Ağayeva sözü azərbaycan dilində

Ağayeva

Yazılış

  • Ağayeva • 99.6670%
  • AĞAYEVA • 0.3330%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağayeva
Ağayeva — Azərbaycan soyadı. Anaxanım Ağayeva (d. 1995) — Azərbaycanlı boksçudur. Firuzə Ağayeva (d. 1955) — Alim, filologiya elmləri doktoru. Həcər Ağayeva (d. 1986) — Azərbaycan aktrisası. Xurşid Ağayeva (1906–1953) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Xədicə Ağayeva (1885–1958) — müəllim, maarifçi. İlahə Ağayeva (d.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. == Həyatı və elmi fəaliyyəti == Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. == Təltif və mükafatları == Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Həcər Ağayeva
Ağayeva Həcər Maqsud qızı (1986) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2021). == Həyatı == Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib. 2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) (rol: Firəngiz) Tanrıverdinin nağılı (film, 2008) (rol: Şəms) Laplandiyalı qonaq (film, 2009) Sonuncu dərviş (film, 2009) (rol: Maral Rəhmanzadə) Aramızda qalsın (film, 2011-2013) (rol: Əfsanə) Vəkil hanı?
Kəmalə Ağayeva
Kəmalə Ağayeva Ağa qızı (10 iyul 1936, Naxçıvan – 18 iyul 2019, Bakı) ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü (2003). == Həyatı == Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Belə ki, o, 1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, daha sonra Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə və 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi işləmişdir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə "Ümid çırağı" jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir. === Əmək fəaliyyəti === Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.
Reyhan Ağayeva
Reyhan Ağababa qızı Ağayeva (1924, Musaküçə, Lənkəran qəzası – 24 aprel 1968, Musaküçə, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əli Ağayevin bacısıdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.173.
Rüxsarə Ağayeva
Rüxsarə Ağayeva (20 fevral 1915, Bakı – 26 noyabr 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR Əməkdar artisti.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) == Həyat və yaradıcılığı == Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sürəyya Ağayeva
Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent. == Ümumi məlumatlar == Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Turanə Ağayeva
Turanə Ağayeva (28 fevral 1996) — Azərbaycanlı para-cüdoçu. Turanə Ağayeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Turanə Ağayeva 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -70 kiloqram çəki dərəcəsində o, 1/2 final mərhələsində Türkiyə idmançısı Aytən Özyuruku 001:000 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Turanə Ağayeva, Azərbaycan cüdoçusu Ramilə Kaştayevaya 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Tünzalə Ağayeva
Tünzalə Qabil qızı Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). == Həyatı == Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Yaradıcılığı == 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.
Xurşid Ağayeva
Xurşid Həsən bəy qızı Ağayeva (7 (20) aprel 1906, Bakı – 3 dekabr 1953, Bakı) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). == Həyatı == Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur. Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir. O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı == Həyatı == Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir.. Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır. Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir. == Fəaliyyəti == Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad.
Zenfira Ağayeva
Ağayeva Zenfira Rza qızı (26 avqust 1946, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (2013), AMEA-nın baş elmi işçisi (2014). == Həyatı == Zenfira Ağayeva 26 avqust 1946-ci ildə Bakı Şəhərinin Səbail rayonunda anadan olmuşdur. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmçinin Azərbaycan SSR Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləməyə başlamışdır. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini müvəffəqiyyətlə bitirmiş, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. 1991-cü ildə namizədlik, 2013-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 4 saylı Laboratoriya müdir müavini təyin olunmuşdur. == Elmi fəaliyyəti == Azot və kükürd tərkibli üzvi maddələrin neft-mədən avadanlıqlarını korroziyadan qoruduğunu, asfalt-qatran-parafin cökmə proseslərinə və mikroorqanizmlərin inkşaflna təsir etdiyini araşdırmışdır. Neft və gaz yataqlarının işlənməsində və istismarında ətraf mühitin mühafizəsi üçün profilaktik tədbirlərin təşkilinə kompleks yanaşmanı, neft-kimya istehsalı prosesində zəhərli tullantıların: turşqudron, şlam və tələ yağı əsasında çoxfunksiyalı reagentin alınma texnologiyasını hazırlamışdir. Sənaye sınaqları zamanı təyin etmişdir ki, o çox­funksiyalı reagent kimi təsir göstərir, qazma məhlullarının sürtgü xassərini yaxşılaşdırır.
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. == Həyatı == Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. == Yaradıcılığı == Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
İlahə Ağayeva
İlahə Ağayeva (1984) — Azərbaycanı təmsil edən voleybolçu. İlahə Ağayeva, Azərbaycan yığmasının heyətində 2005-ci ildə baş tutan Avropa Çempionatına qatılıb və 4-cü yeri tutub. == Karyerası == İlahə Ağayeva, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Şükufə Ağayeva
Şükufə Novruz qızı Ağayeva (1937) — IX çağırış Azərbaycan SSR Ali Sovetin deputati. == Həyatı == 1937-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta ixtisas təhsili var. 1960-cı ildən "Şimal" DRES-in elektrik ustasıdır. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şüvəlan seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şəfiqə Ağayeva
Ağayeva Şəfiqə Əli qızı (1918, Ağdamkənd, Ağdam rayonu – 1983) – Azərbaycan jurnalisti, tərcüməçi, nəşriyyat işçisi, pedaqoq. == Həyatı == Yelizavetpol (Gəncə) quberniyası Cavanşir qəzasının Ağdam kəndində müəllim ailəsində doğulmuş. Kəndində orta, Ağdam pedaqoji texnikomunda və Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. == İctimai Fəaliyyəti == 1934–83-cü illərdə "Lenin yolu" qəzetində (Ağdam Şəhəri), " Qızıl əsgər", " Gənc işçi" qəzetlərinin," Azərbaycan qadını jurnalı"nın redaksiyalarında ədəbi işçi, şöbə müdiri, redaktor, Azərbaycan KP MK-da, respublika Baş Mətbuat idarəsində, "Uşaqgəncnəşr" və "Azərbaycan Pioneri" qəzeti redaksiyasında məsul vəzifələrdə işləmişdir. Əsasən rus ədəiyyatından tərcümələr etmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Səbinə Ağayeva (aparıcı)
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Yana Matiasovska-Ağayeva
Yana Matiasovska-Ağayeva (7 iyul 1987, Bratislava) — Slovak əsilli Azərbaycan voleybolçusu, Türkiyənin Bələdiyəspor Çanaqqala komandasının şərəfini qoruyur. Yana voleybola məktəbli olarkən Slovakiya voleybol məktəbində başlayıb. Məktəbdə oxuyanda müəllimlərindən biri voleybol məşqçisi olub. O, həmişə Yanaya gəl voleybol oyna, boyun da yaxşıdır deyirmiş. Əvvəlcə tərəddüd içərisində olub. Bir gün test tapşırığını pis yazan Yana, düşünür ki, gedib voleybolçu olacam. 2000-ci ildən peşəkar olaraq voleybol klublarında çıxış etməyə başlayır. 5 il ərzində ölkəsinin ən güclü klubunda forma geyir. Məktəbi bitirəndən sonra Amerikaya təhsilini davam etdirməyə gedir. Orada bir universitet komandasında oynayır və yenə də oynadıqları çempionatların əksəriyyətində qalib olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.42 dəfə / 1 mln.
2002 ••••• 13.70
2003 ••• 8.27
2004 •• 4.38
2005 ••• 7.42
2006 ••• 8.33
2007 ••• 7.61
2008 ••• 6.09
2009 •••• 10.40
2010 •••••• 14.89
2011 ••••• 13.13
2012 ••••• 14.37
2013 ••••••• 17.94
2014 •••••••••••••••• 45.48
2015 •••••••••••••••••••• 59.20
2016 ••••••••••••• 38.01
2017 •••••••••••••• 39.51
2018 •••••• 15.58
2019 ••••• 13.35
2020 ••••• 13.26

Oxşar sözlər

#ağayeva nədir? #ağayeva sözünün mənası #ağayeva nə deməkdir? #ağayeva sözünün izahı #ağayeva sözünün yazılışı #ağayeva necə yazılır? #ağayeva sözünün düzgün yazılışı #ağayeva leksik mənası #ağayeva sözünün sinonimi #ağayeva sözünün yaxın mənalı sözlər #ağayeva sözünün əks mənası #ağayeva sözünün etimologiyası #ağayeva sözünün orfoqrafiyası #ağayeva rusca #ağayeva inglisça #ağayeva fransızca #ağayeva sözünün istifadəsi #sözlük