bayram sözü azərbaycan dilində

bayram

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bayram • 77.3491%
  • Bayram • 22.5898%
  • BAYRAM • 0.0611%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 182.92 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 246.68
2003 •••••••••••••••• 188.18
2004 ••••••••••••• 148.56
2005 ••••••••••••••• 176.12
2006 •••••••••••••••• 194.38
2007 •••••••••••••••••• 217.98
2008 •••••••••••••••••••• 241.18
2009 •••••••••••••••• 196.46
2010 ••••••••••••••••• 205.96
2011 ••••••••••••••••••• 222.89
2012 •••••••••••••••••••• 244.81
2013 ••••••••••••••• 180.74
2014 •••••••••••••••••••• 237.17
2015 •••••••••••• 146.47
2016 ••••••••••• 124.95
2017 ••••••••••• 126.66
2018 •••••••••• 121.81
2019 •••••••••••• 136.03
2020 ••••••••• 108.47

bayram sözünün leksik mənası və izahı

  • 1 is. 1. Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə. Bir May bayramı. Oktyabr bayramı. – [Qolçomaqlar] heç vaxt qəbul eləməzdi ki, qadınlar başıaçıq meydanlara çıxıb, bayram saxlasınlar. Ə.Haqverdiyev. □ Bayram axşamı – hər hansı bir bayramdan əvvəlki gün. Bayramınız mübarək (olsun)! – bayram münasibəti ilə təbrik. 2. Şadlıq, şənlik, xoşbəxtlik, səadət mənasında. Vəsli-yar ilə yetişdi hamı bayrama, könül! Yetmədin dövləti-dildar ilə sən kamə, könül! S.Ə.Şirvani. 3. Kütləvi oyunlar, əyləncələr və s. keçirilən gün. İdman bayramı. Yaz bayramı. Uşaq bayramı. ◊ Qara bayram – bax qara1.

    Azərbaycan dilinin izahlı lüğəti

bayram sözünün etimologiyası

  • 1 Güman edirəm ki, sözün kökü “bolluq, məhsul” anlamını əks etdirən bay kəlməsindən ibarətdir. Ur sözü də mövcud olub, “toplamaq, yığmaq” mənasında işlədilib. Görünür, sözün əsli bayur (məhsul yığımı) kimi olub. Ur (or) “biçmək” de­məkdir, “məhsulu biçmək” mənası da məqbul sayıla bilər. Başqa mülahizəyə görə, bayram və bayraq eyni kökdən əmələ gəlib, “yüksəklik, ucalıq” anlamları ilə bağlıdır. Törəmə kök bayra hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

bayram sözünün sinonimləri (yaxın mənalı sözlər)

bayram sözünün antonimləri (əks mənalı sözlər)

bayram sözünün rus dilinə tərcüməsi

  • 1 1. праздник, празднество, торжество; 2. праздничный;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. праздник: 1) день или дни торжества, установленные в честь или в память какого-л. события. Böyük bayram большой праздник, bahar bayramı весенний праздник, Qələbə bayramı праздник Победы, məhsul bayramı праздник урожая 2) день игр, соревнований, развлечений и т.п. İdman bayramı спортивный праздник 3) день, особо отмечаемый обычаем. Dini bayramlar религиозные праздники 2. празднество. Ailə bayramı семейное празднество, bayram sona yaxınlaşırdı празднество приближалось к концу II прил. праздничный. Bayram konserti праздничный концерт; bayram eləmək (etmək) отмечать, отметить какой-л. праздник, праздновать, отпраздновать что; bayramınız mübarək! с праздником! (поздравляю с праздником!); bayram axşamı вечер перед праздником

    Azərbaycanca-rusca lüğət

bayram sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. holiday; festival; milli ~ nation al holiday / festival; 2. (şənlik) celebration, entertainment, festivity; ailə ~ı family celebration; ◊ Bizim də küçədə bayram olacaq at. söz. ≅ We shall have our day, Our day will come; Bayramınız mübarək (I wish you) many happy returns of the day II. s. festival; ~ konserti festival concert; ~ paltarı festival dress / attire

    Azərbaycanca-ingiliscə lüğət

bayram sözünün fransız dilinə tərcüməsi

  • 1 is. fête f ; festivités fpl ; solennité (təntənəli bayram), anniversaire m ; bal m, gala f, soirée f ; réjouissance f ; ~ etmə célébration f ; ~ etmək banqueter vi, célébrer vt, fêter vt, fricoter vi (dan.) ; ~ iclası séance f de solennité, ~ konserti concert m de gala ; ~ süfrəsi table f de fête ; Bayramınız mübarək! Bonne fête! ; ~ şənlikləri réjouissances fpl ◊ bizim də küçəyə ~ gələr notre jour viendra ; anaların ~ı fête f des Mères ; Qələbə ~ı la fête (l’anniversaire) de la Victoire ; idman ~ı gala sportive ; inqilabi ~ la fête revolutionnaire ; incəsənət ~ ı festival m (pl als) ; istirahət və ~ günləri les dimanches et les fêtes ; yeni il ~ı réveillon m ; kənd ~ı frairie f, fête de village ; karnaval ~ları les fêtes du Carnaval ; kilsə ~ı fête de l’église ; məhsul ~ı fête de la récolte ; milli ~ fête nationale ; müsəlman ~ları fêtes musulmanes ; topçuların ~ı fête des artilleurs ; ümumxalq ~ı fête publique (və ya nationale) ; şərəfinə ~ düzəltmək festoyer vt, honorer vt

    Azərbaycanca-fransızca lüğət

bayram sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. сувар; bahar bayramı (novruz bayramı) гатфарин сувар, яран сувар; // суварин; bayram axşamı суварин ряден, суварилай виликан югъ; тӀунутӀар, квалар; 2. шадвал, шадлух, хушбахтвал манада; 3. жуьреба-жуьре къугъунар ва мс. мярекатар кьиле тухудай югъ; uşaq bayramı аялрин сувар; ** qara bayram кил. qara¹.

    Azərbaycanca-ləzgicə lüğəti

bayram sözünün türk dilinə tərcüməsi

bayram sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

şadlıq, şənlik, təntənə.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"bayram" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bayram nədir? #bayram sözünün mənası #bayram nə deməkdir? #bayram sözünün izahı #bayram sözünün yazılışı #bayram necə yazılır? #bayram sözünün düzgün yazılışı #bayram leksik mənası #bayram sözünün sinonimi #bayram sözünün yaxın mənalı sözlər #bayram sözünün əks mənası #bayram sözünün etimologiyası #bayram sözünün orfoqrafiyası #bayram rusca #bayram inglisça #bayram fransızca #bayram sözünün istifadəsi #sözlük