başdan-başa sözü azərbaycan dilində

başdan-başa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başdan-başa • 96.9605%
  • Başdan-başa • 3.0395%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.

başdan-başa sözünün leksik mənası və izahı

  • 1 zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil. □ Başdan-başa süzmək – hər tərəfini, hər yerini gözdən keçirmək, istehzalı və ya şübhəli nəzərlə başından-ayağına qədər baxmaq. Nəhayət, hacı gəldi. İçəri girincə əvvəlcə otağı bir quşbaxışı ilə başdan-başa süzdü. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / başdan-başa

başdan-başa sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bütünlüklə — tamamilə

    Azərbaycan dilinin sinonimlər lüğəti / başdan-başa
  • 2 BAŞDAN-BAŞA Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun (S.Vurğun); BAŞDAN-AYAĞA O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır (S.S.Axundov); SƏRASƏR Sərasər əlvana batsın gül bədən; Siyah zülfün töksün qamətin tən (Q.Zakir); SƏRPA Amma bu miskin aşiqi; Sərpa soyarlar, ağlamaz (Nəsimi); BÜSBÜTÜN (bax); TAMAMİLƏ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / başdan-başa

başdan-başa sözünün rus dilinə tərcüməsi

başdan-başa sözünün inglis dilinə tərcüməsi

başdan-başa sözünün fransız dilinə tərcüməsi

başdan-başa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. кьиляй-кьилиз, кьиляй-кьилди; тамам, вири; başdan-başa süzmək кьиляй-кьилди вил аладарун, кьуд патахъ вил экъуьрун; шаклувилелди кьилелай-кӀвачӀелди килигун.

    Azərbaycanca-ləzgicə lüğəti / başdan-başa

Oxşar sözlər

#başdan-başa nədir? #başdan-başa sözünün mənası #başdan-başa nə deməkdir? #başdan-başa sözünün izahı #başdan-başa sözünün yazılışı #başdan-başa necə yazılır? #başdan-başa sözünün düzgün yazılışı #başdan-başa leksik mənası #başdan-başa sözünün sinonimi #başdan-başa sözünün yaxın mənalı sözlər #başdan-başa sözünün əks mənası #başdan-başa sözünün etimologiyası #başdan-başa sözünün orfoqrafiyası #başdan-başa rusca #başdan-başa inglisça #başdan-başa fransızca #başdan-başa sözünün istifadəsi #sözlük