Bayramov sözü azərbaycan dilində

Bayramov

Yazılış

  • Bayramov • 99.6713%
  • BAYRAMOV • 0.2630%
  • bayramov • 0.0657%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəlal Bayramov
Elbrus Bayramov
Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
Elcan Bayramov
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.
Elmin Bayramov
Elnur Bayramov
Elvin Bayramov
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Fərrux Bayramov
Hüseyn Bayramov
Hüseyn Abbas oğlu Bayramov — dilçi, filologiya elmləri doktoru (1970), professor (1970) Bayramov Hüseyn Abbas oğlu 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1935-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun indiki (APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir. 4 noyabr 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutununda baş elmi işçi, 1960-82-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Dillər Universiteti) Azərbaycan dilçiliyi kafedrasında dosent, professor və kafedra müdiri işləmişdir. Müasir Azərbaycan dilinin sintaksisinə və frazeologiyasına dair tədqiqatların müəllifidir. Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr, Bakı, 1960 Azərbaycan dili frazeologiyasının əsasları, Bakı, 1978 Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 64.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbibulla Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həsən Bayramov
Həsən Bayramov (əsgər, 1992) (17.06.1992 – 05.11.2020) — MAHHXHQ əsgər, Vətən müharibəsi şəhidi. Həsən Bayramov (əsgər, 2001) (22.06.2001 – 01.10.2020) — əsgər, Vətən müharibəsi şəhidi. Həsən Bayramoğlu — Pedaqogika elmləri doktoru, professor.
Kamran Bayramov
Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı. Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. Evlidir, üç ovladı vardır. 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Malik Bayramov
Mirzə Bayramov
Mirzə Əhməd oğlu Bayramov (5 may 1888, Cilovdarlı – 1960) — şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mirzə Bayramov 1888-ci il mayın 5-də Azərbaycanın Tovuz rayonunun Cilovdarlı kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. 1896-1899-cu illərdə mollaxanada oxumuşdur. Lakin kiçik yaşlarından şifahi xalq ədəbiyyatına, musiqiyə, el havalarına ciddi maraq göstərmişdir. 12 yaşından Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuş, 1905-ci ildən sərbəst aşıqlıq etmişdir. İlk mətbu əsəri 1932-ci ildə "Allahsız" jurnalında (№10) çıxan "Bitdili busatı" şeridir. Bundan sonra dövri mətbuatda, dərsliklərdə müntəzəm çap olunur. 1927-ci ildə Qazaxda aşıqlar yığıncağında birinci yer tutduğuna görə ona bir dəst kostyum və pul mükafatı verilmişdir. 1928-ci ildə Bakıda I Aşıqlar qurultayında çıxışı yüksək qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.
Musa Bayramov
Musa Bayramov (kimyaçı) (d. 1938) — kimya elmləri doktoru, professor, «Neft kimya» kafedrasının müdiri. Musa Bayramov (neftçi) (1901—1998) — Azərbaycan SSR fəxri neftçisi 1964). Sosialist Əməyi Qəhrəmanı (1959).
Bayramov
Bayramov — soyad. === A === Ağalar Bayramov (d. 1954) — Azərbaycanlı aktyor. Asim Bayramov (d. 1952) — Qarabağ Müharibəsi iştirakçısı. Ayaz Bayramov (d. 1950) — Azərbaycan alimi. Azad Bayramov (d. 1953) — Azərbaycan alimi. Azər Bayramov (d.
Munis Bayramov
Məhərrəm Bayramov
Məhərrəm Bağır oğlu Bayramov (13 may 1928, Aşağı Necili, İrəvan qəzası – 6 yanvar 1981, İrəvan) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi (1969–1974), Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin deputatı (VIII–X çağırış), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1974–1981), Ermənistan SSR əməkdar jurnalisti[mənbə göstərin]. Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili (Sayat Nova) kəndində doğulmuşdur. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedoqoji məktəbində davam etdirmiş və doğulduğu kənddə bir il müəllim işləmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıtmış və burada Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. O, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir. Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləmişdir. O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olmuşdur. O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunmuşdur.Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirilmişdir.[mənbə göstərin] O, həm də yazıçı və dramaturq idi.
Məmməd Bayramov
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Niyazi Bayramov
Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən). Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir. 1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.
Nuru Bayramov
Nuru Yusif oğlu Bayramov (17 sentyabr 1963, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycan alimi; cərrah, transplantoloq, hepatoloq; tibb elmləri doktoru (1999), professor (2004), AMEA-nın müxbir üzvi (2014). Nuru Bayramov 17 sentyabr 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə getmiş, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1986-cı ildə bu fakültəni "Lenin adına təqaüdçü" və cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda "Cərrahiyə" ixtisası üzrə aspiranturaya daxil olmuş, 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasını vaxtından əvvəl bitirərək "Tədqiqatçı həkim" ixtisası almışdır. 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır. 1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir. 1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir. 1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
Cəmilə Bayramova
Cəmilə Əsədulla qızı Bayramova (20 iyul 1957, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1975). 1975-1991 illərdə Azərb. Dövlət Rəqs Ansamblında işləmişdir. 1999 ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə işləyir. Xəzər Universiteti qızlardan ibarət rəqs ansanblını yaratmış, orada müəllimlik etmişdir.
Elvin Bayramov (əsgər, 1998)
Elvin Bayramov (əsgər, 1999)
Həsən Bayramov (əsgər, 1992)
Həsən Bayramov (əsgər, 2001)
Musa Bayramov (kimyaçı)
Bayramov Musa Rza oğlu (4 mart 1938, Gədəbəy rayonu) — kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin «Neft kimya» kafedrasının müdiri. Musa Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1955-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbini bitirmişdir. Bir il işlədikdən sonra Bakı Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişlir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1965-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Orada kiçik elmi işçi və baş mühəndis vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində “Alkenilfenollar və karbonilli birləşmələrin kimyası“ ETL-i yaradılmışdır. Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında alınan oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.
Musa Bayramov (neftçi)
Musa Xudakərim oğlu Bayramov (10 oktyabr 1901, Zəngəzur qəzası – 5 oktyabr 1998, Bakı) — Neftçıxarma sənayesi qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1959), Azərbaycan SSR fəxri neftçisi (1964). Musa Bayramov 1901-ci ildə İrəvanın Qarakilsə kəndində doğulub. 1905-ci ildə Azərbaycanlılara qarşı törədilən soyqırımda Musa Bayramovun ana və atası erməni daşnakları tərəfindən qətlə yetirilir. Uşaq yaşda valideynlərini itirən Musa qardaşının himayəçiliyində böyüyür. 1916-cı ildə Ağdam şəhərinə gəlir. Ağdamda Elman adlı təsərüfatçının köməkçisi kimi işləyir. Abdurrəhim Gülməmmədoğlu Ağdamda Musa Bayramovun olduğu kəndə gedir və onu Bakıya gətirir. Beləliklə Musa Bayramov Bakıya gəlir və o, Balaxanıda yaşayır. Gündüzləri Balaxanıda quyulardan neft çıxararaq özünü dolandırır. 1918-ci ildə Musa Bayramov Balaxanıda neft mədənində işləməyə başlayır.

Oxşar sözlər

#bayramov nədir? #bayramov sözünün mənası #bayramov nə deməkdir? #bayramov sözünün izahı #bayramov sözünün yazılışı #bayramov necə yazılır? #bayramov sözünün düzgün yazılışı #bayramov leksik mənası #bayramov sözünün sinonimi #bayramov sözünün yaxın mənalı sözlər #bayramov sözünün əks mənası #bayramov sözünün etimologiyası #bayramov sözünün orfoqrafiyası #bayramov rusca #bayramov inglisça #bayramov fransızca #bayramov sözünün istifadəsi #sözlük