bayramla sözü azərbaycan dilində

bayramla

Yazılış

  • bayramla • 72.9730%
  • Bayramla • 27.0270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ bayramları
ABŞ bayramları (ing. Public holidays in the United States) — Amerika Birləşmiş Ştatlarında keçirilən bayramlar.
Albaniya dövlət bayramları və xüsusi günləri
Albaniya dövlət bayramları və xüsusi günləri- Albaniyada qanunla tənzimlənən günlər.
Azərbaycan bayramları
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər. Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Zəfər Günü (8 noyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftəsonuna düşəndə növbəti gün iş günü hesab edilmir. Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir. 20 yanvar tarixi Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.
Azərbaycanın dövlət bayramları və xüsusi günləri
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər. Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Zəfər Günü (8 noyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftəsonuna düşəndə növbəti gün iş günü hesab edilmir. Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir. 20 yanvar tarixi Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.
Bayramlar (Ağdam)
Bayramlar — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Başqırdıstan bayramları
Başqırdıstan bayramları (başq. Башҡортостан байрамдары) — Başqırdıstanda rəsmi olaraq qeyri-iş günü olan bayramlar, milli bayramlar və yaddaqalan tarixlər vardır. Bütün rəsmi bayramlar Başqırdıstan Respublikasının qanunları ilə müəyyən edilir. "Başqırdıstan Respublikasında bayramlar, yaddaqalan günlər, peşə bayramları və digər əhəmiyyətli tarixlər haqqında" qanun 27 fevral 1992-ci ildə Respublika Ali Sovetinin qərarı ilə qəbul edilmişdir. Başqırstanda xalq (milli) bayramı Sabantuy rəsmi statusa malikdir. Bayram respublikanın bütün bələdiyyələrində yazdakı səpin işlərinin sona çatması münasibətilə qeyd olunur. Sabantuyun tarixi Başqırstanın rəhbərinin fərmanı ilə hər il müəyyən edilir. Respublika folklor festivalı, Salavat bayramı (Salauat yıyını) Başqırdıstanın müxtəlif şəhər və rayonlarında hər il keçirilir. Həmçinin Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş Başqırdıstan Respublikasının digər əhəmiyyətli tarixləri də qeyd olunur. Фатыхова Ф. Ф. Праздники Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine // Башкирская энциклопедия.
Braziliya bayramları
Braziliyada ictimai bayramlar həm dövlət, həm ştatdaxili, həm də bələdiyyə səviyyəsində qanuni olaraq qeyd olunur. Əksər bayramlar ümummilli formada qeyd edilsə də, bəziləri yalnız ştatdaxili qeyd olunur. İllik rəsmi bayramlardan başqa (cədvəldəkilər) Braziliya hökümətinin qəbul etdiyi konstitusiyaya görə, ölkədə keçirilən seçki günləri də milli bayram hesab edilməkdədir. Hər il ümumi seçkilərin birinci turu oktyabr ayının ilk bazar günü, ikinci turu isə son bazar günü keçirilməkdədir. Bundan başqa Braziliyada müxtəlif milli və etnik bayramlar da qeyd olunur.
Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır. Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər.
Türkiyə bayramları
Bu Məqalə Türkiyə Respublikasının bayramlarına aiddir. 1 Yanvar Yeni il günü - Yeni ilin başlanğıcı. Dövlət İdarələri, Nazirliklər, ve digər ticarət mərkəzləri də yeni il səbəbi ilə qısa zaman ərzində çalışır. Türkiyə Respublikasının tarixində xüsusi əhəmiyyətə malik gündür. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Milli Məclisinin (TBMM) qurulduğu gündür. Eyni zamanda Uşaqlar günü kimi də qeyd edilir. Rəsmi olaraq tətil 22 apreldə başladığı üçün dövlət idarələri 22 aprel günorta saatlarından başlayaraq tətilə çıxır. 1 may tarixi Türkiyə Respublikasında işçi və fəhlə günü kimi düşmüşdür. 19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir.
Venesuela bayramları
Venesuela bayramları:
Çin bayramları
Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur. "Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr). Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər. Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
İndoneziya bayramları
İndoneziya (ind. Indonesia) — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası (ind. Republik Indonesia). Dünyada sahəsinə görə 16-cı yerdədir. Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. 230 milyon əhali sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və mürəkkəb tarixi vardır. İndoneziya əhalisinin böyük əksəriyyəti (87,5 %) müsəlmanlardır. Müsəlmanlar əsasən sünniliyin şafii məzhəbinə etiqad edirlər.
İtaliya bayramları
İtaliya bayramları 6 yanvar - pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
Bayramlar
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna) Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.06 dəfə / 1 mln.
2004 •• 0.34
2005 •••• 0.67
2006 ••••••• 1.35
2007 •••••••••• 1.90
2008 ••••••• 1.22
2009 ••••••••••••• 2.56
2010 ••••••••••• 2.00
2011 •••••••••••••• 2.75
2012 ••••••••••••••••• 3.27
2013 •••••••••••••••••••• 3.94
2014 •••••••••••••••••••• 3.95
2015 ••••••••• 1.70
2016 ••••••• 1.21
2017 ••••• 0.98
2018 •••••••• 1.50
2019 ••••• 0.83
2020 •••••••••• 1.86

"bayramla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bayramla nədir? #bayramla sözünün mənası #bayramla nə deməkdir? #bayramla sözünün izahı #bayramla sözünün yazılışı #bayramla necə yazılır? #bayramla sözünün düzgün yazılışı #bayramla leksik mənası #bayramla sözünün sinonimi #bayramla sözünün yaxın mənalı sözlər #bayramla sözünün əks mənası #bayramla sözünün etimologiyası #bayramla sözünün orfoqrafiyası #bayramla rusca #bayramla inglisça #bayramla fransızca #bayramla sözünün istifadəsi #sözlük