Berje sözü azərbaycan dilində

Berje

Yazılış

  • Berje • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adolf Berje
Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886). == Həyatı == Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi.Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur. M. F. Axundov Azərbaycan şairlərinin şeirlər məcmuəsinin hazırlanmasında Berjeyə, o isə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcüməsində M. F. Axundova kömək etmişdir.
Berjerak (rayon)
Berjerak (fr. Bergerac) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Dordon. Suprefektura — Berjerak. Rayon əhalisi 2006-cı ildə 108238 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf. / km². Rayon sahəsi — 2182 km².
Daniel Berjenyi
Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[…] – 24 fevral 1836[…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı.Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi. == Həyatı == Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər. 1788-ci ilin payızında 12 yaşı olan Berjenyi Şoprondakı evangelist liseydə təhsil almağa başladı.
Foli-Berjer
Foli-Berjer (fr. Folies Bergère) — 1890-1920-ci illər aralığında Paris şəhərinin ən məşhur gecə klublarından biri. Foli-Berjer indiki dövrdə müzikl kimi fəaliyyət göstərir. Gecə klubunun yerləşdiyi bina opera binası kimi inşa edilmiş və 1869-cu ilin 2 may tarixində istifadəyə verilmişdir. İlk öncə klubun adı Foli-Trevis (fr. Folies Trévise) olmuş, 13 oktyabr 1872-ci ildə isə fr. Folies Bergère şəklində dəyişdirilmişdir. Eduard Mane tərəfindən 1882-ci ildə çəkilmiş Foli-Berjerdə bar tablosunda Foli-Berjer barı təsvir olunmuşdur.
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.49
2010 •••••••••••• 0.27
2017 ••••••• 0.16

Oxşar sözlər

#berje nədir? #berje sözünün mənası #berje nə deməkdir? #berje sözünün izahı #berje sözünün yazılışı #berje necə yazılır? #berje sözünün düzgün yazılışı #berje leksik mənası #berje sözünün sinonimi #berje sözünün yaxın mənalı sözlər #berje sözünün əks mənası #berje sözünün etimologiyası #berje sözünün orfoqrafiyası #berje rusca #berje inglisça #berje fransızca #berje sözünün istifadəsi #sözlük