Aziya sözü azərbaycan dilində

Aziya

Yazılış

  • Aziya • 85.0746%
  • AZİYA • 8.9552%
  • aziya • 2.9851%
  • AZiya • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aziya (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Aziya i Afrika seqodnya
"Aziya i Afrika seqodnya" (rus. Азия и Африка сегодня) — Asiya və Afrikanın öyrənilməsinə həsr olunmuş SSRİ və Rusiya elmi jurnalı. Jurnal Ali Attestasiya Komissiyasının elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün nəşrlər üçün tövsiyə etdiyi nəşrlər siyahısına daxildir. Bu, "Web of Science" platformasında Rusiya Elm Sitat İndeksi verilənlər bazasına, "EBSCO Publishing" beynəlxalq məlumat bazasına daxil edilmişdir. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur. == Tarixi == Nəşr 1957-ci ilin iyulunda SSRİ Elmlər Akademiyası tərəfindən yaradılmışdır. İndi Rusiya Elmlər Akademiyasının Afrikaşünaslıq İnstitutu və Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunur. 2007-ci ildə jurnalın 600-cü nömrəsi işıq üzü görmüşdür. Adətən təxminən 80 səhifədən ibarətdir. 2015-ci ilin oktyabr ayından etibarən jurnal Misirdə ərəb dilində "Asiya və İfriqiyyə əl-yəum" adı ilə nəşr olunmağa başlamışdır.
Aziyadé
Aziyadé - fransız yazıçı Pyer Lotinin 1879-cu ildə nəşr olunan yarı-avtobioqrafik romanı. 27 yaşındakı bir ingilis zabitinin 1876-cı ildə Selanik və İstanbulda vəzifədə olduğu bir zamanda Aziyade adlı 18 yaşlı bir Çərkəz qızı ilə yaşadığı gizli eşq hekayəsidir. Roman qəhrəmanı zabitin, dostları Plum-kett və Vilyam Brouna, və Yorkşirdə Brightbury qəsəbəsində yaşayan (adı qeyd edilməyən) bacısına xatirələrini yazdığı məktublar şəklində qələmə alınmışdır. Dövrün siyasi hadisələri, romantik İstanbul siması, gündəlik həyata aid çoxlu məsələləri özündə əks etdirən roman, yazıçının bir fransız dəniz zabiti kimi Osmanlı Dövlətində işlədiyi bir vaxtda tutduğu gündəliyinə isnad edir. Romanda təsvir olunan eşqin həqiqətən yaşanıb-yaşanmadığı və roman qəhrəmanı Aziyadenin xəyali bir xarakter olub-olmadığı hələ də müzakirə məsələsidir. Aziyade, yazıçının ilk romanıdır. Roman beş fəsildən ibarətdir: Salonique (Selanik); Solitude (Yalnızlıq); Eyoub à deux (İkimiz Əyyubda); Mané, Thécel, Pharès (Sayıldı, Ölçüldü, Bölündü); Azraël (Əzrail). Əsər, 1909-cu ildə İstanbulda Musavver Eşref dərgisinin dörd nömrəsində, hər fəsil ayrılıqda çap edildi. Aziyade, türk dilinə ilk dəfə kitab şəklində 1923-cü ildə Xandan Lütfi tərəfindən tərcümə olundu və İstanbulda İqbal Kitabxanası tərəfindən Azadə adı altında yayımlandı. Mahmud Bəy Mətbəəsində çapa verilən kitab, köhnə əlifba ilə 230 səhifə idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2007 ••••• 0.21
2010 ••••••••• 0.45
2012 ••••••••• 0.43
2013 •••••••••••• 0.58
2014 •••• 0.17
2015 •••••••••••••••••••• 1.02
2016 •••• 0.17
2017 •••• 0.16
2019 ••• 0.14
2020 ••• 0.13

Oxşar sözlər

#aziya nədir? #aziya sözünün mənası #aziya nə deməkdir? #aziya sözünün izahı #aziya sözünün yazılışı #aziya necə yazılır? #aziya sözünün düzgün yazılışı #aziya leksik mənası #aziya sözünün sinonimi #aziya sözünün yaxın mənalı sözlər #aziya sözünün əks mənası #aziya sözünün etimologiyası #aziya sözünün orfoqrafiyası #aziya rusca #aziya inglisça #aziya fransızca #aziya sözünün istifadəsi #sözlük