Bülbül sözü azərbaycan dilində

Bülbül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bülbül • 88.5093%
  • bülbül • 11.2578%
  • BÜLBÜL • 0.1294%
  • BülBül • 0.1035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Sarı bülbül
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Teymur Bülbül
Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti. == Həyatı == 1975-ci ildə anadan olub. Teymur Bülbül professor Popovun rəhbərliyi altında Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Dövlət Konservatoriyasının tələbəsi olarkən Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olur. == Yaradıcılığı == P.Çaykovski adına Akademik Orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edib. Hazırda Teymur Bülbül dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın Federasiyasının əməkdar artistidir.
Xarı Bülbül
Eren Bülbül
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Molla Bəyməmməd Bülbül
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Yağləvəndli-Cavanşir (1837, Araz Yağlıvənd, Cavanşir-Dizaq mahalı – 1904, Araz Yağlıvənd, Cəbrayıl qəzası) — şair, axund. == Həyatı == Molla Bəyməmməd Kərbəlayı Murad oğlu 1837-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Yaradıcılığına mədrəsə illərində başlamışdı. Çağdaşı olduğu Qarabağ şairlərinin çoxları ilə yazışmaları qalıb. Xurşidbanu Natəvanın başçılıq etdiyi Məclisi-üns şairlər yığnağının üzvü idi. Şair Baxış bəy Səbur onu həcv edib. Farsca yazdığı həcvlərdə Bülbülü tənqid edirdi. Sətri tərcüməsi: Molla Bəyməmməd Bülbülün Canməmməd, Alməmməd, Dostməmməd, Məstəli, Hacməmməd və Şirməmməd adlı oğulları vardı.
Məşədi Məhəmməd Bülbül
Məşədi Məhəmməd Bülbül (1858, Şuşa – 1918, Şuşa) — xanəndə, şair. == Həyatı == Məşədi Məhəmməd Bülbül 1858-ci ildə Şuşada anadan olmuşdur. Təhsilini Şuşada Molla İbrahimin məktəbində alaraq burada ərəb, fars dillərini öyrənmiş, Quranın təcvidlə oxunması və hüsnxət təlimi almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmiş, el ədəbiyyatı və aşıq qoşmalarına maraq göstərmişdir. == Fəaliyyəti == Məşədi Məhəmməd gözəl səsə və təbə malik olduğuna görə bəzi məclislərdə xanəndə kimi iştirak etmişdir, lakin müəyyən səbəblərdən o, xanəndəlik sənətini buraxır və ədəbi məclislərin fəal aktiv iştirakçısına çevrilərək daha çox ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında belə yazır: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab verdi".
Sarı bülbül (mahnı)
Sarı bülbül — Azərbaycan xalq mahnısı. == Tarixi == Azərbaycanın məşhur xalq mahnısı "Sarı bülbül"- ün maraqlı yaranma tarixçəsi var. Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşadı. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırıb. Hətta bağban da şuşalı olub. Bağın da adını "Vətən bağı" qoyublar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanıb. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib: == Mahnı sözləri == == Mahnının ifaçıları == Ən məşhur ifaçısı Səxavət Məmmədovdur.
Xarı bülbül festivalı
Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir. 2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub.
Adi ağboğaz bülbül
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Abi bülbül
Azər Bülbül
Azər Bülbül — (1 fevral 1967, Arpaçay ilçəsi, Qars ili – 6 yanvar 2012, Antalya) Azərbaycanlı mənşəli Türkiyə müğənnisi. == Həyatı == Əsıl adı Subutay Kesgin olan Azər Bülbül 1967-cu ildə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunda dünyaya gəlmişdir. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Müğənnilik karyerasına "Qərib yolçu" albomu ilə başlamışdır. Daha sonra "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kasetlərini buraxmışdır. 1994-cı ildə çıxardığı "Mən babayam" kaseti isə ona şöhrətin qapılarını açmışdır. Azər Bülbül 6 yanvar 2012-ci ildə vəfat edib. 44 yaşlı müğənninin cəsədi Antalyada qaldığı hotel otağında tapılmışdır. == Karyera == Azər Bülbül Almaniyada yaşayan immiqrant idi. Almaniyada qaldığı illərdə kazinolarda və toy salonlarında ifa edərkən o illərin məşhur türk müğənnisi Yıldız Tezcan tərəfindən "kəşf edilmişdir" .Ona Azər Bülbül adını verən adam Yıldız Tezcandır.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Bülbül (Marağa)
Bülbül (fars. بلبل‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (31 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29,5 km cənub-qərbdə, Marağa-Miyanə avtomobil yolundan 23 km cənubdadır.
Bülbül (dəqiqləşdirmə)
Bülbül — Sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi. Bülbül (roman) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi roman.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Bülbül (quş)
Bülbül (roman)
Bülbül (ing. The Nightingale) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb. == Məzmunu == Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Bülbül Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1469-ci ildə Səlcuq Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Ərən Bülbül
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Məhəmməd Levent Bülbül
Məhəmməd Levent Bülbül (1980, Sakarya ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.
Polad Bülbüloğlu
Polad Bülbüloğlu və ya doğum adı ilə Polad Murtuza oğlu Məmmədov (4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri (2006–2024), Azərbaycan Respublikası Milli Məclisinin I və VII çağırış deputatı (1995–2000, 2024-cü ildən), TÜRKSOY-un sədri (1994), Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024) və Başqırdıstanın xalq artisti (2024), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi (2015). == Həyatı == Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Qamış bülbülü
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. == Yaşayış tərzi == Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Qara bülbül (DC Comics)
Qara bülbül (ing. Black Canary) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır.
Qarabağ bülbülləri (film, 1977)
== Məzmun == Film Qarabağın dahi müğənnilərinin, muğam ustalarının yolunu davam etdirən gənc xanəndələrə həsr olunmuşdur. Kinolent gənc müğənnilərin məlahətli mahnılarının sədaları altında gözəl Qarabağın tarixi yerlərini, təbiətini əsrarəngiz gözəlliklərini əks etdirir. "Qarabağ bülbülləri" ansamblının üzvləri T.Allahverdiyev, İ.Cəfərov, N.Zeynallı və Ümumittifaq "Rus Qışı" və Beynəlxalq "Qoy Həmişə Günəş Olsun!" uşaq festivallarının laureatlarıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: İsa İsmayılzadə, Xamiz Muradov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.
Qızılgül və bülbül (İrəvani)
Qızılgül və bülbül — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Əsərdə böyük qızılgül, tumurcuqlar və yaşıl yarpaqlar təsvir olunmuşdur. Birinci yarpaq üzərində punktirin olmaması diqqət cəlb edir. Əsərin digər hissələri isə bir və ya iki qat boya ilə işlənmişdir. Yalnız aşağı tərəfdə budağın yaşıllığı saxlanmışdır. Böyük qızılgülün aşağısında bir bülbül təsvir edilmişdir. Əsər yaxşı vəziyyətdə dövrümüzə çatmışdır.. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.
Tənha bülbülün rəqsi (film, 2003)
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi - Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün 100 illik yubileyi ərəfəsində, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsi. İlk dəfə 1997-ci ildə keçirilib. İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə fərqli ölkələrdən 60-a yaxın iştirakçı toplanıb. İlk müsabiqənin münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor və akademik İrina Arxipova sədrlik edib. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur. == Tarixi == 20 avqust 1997-ci ildə Azərbaycanın məşhur opera müğənnisi Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sərəncam imzalayır. Sərəncama əsasən yubiley tədbirlərinin əsasənı Bülbülün adını daşıyan Beynəlxalq Müsabiqə təşkil edir və hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitəyə sədr, həmin dövrdə baş nazirin müavini olan Elçin Əfəndiyev təyin edilir. Təşkilat komitəsinin üzvləri isə həmin ildə Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulova, Azərbaycan Respublikasının mətbuat və informasiya naziri Sirus Təbrizli, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artistləri Zeynəb Xanlarova və Xuraman Qasımova təyin edilir. Azərbaycan vokal sənəti tarixində keçirilən ilk beynəlxalq müsabiqə eyni zamanda təşkilat komitəsinə dövrünün dövlət xadimləri və görkəmli nümayəndələrinin cəlb edilməsi ilə də tarixə düşür.
Xarı Bülbüllər (film, 2005)
Xarı Bülbüllər musiqili filmi 2006-ci ildə Arif Qazıyevin ssenarisi əsasında lentə alınmışdır. Film 3 may 2006-cı ildə təqdim edilmişdir. Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, müğənni və aktyor Yusif Hadi Aleksandr Dümanı canlandırır. Filmdə müğənniləri Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Muğam Teatrının ansamblı müşayiət etmişdir. == Məzmun == Xurşudbanu Natəvan ilə Aleksandr Düma Qarabağda görüşürlər və Aleksandr Dümaya Qarabağın musiqisi, təbiəti haqqında məlumat verilir. == Personajlar == Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, Yusif Hadi Aleksandr Dümanı, Faiq Mirzəyev bələdçi, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi müəlliməsi obrazını canlandırır.
Xarı Bülbüllər (film, 2006)
Xarı Bülbüllər musiqili filmi 2006-ci ildə Arif Qazıyevin ssenarisi əsasında lentə alınmışdır. Film 3 may 2006-cı ildə təqdim edilmişdir. Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, müğənni və aktyor Yusif Hadi Aleksandr Dümanı canlandırır. Filmdə müğənniləri Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Muğam Teatrının ansamblı müşayiət etmişdir. == Məzmun == Xurşudbanu Natəvan ilə Aleksandr Düma Qarabağda görüşürlər və Aleksandr Dümaya Qarabağın musiqisi, təbiəti haqqında məlumat verilir. == Personajlar == Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, Yusif Hadi Aleksandr Dümanı, Faiq Mirzəyev bələdçi, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi müəlliməsi obrazını canlandırır.
İmamzadə türbəsi (Bülbülə)
İmamzadə türbəsi (Bülbülə) Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstaniİrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur" Hal — hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623–1624)". İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2–10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış.
Şirin bülbül (film, 2000)
== Film haqqında == Film-tamaşa Sabit Rəhmanın hekayələrinin motivləri əsasında çəkilmişdir.
Bülbül adına orta ixtisas musiqi məktəbi
Eren Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Qərb bülbülü
Qərb bülbülü (lat. Luscinia megarhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin bülbül cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu adətən 17 sm, kütləsi isə 25 q olur. Rütubətli yerlərdəki, kolluqlarda və çay vadilərində yaşayırlar. Köçəri quşdur, Afrikada qışlayır.

bülbül sözünün leksik mənası və izahı

bülbül sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BÜLBÜL Saçdıqca ətrini hər səfalı gül; Ötürdü şaxlarda sevdalı bülbül (M.Rahim); ƏNDƏLİB (kl.əd.) Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər; Düşən gül üstə damə əndəlibi-zarə bənzətdim (Natəvan).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bülbül

bülbül sözünün rus dilinə tərcüməsi

  • 1 1. соловей; 2. соловьиный;

    Azərbaycanca-rusca lüğət / bülbül
  • 2 I сущ. соловей: 1. птица из отряда воробьиных, отличающаяся красивым голосом. Bülbül zəngulələri трели соловья 2. перен. о человеке с красивым голосом; sarı bülbül зоол. канарейка II прил. соловьиный. Bülbül yuvası соловьиное гнездо ◊ bülbül kimi ötmək заливаться соловьём; bülbül kimi oxumaq петь как соловей

    Azərbaycanca-rusca lüğət / bülbül

bülbül sözünün inglis dilinə tərcüməsi

bülbül sözünün fransız dilinə tərcüməsi

bülbül sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. билбил; // билбилдин; bülbül yuvası билбилдин муг; 2. пер. гзаф иер ван авай касдин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / bülbül

bülbül sözünün türk dilinə tərcüməsi

"bülbül" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bülbül nədir? #bülbül sözünün mənası #bülbül nə deməkdir? #bülbül sözünün izahı #bülbül sözünün yazılışı #bülbül necə yazılır? #bülbül sözünün düzgün yazılışı #bülbül leksik mənası #bülbül sözünün sinonimi #bülbül sözünün yaxın mənalı sözlər #bülbül sözünün əks mənası #bülbül sözünün etimologiyası #bülbül sözünün orfoqrafiyası #bülbül rusca #bülbül inglisça #bülbül fransızca #bülbül sözünün istifadəsi #sözlük