинного пути 5. баловать, избаловать. Uşağı azdırmaq избаловать ребёнка ◊ ağlını azdırmaq сбивать, сбить с правильного пути; danışığını azdırmaq: 1. заговорить, говорить бессвязно, путаться, сбиваться в речи; 2. выражаться (употреблять неприличные слова); iz azdırmaq путать, заметать, замести следы; вводить в заблуждение; söz azdırmaq уклоняться, уклониться от ответа; yerişini azdırmaq изменить походку
Azərbaycanca-rusca lüğət / azdırmaq1 f. 1. to mislead (d.); to confuse (d.); 2. (əxlaqca) to corrupt (d.)
Azərbaycanca-ingiliscə lüğət / azdırmaq1 f. 1) induire en erreur ; dérouter qn ; désordonner qn ; déconcentrer qn ; 2) déshabituer vt ; désaccoutumer vt ; éloigner de la maison ; 3) corrompre vt ; avilir vt ; démoraliser biaiser vt ; fourvoyer vt
Azərbaycanca-fransızca lüğət / azdırmaq1 гл. 1. алудун, кӀваливай яргъаз акъудун, квадарун, техкъведай патахъ ахъаюн (мес. кицӀ, кац); 2. дуьз рекьяй акъудун, кьиляй акъудун, чӀуру рекье тун; 3. пер. кьасухдай кьил акадарун, какадарун, ягъалмишарун; 4. маса патахъ элкъуьрун (мес. авахьзавай яд); 5. пер. алудун, алагъун, квадарун, жувавай яргъазун (мес. хуш авачир са кас); 6. чӀурун, эркиван авун, къудур авун.
Azərbaycanca-ləzgicə lüğəti / azdırmaq