* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. □ Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) – bax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / böhtan2 ə. yalandan bir işi başqasının boynuna qoyma, şərə salma, şərləmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / böhtan3 Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma
Terminlər lüğəti / böhtan1 Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır). Tatar dilində yalaqay (yalaxay) “подхалим” anlamını əks etdirir, yəni yaltaq sözü ilə sinonimdir, bizdə onun yerinə yoğaq işlədilib (yox sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / böhtan2 BÖHTAN (birinə ləkə yaxmaq üçün haqsız olaraq ona pis şey isnad etmə) Yalanları şişirdən, böhtanları artıran; Hiyləgər alçaqların vardır çox sifətləri (M.Rahim); İFTİRA İnsaf elə bu qədər yalan macəra demə; Peyğəmbərə, imana bu növ iftira demə (Ə.Qəmküsar); ŞƏR Orda uzaq olarsan satqınların şərindən; Xəbis hiylələrindən... (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / böhtan2 сущ. клевета, наговор, навет. Həyasızcasına böhtan наглая клевета, düşmən böhtanı вражеский навет ◊ böhtan atmaq клеветать, возводить напраслину на кого; böhtana düşmək быть оклеветанным; adına böhtan atmaq порочить чьё-л. имя, забрасывать кого грязью
Azərbaycanca-rusca lüğət / böhtan1 i. slander, calumny, aspersion; (mətbuatda) libel; bir kəsə ~ atmaq to cast* aspersions on smb.; ~ atmaq to calumniate (d.), to slander (d.), to vilify; d.d. to smear (d.)
Azərbaycanca-ingiliscə lüğət / böhtan1 is. calomnie f ; çirkli~ calomnie ramassée dans le ruisseau ; bir kəsə ~ atmaq calomnier qn, diffamer qn
Azərbaycanca-fransızca lüğət / böhtan1 [ər.] сущ. буьгьтен, шер, талба; böhtan atmaq буьгьтен вегьин, шер вегьин, талба авун, леке кутун; böhtan demək (etmək) кил. böhtan atmaq; böhtana düşmək буьгьтендик акатун, нагьакьан шердик акатун, туширдак акатун.
Azərbaycanca-ləzgicə lüğəti / böhtan